Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1185/2020 01.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum anası – X3 xx xxxx 1943-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində atası X6, anası Mirzənmədova Tükəzban Göyüş qızı olmaqla doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun mərhum anası X9 xx xxxx 1943-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Nohurqışlaq kəndində anadan olmuş və xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. 1943-cü illərdə qarışıq dövrlər olduğuna, yəni faşist Almaniyası ilə SSRİ arasında müharibə olduğuna görə və ya başqa səbəbdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. Vəfat edən günə qədər onun şəxsiyyətini müəyyən edən heç bir sənədi olmamışdır. Qəbələ rayonunda aqrar islahatı aparılan zaman ailə başçısı X9 olmaqla paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən onun payına düşən mülkiyyətinin üzərində hüquqlarının həyata keçirmək istədi. Lakin, məlum oldu ki, anasının doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 05/Q-217/13 saylı arayışı ilə ona cavab verildi ki, X9 barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Qanunun tələbini rəhbər tutaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldi. Çünki, o, başqa yolla mərhuma doğum şəhadətnaməsi əldə edə bilmir. Mərhum anası X3 təvllüdünün xx xxxx 1943-cü il olmasını, atasının X7, anasının isə X2 olmasını məhkəməyə dəvət ediləcək şahidlər də təsdiq edə bilərlər. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, mərhum X9 onun qayınanası olmuşdur. Bəzi sənədləşmə işlərini həll edən zaman onun şəxsiyyət vəsiqəsində həmçinin digər sənədlərdə doğum tarixinin xx xxxx 1943-cü il olaraq göstərildiyini görmüşdür. İş üzrə şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, mərhum X9 onun həmkənnlisi olmuşdur. Ağayeva Nunufar xx xxxx 1943-cü ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmasını anasından eşitmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-217/13 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Avtomatlaşdırılmış qeydiyyat və informasiya sistemində” və arxiv məlumatlarında “X1”-nın doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Tüntül kənd soveti tərəfindən xx xxxxxx 1964-cü il tarixdə verilmiş İ-İE № 310798 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 1964-cü ildə X1 ilə nikah bağlamış və bu barədə nikah haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Həmin şəhadətnamədə X3 doğum tarixi “1943-cü il”, doğum yeri “Qəbələ rayonu, Nohurqışlaq kəndi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Tüntül kənd soveti tərəfindən xx xxxxx 1971ci il tarixdə verilmiş AZB № 074279 saylı arayışdan görünür ki, Ərizəçi Ələskər oğlu xx xxxxx 1971ci ildə Qəbələ rayon Nohurqışlaq kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. X5, anası X9 olmuşdur. İşdə olan Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli AZ-İ 693271 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki X9 xx xxxxxxx 2014-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində vəfat etmişdir və bu barədə Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N-də 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ağayeva (Mirzənmədova) Nunufar Bəybala qızı xx xxxx 1943-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, Ağayeva (Mirzənmədova) Nunufar Bəybala qızının xx xxxx 1943cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə “ata” qrafasında “X6”, “ana” qrafasında “Mirzənmədova Tükəzban Göyüş qızı” yazılaraq, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası – Ağayeva (Mirzənmədova) Nunufar Bəybala qızının xx xxxx 1943cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulması, atasının X6, anasının Mirzənmədova Tükəzban Göyüş qızı olması hüquqi fakt müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1185/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1185/2020
01.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver