Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1179/2023 06.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil üzrə mübahisələr, mənzildən çıxarılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlərCavabdeh1 və Cavabdeh2qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvlərinin iddiaçıya məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05 sentyabr 2023-cü il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 və onun ailə üzvlərinin və Cavabdeh2 iddiaçıya məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən çıxarılması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililəri var. Yaşayış sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli qərarı ilə İddiaçı və X7 mülkiyyətinə verilib. X10 30 oktyabr 2018-ci ildə vəfat edib. Hazırda yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Qəbələ Rayon İcra Hakimiyyətinin X17 Ərazi Nümayəndəliyinin arayışına əsasən X7 qeydiyyatda olan təsərrüfat üzvlərinin siyahısı aşağıdakı kimidir: Əri-İddiaçı, qızı - X14, oğlu- X9,gəlini - Cavabdeh1, vəvəsi - Cavabdeh2, nəvəsi - X6 və nəvəsi - X8. Cavabdeh1 ilə oğlu X9 arasında olan nikah pozulub. Qohumluq münasibətləri olmamasına baxmayaraq Cavabdeh1 iddiaçının mülkünü qeyri-qanuni ələ keçirib. İddiaçı yaşlı adamdır, xəstədir. Cavabdeh iddiaçının yaşlı olmasından sui-istifadə edərək ona kobud davranır, narahat edir. Hazırda iddiaçı cavabdehdən torpaq sahəsindən çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir, mülkiyyətə qeyri-qanuni sahiblik edir. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun keçmiş qaynatasıdır. O, iddiaçının oğlu, yəni əri Siyavuş Mirağayev ilə boşansa da, hazırda bir yerdə yaşayırlar. Qaynatası ilə də problemi yoxdur. Ona ilin əksər aylarında o baxır. Qaynatasına iddia vermək üçün qızları məcbur edirlər. Əslində qaynatası onun həmin evdən çıxarılmasını istəmir. Həmçinin o, mübahisəli evə gəlin köçəndən sonra həmin evdə öz vəsaiti hesabına xeyli təmir işləri görmüşdür. Həmin evdə təmir işlərinin də görülməsinin və uşaqları ilə gedə biləcək başqa yerinin olmamasının nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, doğulduğu gündən bu günə qədər həmin evdə yaşamışdır. Babası İddiaçı qarşı münasibəti də həmişə yaxşı olmuşdur. Çox vaxt babasına yeməyi o vermiş, babasına o qulluq etmişdir. Babası İddiaçı da onları məhkəməyə vermədiyini bildirir. Onların qalmağa başqa yeri yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. 05 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, iddiaçı onun atasıdır. 3 bacı və 4 qardaşdırlar. Qardaşlarının ayrıca evi var, bacıları da Bakı şəhərində yaşayırlar. Həmin həyətdə 2 iki ev var, evin birində atası yaşayır, digərində cavabdeh, o və övladları yaşayırlar. Bu günə qədər atası ilə problemləri olmamışdır. İddia tələbini niyə qaldırmağının səbəbini o da bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşı və onun mərhum həyat yoldaşının mülkiyyətinə verilmiş torpaq sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Həmin evlərdən biri 1960-70-ci illərdə, digəri isə 1980-ci illərdə tikilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1179/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh1 arasında 18 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonu Vəndam kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq, 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş Cavabdeh2 Səyavuş qızı, 21 avqust 2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 anaları Cavabdeh1 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə X4 21 noyabr 2017-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 210 (iki yüz on) manat (uşaqların hər biri üçün 70 (yetmiş) manat olmaqla) aliment alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. İşdə olan JN–1889A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən İddiaçı və X5 mülkiyyətinə Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti X17 Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1521 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini İddiaçı Vəndam qəsəbəsində 08 №-li təsərrüfat kitabının 61 №-ci səhifəsində onun təsərrüfatında 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş bir mərtəbəli, 2 otaqlı, divar materialı çiy kərpic, dam örtüyü şifer olan fərdi yaşayış evi vardır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının X17 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 127 nömrəli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Vəndam qəsəbə sakini olmuş mərhum X7 qeydiyyatda olan təsərrüfat adlı siyahısı Əri- İddiaçı, qızı - X14, oğlu- X9, gəlini - Cavabdeh1, vəvəsi - Cavabdeh2, nəvəsi - X6 və nəvəsi - X1 qeyd olunmuşdur. Mərhum ölən günə kimi ailəsi ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evində yaşamışdır. İşdə olan Qəbələ regional “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 959969 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X10xx.xx.2018-cı il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 284 № ilə qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Cavabdeh1 və onun ailə üzvlərinin və Cavabdeh2 iddiaçıya məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən çıxarılmasıüçün əsasların mövcud olub-olmaması təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı oğlu X9 ilə Cavabdeh1 el adəti üzrə ailə qurmuş, nikahlarını xx.xx.2003-cü ildə rəsmiləşdirmişlər. X9 ilə Cavabdeh1 ailə qurduqdan sonra onlar İddiaçı məxsus evdə yaşayırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, həmçinin Cavabdeh1 övladları X6 və X8 həmin evdə həm də pasport qeydiyyatındadırlar. Tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evi İddiaçı mülkiyyətində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmişdir. Bu hal Qəbələ Rayon İcra Hakimiyyəti X17 Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1521 nömrəli arayışlada sübuta yetirilməkdədir. Cavabdeh1 həmin evə gəlin köçərkən qayınatası, yəni İddiaçı və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Həmin evdə yaşadığı müddətdə X9 ilə Cavabdeh1 uşaqları dünyaya gəlmişdir. İddiaçı oğlu X9 ilə Cavabdeh1 ailə münasibətləri pozulmuş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1179/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X9 ilə Cavabdeh1 arasında 18 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonu Vəndam kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq, 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş Cavabdeh2 Səyavuş qızı, 21 avqust 2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 anaları Cavabdeh1 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə X4 21 noyabr 2017-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 210 (iki yüz on) manat (uşaqların hər biri üçün 70 (yetmiş) manat olmaqla) aliment alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı məxsus olmuş, Cavabdeh1 həmin evə gəlin gələndə artıq iddiaçının həmin evə gözlənilən mülkiyət hüquqları vardı. Məhkəmə bu səbəbdən hesab edir ki,iddiaçının mülkiyyət hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,hazırkı halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eyni zamanda Cavabdeh1 digər övladları X2 və X3 mübahisəli yaşayış sahəsinin hazırkı mülkiyyətçisi olan İddiaçı qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eyni zamanda Cavabdeh1 digər övladları X2 və X3 mübahisəli evə dair istifadə hüquqları əmələ gəlməmişdir. Ona görə də, iddiaçının Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 evdən çıxarılması barədə tələbi əsaslıdır. Belə ki, Cavabdeh1 nikahdan əvvəl iddiaçıya məxsus mübahisəli yaşayış evində yaşaması, eləcə də qeyd oluna evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Loizidu Türkiyəyə qarşı işdə, eləcə də Sporronq və Lonnrot İsveçə qarşı (A 52, 1982) işdə Avropa Məhkəməsi bu nəticəyə gəldi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi (de yure), həm də faktiki (de fakto) maneələr Konvensiyanın pozuntusunu təşkil edir. Konkret məsələyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci norması, yəni mülkiyyətdən faktiki məhrum edilmə baş verib. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır. 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin mövqeyi belədir. 1 saylı Protokolun 1-ci maddəsinin əsas məqsədi fərdin öz mülkiyyətindən maneəsiz istifadə etməsini dovlətin və başqalarının əsassız mudaxiləsindən qorumaqdır. Lakin Konvensiyanın 1-ci maddəsinə əsasən, Razılığıa gələn Tərəflərin hər biri onların «yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyada … muəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər». Bu ümumi vəzifənin yerinə yetirilməsi Konvensiya ilə təmin olunan hüquqların səmərəli həyata kecirilməsini təmin edən pozitiv öhdəliklər yarada bilər. 1 saylı Protokolun 1-ci maddəsinin kontekstində həmin pozitiv ohdəliklər mülkiyyət hüququnun müdafiəsi üçün dovlət tərəfindən tədbirlər gorulməsini tələb edə bilər (bax:"Sovtransavto Holdinq" Ukraynaya qarşı, ərizə № 48553/99, b. 96, AİHM 2002-Vİİ (sonrakı istinadlarla birlikdə); həmcinin müvafiq dəyişikliklərlə bax: Kiqan İrlanidyaya qarşı məhkəmə işi üzrə 26 may 1994-cü il tarixli qərar, A seriyaları, c. 290, s. 19, b. 49; və Kroon və başqaları Niderlanda qarşı məhkəmə işi uzrə 27 oktyabr 1994-cü il tarixli qərar, A seriyaları, c. 297-C, s.56, b. 31). Bununla belə, 1 saylı Protokolun 1-ci maddəsi uzrə dövlətin pozitiv və neqativ ohdəlikləri arasındakı sərhədlərin dəqiq anlayışı yoxdur. Hər halda tətbiq edilən prisiniplər hər iki halda oxşardır. Əgər iş dövlətin pozitiv öhdəliyi baxımından və ya və dövlət hakimiyyəti orqanının müdaxiləsi baxımından (həmin müdaxilənin əsaslandırılması tələb olunur) təhlil edilirsə, tətbiq edilə bilən meyarlar mahiyyətcə bir-birindən fərqlənmir. Hər iki kontekstdə fərd ilə bütövlükdə cəmiyyətin qarşı-qarşıya duran maraqları arasında ədalətli tarazlığa riayət edilməsinə diqqət yetirmək lazımdır. Bu da doğru hesab edilir ki, müvafiq ictimai maraq tələbləri ilə ərizəcinin əsas hüququ olan mülkiyyət hüququ arasında tarazlığı qiymətləndirərkən sözügedən maddədə qeyd edilən məqsədlər müəyyən əhəmiyyət kəsb edə bilər. Hər iki kontekstdə dovlət Konvensiyaya riayət edilməsini təmin etmək üçün tədbirlər gorməkdə muəyyən qiymətləndirmə sərbəstliyinə malikdir (müvafiq dəyişikliklərlə bax: Kiqan İrlandiyaya qarşı məhkəmə işi uzrə yuxarıda adı cəkilən qərar, b. 49; və Hetton və başqaları Birləşmiş Krallığa qarşı [GC], ərizə № 36022/97, 98ci və sonrakı bəndlər, AİHM 2003-İİİ). 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dovlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən mudaxilə qanuni olmalıdır: birinci abzasın ikinci cumləsi yalnız «qanunla … nəzərdə tutulmuş şərtlərlə» mulkiyyətdən məhrum edilməyə icazə verir, ikinci abzasda isə təsdiq edilir ki, dovlətlər «qanunlar» qəbul etməklə mulkiyyətdən istifadəyə nəzarət etmək hüququna malikdilər. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır (bax: Kecmiş Yunanıstan kralı və başqaları Yunanıstana qarşı [GC], ərizə № 25701/94, b.79, AİHM 2000-Xİİ, (sonrakı istinadlarla birlikdə); və latridis Yunanıstana qarşı məhkəmə işi uzrə yuxarıda adı çəkilən qərar, b. 58). Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlcatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini oncədən gormək mümkün olsun (bax: Beyelerin işi uzrə yuxarıda adı cəkilən qərar, b. 109-110 ). Eyni zamanda Məhkəmə bildirib ki, qanun həmdə özbaşınalığa yol verməməlidir. Halbuki cəmiyyətin maraqları naminə qanuni məqsədi Məhkəmə belə ifadə edib: Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata kecirilməsinə hər hansı mudaxilə qanuni məqsəd daşımalıdır. Eyni səbəbə gorə, pozitiv ohdəlikdən sohbət gedən işlərdə dovlətin hərəkətsizliyinin qanuni əsası olmalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi ozluyundə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Bundan başqa, xatırlatmaq lazımdır ki, l- ci maddəyə daxil edilən muxtəlif normalar təcrid halında deyil, bir-biri ilə əlaqəlidir və ikinci və üçüncü normalar yalnız mulkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret mudaxilə numunələri ilə bağlıdır. Bunun nəticələrindən biri ondan ibarətdir ki, ikinci cumlənin tələb etdiyi «cəmiyyətin maraqlarının» mövcudluğu və ya ikinci abzasda qeyd edilən «ümumi maraqların» mövcudluğu əslində birinci cumlədə əks olunmuş prinsipin nəticəsidir, beləliklə, 1-ci maddədə nəzərdə tutulan mənada mulkiyyətdən maneəsiz istifadə hüququna mudaxilə cəmiyyətin maraqları naminə qanuni məqsəd daşımalıdır. Öz cəmiyyətləri və onların ehtiyacları barədə birbaşa məlumatları olduğuna görə milli hakimiyyət orqanları «cəmiyyətin maraqlarını» qiymətləndirməkdə prinsipcə beynəlxalq hakimə nisbətən daha əlverişli vəziyyətdədirlər. Buna gorə də, Konvensiyanın bərqərar etdiyi müdafiə sisteminə əsasən, cəmiyyətdə narahatlıq doğuran problemin mövcudluğuna ilkin qiymət vermək və mülkiyyət hüququ sahəsində tətbiq edilməli olan tədbirləri, o cümlədən mülkiyyətdən məhrum edilmə və mülkiyyətə gorə kompensasiya tədbirlərini təmin etmək vəzifəsi milli hakimiyyət orqanlarının üzərinə düşür. Konvensiya təminatlarının şamil olunduğu digər sahələr kimi burada da milli hakimyyət orqanları, müvafiq surətdə, muəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. Bundan başqa, «cəmiyyətin maraqları» anlayışı, sözsüz ki, geniş anlayışdır. İstər mulkiyyətdən maneəsiz istifadəyə mudaxilə edilərkən, istərsə də tədbir gorməkdən imtina edilərkən cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının mudafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməlidir (digər qərarlar arasında bax: Sporronq və Lonnrotun işi- uzrə yuxarıda adı cəkilən qərar, s. 26, b. 69). Bu tarazlığa nail olmaq məsələsi 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapmışdır. Konkret olaraq, dovlətin tətbiq etdyi istənilən tədbirlərlə, o cumlədən şəxsin mulkiyyətdən məhrum edilməsinə yonələn tədbirlərlə həmin tədbirlərin qarşısında duran məqsəd arasında ağlabatan mutənasiblik əlaqəsi mövcud olmalıdır. Buna gorə də, bu maddənin pozulduğunun iddia edildiyi hər bir işdə Məhkəmə muəyyən etməlidir ki, dovlətin hərəkəti və ya hərəkətsizliyi vasitəsilə müvafiq şəxsin uzərinə qeyri-mutənasib və həddən artıq yük düşübmü? (bax: Sporronq və Lonnrotun işi uzrə və Kecmiş Yunanıstan kralı və başqalarının işi uzrə məhkəmə qərarları, müvafiq surətdə b. 73 və b. 89-90, sonrakı istinadlarla birlikdə). 1 saylı Protokolun 1-ci maddəsinə riayət edilibedilmədiyini qiymətləndirərkən Məhkəmə sozugedən muxtəlif maraqları butunluklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır. Bu qiymət təkcə müvafiq kompensasiya şərtlərini deyil (əgər sohbət mulkiyyətin məhrum etmədən gedirsə), həm də tərəflərin davranışını, o cumlədən dovlətin tətbiq etdiyi vasitələri və onların necə tətbiq edilməsini ozundə ehtiva edə bilər. Bu kontekstdə vurğulamaq lazımdır ki, qeyri-muəyyənlik (istər qanunverici, istərsə də inzibati və ya hakimiyyət orqanlarının praktiki fəaliyyətindəki qeyri-muəyyənlik) dovlətin davranışının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan amildir. Həqiqətən, sohbət ümumi maraqlara aid olan məsələdən gedirsə, dovlət hakimiyyəti orqanları vaxtında, məqsədəuyğun və ardıcıl şəkildə hərəkət etməlidirlər. Cavabdeh1 uzun müddət mübahisəli fərdi yaşayış evində yaşayaraq həmin evə xərc çəkməsinə dair etirazına münasibət bildirən məhkəmə qeyd edir ki, sözügedən amil hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Eyni zamanda bununla bağlı Cavabdeh1 izah edilir ki, mübahisəli fərdi yaşayış evə çəkilmiş xərclə bağlı ayrı qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir.Belə ki, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, müvafiq vəsait qoymaqla evin təmirinə xərc çəkmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə fərdi yaşayış evinə xərc çəkmiş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 İddiaçı məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən məcburi qaydada çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 İddiaçı məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən məcburi qaydada çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1179/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1179/2023
06.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver