Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1211/2020 03.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi üçüncü şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: Ərizəçi üçüncü şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən göründüyü kimi, ərizəçi ərizəsində bir biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, ərizəçi Qəbələ rayonu Vəndam qəsəbəsində (kəndində) yerləşən babası X3 anası X1 mülkün varisi olaraq o, Hüseynova (Güləliyeva) Məryəm İmanqulu qızına miras hüququ keçməklə vərəsəlik və mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, ərizəçi ilk növbədə vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə görə isəməhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra, daha sonra “mülkiyyət hüququnun tanınması” ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyyatı üzrə məhkəməyə müraciət olunmalıdır. Ona görə də, hazırki tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi mülkiyyət hüququnun tanınması ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünün daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. X6 7.1-ci maddəsində qeyd edilmişdir ki, “Məhkəmələrlə tövsiyyə olunsun ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktı müəyyən edilməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alının-alınmadığı aydındaşdırılmalıdır. Plenum Qərarın 7.2-ci bəndində o da qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Bu tələblərə iddia icraatı qaydasında baxılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəçiyə izah edilməlidir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar müvafiq orqana (Qəbələ Regional “ASAN xidmət” X4) müraciət etməli, bundan sonra müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəməyə müraciət olunmalıdır. Həmçinin ərizəçi həmin orqana müraciət etməsi ilə bağlı ərizəyə heç bir sübut əlavə etməmişdir. Eyni zamanda ərizəçi tərəfindən tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmamışdır. Ərizəçi ərizəsində Qəbələ rayonu Vəndam qəsəbəsində (kəndində) yerləşən babası X3 anası X1 mülkün varisi olaraq o, Hüseynova (Güləliyeva) Məryəm İmanqulu qızına miras hüququ keçməklə vərəsəlik və mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, iş materiallarına sözügedən mülkin nədən ibarət olması barədə müvafiq sənəd (şəhadətnamə, dövlət aktı, çıxarış, (layihə smeta sənədi, sxem, memarlıq tərəfindən verilmiş layihə və s.) əlavə etməmiş, ərizədə həmin sənədlərin mövcudluğu göstərilməmişdir. Həmçinin, ərizəçi ərizəsində hansı səbəblərdən Qəbələ rayonu Vəndam qəsəbəsində (kəndində) yerləşən mülkə dair müvafiq sənədlərin (şəhadətnamə, dövlət aktı və ya çıxarış) əlavə edilməməsi barədə məlumat verməmişdir. Mülki-Prosessual Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Göründüyü kimi ərizəçi məhkəməyə belə bir vəsatətlə müraciət etməmişdir. Həmçinin ərizəçi zəruri sübutları müstəqil əldə etmək imkanı olmaması barədə də məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, ərizəçi tərəfindən ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Ərizəçinin tələbi mücərrəd və qeyri-müəyyən olmaqla Azərbаycаn Respublikаsı MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi üçüncü şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1211/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1211/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver