Məhkəmə qərarları › İş №2(025)-1163/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1163/2021

04.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1163/2021 04.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X1 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2nə, Qəbələ rayonu 4 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, Qəbələ rayonu 4 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər 4 saylı tam orta məktəbinin 14 iyun 2017-ci il tarixli 36 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01 oktyabr 2012-ci il tarixdə 4 saylı tam orta məktəbində ibdidai sinif müəllimi vəzifəsinə təyin olunmuşdur. Bundan sonra 14 iyun 2017-ci il tarixdə heç bir əsas olmadan işdən azad edilmişdir. Elə həmin gün 14 iyun 2017-ci il tarixli, 36 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ancaq onunla bağlanmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxillər onun xəbəri olmadan aparılmışdır. Əmək müqaviləsinə xitam edilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq onun bildiyi qədər ilə, əgər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfin də xəbr olması gərəkdir. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi, başqa əsaslı hallar olarsa onun işinə birtərəfli xitam verilməsi qanunauyğun olardı. Ən əsası da odur ki, onun müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olmamışdır ki, desin bu səbəbdən əmək müqaviləsinə xitam verilmişdir. Ancan bu sadaladığı halların heç biri olmadığı üçün işinə xitam verilməsini qanunsuz hesab edir. Çünki, işinə xitam verilərkən məktəb tərəfindən ona heç bir bildiriş və ya bu işlə bağlı, yəni işdən azad edilməsi ilə əlaqədar heç bir qanuni sənəd verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad edilməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar ona təqdim edilməmişdir. Bütün bu səbəblərə görə işdən çıxarılmağını qanunsuz və qanunlara zidd sayır. Özü təhsilli müəllimədir, 5 il çalışmışdır və üzərinə düşən müəllimlik öhdəliklərini layiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməyi ilə bağlı dəfələrlə məktəb direktoru ilə danışıqları olmuşdur. Ancaq direktor işi ilə maraqlanmayıb. Ona heç bir əsaslı səbəb göstərməyib. Bütün sadalanlara əsasən hesab edir ki, o, işdən qanunsuz çıxarılmışdır. Əmək hüquqlarının pozulduğunu bilən kimi də məhkəməyə müraciət etmişdir. Bundan başqa işi ilə bağlı bildirişləri təzəliklə almışdır və hər bildirişdə bir cür yazılmışdır Belə ki, 23 fevral 2017-ci il tarixdə olan bildirişdə əmək müqaviləsi müdddətsiz yazılmış, digər 06 aprel 2017-ci il tarixli bildirişdə isə müddətli yazılmışdır. Buradan da tam olaraq aydın olur ki, onun işinə xitam verilməsi tam qanunsuzdur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, o, 2012-ci ildə həmin məktəbdə əvəzçi kimi işə qəbul edilmişdir. 2017-ci ilə kimi daimi işləmişdir. 2017-ci ildə heç bir əsas göstərilmədən işdən azad edilmişdir. Ona təqdim edilən 2017-ci il 23 fevral tarixli bildirişdə əmək müqaviləsinin müddətsiz yazıldığı qeyd edilsə də, 2017-ci ilin aprel ayında ona təqdim edilmiş əmək müqaviləsi bildirişi müddətli yazılmış və işdən azad edilmişdir. Əmək kitabçası ona verilməmişdir. Onun əmək müqaviləsinə olan dəyişiklikdən heç bir xəbəri olmamışdır. 2012-ci ildə işə qəbul edilmiş, ancaq 2013-cü ildən əmək haqqı almışdır. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh Qəbələ şəhəri, Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru X4 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçını 2012-ci ildə əvəzçi müəllimə kimi işə qəbul etmişdir. Onunla əmək müqaviləsi bağlanmışdır. Lakin həmin ildə işləməyinə icazə verilmədiyi üçün 2013-cü ildən işə başlamışdır. Səhv olaraq əmək kitabçasında işə qəbulu 2012-ci il qeyd olunmuşdur. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanaraq işə qəbul edilmişdir. 2017-ci ildə müəllimə diaqnostik qiymətləndirmədə iştirak etmiş və 46 bal toplamışdır. 46 bal şəhər məktəbləri üçün kifayət etmədiyindən və o, müəllimlərin işə qəbul imtahanında iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə göstəriş aldıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə 2017-ci il 14 iyun tarixində xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək müqaviləsinin qeydiyyatı kitabında yoxdur. Çünki, əvvəllər onlarda belə kitab olmamışdır. Müəlliməni 2012-ci ildə ona görə işə götürməmişdir ki, o, həmin dövrdə qiyabi olaraq təhsilini davam etdiridi. Qeyd olunan xüsusatlara əsasən iddianın təmin olunub olunmamasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı ilə 2013-cü ilin sentyabr ayının 15-də müddətli əmək müqaviləsi bağlanaraq işə götürülmüşdür. 2017-ci ilin 14 iyun tarixində əmək müqaviləsinə xitam verilmiş və ona son haqq-hesab ödənilmişdir. Üstündən dörd ildən çox keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi qanunsuz və ədalətsizdir. Məhkəməyə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X5 imzası «iddia müddətinin tətbiqi barədə» ərizə təqdim edərək qeyd edilmişdir ki, iddiaçı 14 iyun 2017-ci il tarixdən etibarən işdən çıxarılmışdır. Hal-hazırda həmin tarixdən 4 ildən artıq müddət keçmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüqunun pozulmasının aşkar etdiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şəraitinin, işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14 iyun 2017-ci il tarixli 36 nömrəli əmrdən vaxtında xəbəri olmuşdur. Onun işdən çıxarılmasından əgər xəbəri olmasaydı bu 4 il ərzində işə gələr, işi ilə maraqlanardı. 4 il keçəndən sonra iddiaçının işdən çıxarılmasıdan xəbəri olmaması barədə dedikləri həqiqəti əks etdirə bilməz. İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. Buna görə də məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə cavabdeh Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəbələ şəhər, N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 01.10.2012-ci il tarixli 76 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbdə bir neçə fənn üzrə və sinif müəllimlərinin analıq məzuniyyətində və digər səbəblərdən işdə olmadıqlarına görə İddiaçı 01 oktyabr 2012-ci il tarixdən öz ixtisası üzrə müvəqqəti olaraq məktəbə əvəzçi müəllim təyin edilmişdir. İş materiallarında olan və 15.09.2013-cü il tarixdə Qəbələ şəhər, N.Apayev adına 4 saylı tam orta məktəb direktoru ilə İddiaçı arasında bağlanmış müddətli (əmək müqaviləsi 15.09.2013-cü il tarixdən 15.09.2014-cü il tarixədək olan bir il müddətinə bağlanmışdır) əmək müqaviləsinin təsidiq olunmuş surətindən görünür ki, o, həmin tarixdən məktəbdə müəllimə işinə qəbul olunmuşdur. İş materiallarında olan 01.09.2012-ci il tarixli, ******* saylı əmək kibatçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.10.2021-ci il tarixdə 76 nömrəli əmrlə Qəbələ şəhəri, 4 saylı tam məktəbdə əvəzçi müəllim olaraq işə qəbul olunmuş və həmin məktəb direktorunun 14.06.2017-ci il tarixli 36 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi ilə onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 18.05.2016-cı il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhər, 4 saylı tam orta məktəbi arasında 15.09.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq o, müəllim vəzifəsinə təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 149 manat göstərilmişdir. 25.02.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhər, 4 saylı tam orta məktəbi arasında 15.09.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, müəllim vəzifəsinə təyin edilmişdir. Bildirişdə olan qeydə görə onunla məktəb arasında bağlanmış müqavilənin müddəti 14.06.2017-ci il tarixdə qurtarır. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 165 manat göstərilmişdir. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci hissəsinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin maddənin 3-cü hissəsinə görə, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin maddənin 4-cü hissəsinə görə isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 01.10.2012-ci il tarixli, 76 nömrəli əmri ilə məktəbdə bir neçə fənn üzrə və sinif müəllimlərinin analıq məzuniyyətində və digər səbəblərdən işdə olmadıqlarına görə X6 01 oktyabr 2012-ci il tarixdən öz ixtisası üzrə müvəqqəti olaraq məktəbə əvəzçi müəllim təyin edilmişdir. Lakin həmin iş ilində ona hər hansı tədris yükü verilməmiş, əmək müqaviləsi yalnız 15.09.2013-cü il tarixdə Qəbələ şəhər, N.Apayev adına 4 saylı tam orta məktəb direktoru ilə İddiaçı arasında müddətli (əmək müqaviləsi 15.09.2013-cü il tarixdən 15.09.2014-cü il tarixədək olan bir il müddətinə bağlanmışdır) əmək müqaviləsi bağlanmışdır. Həmin məktəb direktorunun 14.06.2017-ci il tarixli 36 saylı əmri ilə İddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X3 məhkəmədə verdiyi izahatı ilə müəyyən edilir ki, iddiaçı ilə məktəb arasında bağlanmış müddətli əmək müqavilələrinə xitam verilən zaman məktəb tərəfindən işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ona təqdim edilmişdir. İşin bu halı iddiaçı tərəfindən mübahisələndiriməmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ şəhər, N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 01.10.2012-ci il tarixli 76 nömrəli əmri ilə iddiaçı İddiaçı 01 oktyabr 2012-ci il tarixdən öz ixtisası üzrə müvəqqəti olaraq məktəbə əvəzçi müəllim təyin edilmiş olsa da, onunla 15.09.2013-cü il tarixdə müddətli (əmək müqaviləsi 15.09.2013-cü il tarixdən 15.09.2014-cü il tarixədək olan bir il müddətinə bağlanmışdır) əmək müqaviləsi bağlanmışdır. Halbuki, əmək qanunvericiliyinin tələblərinə görə işəgötürənlə işçi arasında işçinin işə qəbul olunduğu gündə əmək müqaviləsi bağlanaraq ona bir nüsxəsi təqdim olunmalıdır. Bundan başqa əmək qanunvericiliyin tələbləri pozularaq “Əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişi» vaxtında sistemə daxil edilməmişdir. Cavabdeh Qəbələ şəhəri, Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru X1 məhkəmədə verdiyi izahatından müəyyən olunur ki, məktəbdə işəgötürənlə işçi arasında bağlanmış əmək müqavilələrinə dair kitab tutulmamış, ümumiyyətlə məktəbdə belə kitab mövcud olmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən irəli sürülmüş işə bərpa tələbinə görə əmək qanunvericiliyi ilə müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». İş materiallarında olan 01.09.2012-ci il tarixdə İddiaçı adına tərtib olunmuş ******* saylı əmək kibatçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, «X12 Məhsulları İstehsalı» ASC-nin 01 sentyabr 2018-ci il tarixli, 31/18ia saylı əmri ilə həmin müəssisədə çeşidliyici vəzifəsinə işə qəbul edilmiş və 04 dekabr 2018-ci il tarixli 56/18X saylı əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatında onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair məktəb direktorunun 14 iyun 2017-ci il tarixli, 36 saylı əmrindən xəbərinin olmadığını və həmin əmrin bir ildən sonra 2018-ci ildə ona təqdim olunduğunu qeyd etmişdir. İddiaçının izahatına tənqidi yanaşan məhkəmə qeyd edir ki, İddiaçıı adına tərtib olunan əmək kitabçasında onun «X12 Məhsulları İstehsalı» ASC-də işə qəbul olunması barədə aparılan qeydlər iddiaçının izahatını təkzib edir və əmək kitabçasındakı qeyddən onun cavabdeh məktəbdə işdən azad olunmasına dair əmrdən xəbərinin olduğuna dəlalət edir. İşin sadalanan hallarını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X5 məhkəməyə təqdim edilmiş «iddia müddətinin tətbiqi barədə» ərizəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunla nəzərədə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə iddia verilmişdir. İddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır. Buna görə də İddiaçı cavabdehlər Cavabdeh2nə, Qəbələ rayonu 4 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2nə, Qəbələ rayonu 4 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh2nə, Qəbələ rayonu 4 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar