Məhkəmə qərarları › İş №2(025)-1160/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1160/2020

03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1160/2020 03.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxx 1930-cu il tətixdə Qəbələ rayon Küsnət kəndində atam X9 və anam X5 olmaqla doğulmağı faktnı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 1964-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Yenikənd kəndində anadan olmuşdur. X3 və X1 olmuş, atası xx xxxxxx 1998-ci ildə ağ ciyər ürək çatmamazlığı xəstəliyindən vəfat etmişdir. O, ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda, onun doğumundan 56 il ötmüşdür. Onun adına doğum haqqında şəhadətnamənin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli, 05/Q-21/13 saylı arayışından görünür ki, Maraqlı şəxs “Vətəndaşlıq vəziyyəti aktları”nm avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və arxiv məlumatları yoxlanılmış, lakin onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, Maraqlı şəxsndən ona məhkəmənin qərarı olmadan doğumunun qeydə alınması mümkün olmadığını bildirmişlər. Doğulduğu vaxtdan isə uzun müddət keçmişdir. Ona doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığından, müvafiq sənədin alınması mümkün deyildir. Onun doğum faktı məhkəməyə təqdim olunmuş arxiv çıxarışında, arayışlarda və sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, Ərizəçi izahatını, şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Şahid Cəfərzadə Zöhrə Hüseyn qızı məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, ərizəçinin bacısıdır. Bacısı xx xxxxxx 1964-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. Onların anasının adı X6, atasının adı X7r. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ərizəçi qardaşıdır. Qeydiyyat şöbəsinə müraciət etdikdə doğum haqqında akt qeydlərində bacısının adı çıxmamışdır. Bacısı 7-8-ci sinifə kimi məktəbə gedib, işləməyib. Ərizəçi ad gününü hər il 01 yanvarda qeyd ediblər. O və bacıları Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. X1, X3 olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-21/13 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Avtomatlaşdırılmış qeydiyyat və informasiya sistemində” və arxiv məlumatlarında “Ərizəçi”-nın doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 04522374 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1939-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş və hal-hazırda Qəbələ rayon Yenikənd kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 19 №-li arayışdan görünür ki, X10 və X4 arasında xx xxxxxx 1989-cu il tarixdə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 16 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Qazıyev, arvada Qazıyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Yenikənd kənd İ.Ə.N tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli AZ-İİ № 055334 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxxx 1998-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında həmin xx.xx.1998-ci il tarixdə 08 nömrəli qeyd aparılmışdır. Qəbələ Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, burada Ərizəçi doğum tarixi “xx.xx.1964-cü il” olaraq göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə “ata” qrafasında “X10”, “ana” qrafasında “X6” yazılaraq, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində doğulması, atasının X10, anasının X6 olması hüquqi fakt müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar