Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1212/2020 02.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X2, üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X7 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X12 Mərkəzinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbi direktorunun xx xxxxxx 2019-cu il tarixli, 14 saylı əmrini ləğv edib əvvəlki vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin xx xxxxxxxx 2014-cü il tarixli, 1 saylı əmri ilə əvəzçi müəllim vəzifəsinə təyin olunmuş, xx xxxx 2017-ci il tarixli, 81 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra cavabdehin xx xxxxxx 2017-ci il tarixli, 91 saylı əmri ilə həmin məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilmiş, eyni zamanda texnologiya fənnini tədris etmişdir. Müqavilə müddətsiz bağlanmışdır. xx xxxx 2018-ci il tarixli əmrlə heç bir əsas və səbəb göstərilmədən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına istinad edilmədən tutduğu vəzifədən azad edilmiş, xx xxxxxxxx 2017-ci il tarixli, 111 saylı əmrlə 1 (bir) il müddətinə onunla əmək müqaviləsi bağlanmış, lakin müqavilə müddəti başa çatmadan xx xxxx 2019-cu il tarixli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Əmrdə işdən azad edildiyi əmrin verildiyi gündən 16 gün əvvəlki tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Lakin əmrin ona göndərilmiş surəti ilə əmək kitabçasına yazılmış tarixlərdə fərqlər olmuşdur. Bundan sonra işdən azad edilməsinə dair əmrin surətini ala bilməmişdir. Sorğu əsasında əmrlərin surətləri ona xx xxxxxx 2020-ci il tarixli məktubla göndərilmişdir. Qəbələ şəhər 1 saylı tam orta məktəbin tabe olduğu Qəbələ rayon Təhsil Şöbəsinin yüksək vəzifəli şəxslərinin qanunsuz və şifahi göstərişinə uyğun olaraq əmək hüquqları pozulmuşdur. Buna sübut olaraq cavabdeh təşkilatın direktoru, N.Rüstəmovanın Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 saylı X12 mərkəzinə ünvanladığı təqdimatı göstərmək olar. Təqdimatda işlədiyi müddətdə müsbət xarakterizə olunduğunu, müsabiqələrdə iştirak edərək yüksək bal topladığı qeyd edilmiş, müqavilə bağlamaq üçün icazə istənilsə də, işlə təmin olunmamışdır. Hesab edir ki, əmək hüquqları kobud şəkildə pozulmuşdur. Mülki işin xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X10 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda göstərdi ki, onunla bağlanmış müddətli əmək müqavilələri fasiləsiz olaraq 5 ildən artıq davam etmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqavilələri müddətsiz hesab edilməli və bununla bağlı normalar tətbiq edilməlidir. Həmçinin o, hal-hazırda İsmayıllı rayon İstisu kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. İstəyir ki, iki yerdə də işləsin. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş edir. Cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X5 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı ilə bağlanılmış xx xxxxxxxx 2014-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən o, öz ixtisası üzrə məktəbdə müvəqqəti olaraq ibtidai sinif müəllimi (əvəzçi) olaraq işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdən bitdiyindən, xx xxxx 2017-ci il tarixli, 81 nömrəli əmrlə əmək müqaviləsinin 68-b bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2017-ci il tarixdən xitam verilərək axırıncı hesab ödənilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı ilə xx.xx.2017-ci il tarixdə onun xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 6 (altı) saat texnologiya dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən bitdiyindən, xx xxxx 2018-ci il tarixli, 105 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra məktəbin müəllimi X11 analıq məzuniyyətində olduğu üçün İddiaçı ilə xx.xx.2018ci il tarixdə sonuncunun xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 7 (yeddi) saat şahmat dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən bitdiyindən, xx xxxx 2019-cu il tarixli, 14 nömrəli əmrlə İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesab ödənilmişdir. İddiaçı ilə müqavilələr bağlanan zaman ştat üzrə vakansiya olmamış, o, analıq məzuniyyətində olan müəllimələrin yerinə işə qəbul olunmuşdur. Həmçinin İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməməmişdir. Hal-hazırda isə iddiaçı İsmayıllı rayon İstisu kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. İş üzrə ədalətli qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X13 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı xx xxxxxxxx 2014-cü il tarixdə 01 nömrəli əmrlə Qəbələ şəhəri 1 saylı tam orta məktəbinə müddətli əmək müqaviləsi bağlayaraq xx.xx.2017-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra İddiaçı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 6 (altı) saat texnologiya dərsi verilmişdir. Daha sonra isə iddiaçı ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə 14 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işdən azad edilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X10 Mərkəzinin nümayəndəsi X9 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx xxxxxxxx 2014-cü ildə 01 saylı əmrlə məktəbə ibtidai sinif ixtisası üzrə müvəqqəti olaraq Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat dərs verilmiş və xx.xx.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlamışdır. xx.xx.2017-ci il 81 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. xx.xx.2017-ci ildə 91 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat texnologiya dərsi verilmiş və xx.xx.2018-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il 105 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. xx.xx.2018-ci ildə 109 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, belə ki, məktəbin müəllimi X11 analıq məzuniyyətdə olduğu üçün 7 (yeddi) saat şahmat dərsi verilmiş və xx.xx.2019-cu il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il 14 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. Həmçinin İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməməmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx xxxxxxxx 2014-cü il tarixli, 01 nömrəli əmrlə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə ixtisası üzrə müddətli müqavilə əsasında (xx.xx.2017-ci il tarixə) əvəzçi müəllim təyin olunmuşdur. Eyni zamanda xx.xx.2017-ci il 81 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx xxxxxxxx 2017-ci il tarixli, 91 nömrəli əmrlə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə ixtisası üzrə müddətli müqavilə əsasında (xx.xx.2018-ci il tarixə) əvəzçi müəllim təyin olunmuşdur. Eyni zamanda xx.xx.2018-ci il 105 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx xxxxxxxx 2018-ci il tarixli, 109 nömrəli əmrlə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə ixtisası üzrə müddətli müqavilə əsasında (xx.xx.2019-cu il tarixə) əvəzçi müəllim təyin olunmuşdur. Eyni zamanda xx.xx.2019-cu il 14 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X2 xx.xx.2014cü il tarixli 1 nömrəli əmrindən görünür ki, X8 2008-ci il məzunu İddiaçı xx xxxxxxxx 2014-cü il tarixdən Qəbələ şəhər 1 saylı tam orta məktəbinə əvəzçi müəllim təyin edilmiş və 6 saat dərs yükü ilə təmin edilmişdir. İş materiallarında olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X2 xx.xx.2017-ci il tarixli 77 nömrəli əmrindən görünür ki, məktəbin əvəzetmə sinif müəllimi İddiaçı adı xx.xx.2017-ci il tarixindən tarifləşmədən çıxarılmış və onunla müddətli xx.xx.2017-ci il tarixə qədər əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X2 xx.xx.2017-ci il tarixli 81 nömrəli əmrindən görünür ki, əmək müqaviləsinin 68-b bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2017-ci il tarixdən xitam verilərək axırıncı hesab ödənilmişdir. İş materiallarında olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X2 xx.xx.2018-ci il tarixli 110 nömrəli əmrindən görünür ki, İddiaçı ilə 2018-2019-cu il tədris ilinə 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X2 xx.xx.2019cu il tarixli 14 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən əmək müqaviləsinə xitam verilmiş və axırıncı hesab ödənilmişdir. İş materiallarında olan işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bir il müddətinə məktəbdə 6 saat dərs deməklə müəllim işinə qəbul edilmişdir. İş materiallarında olan işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bir il müddətinə məktəbdə 7 saat dərs deməklə müəllim işinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 1 saylı tam orta məktəbi arasında xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, məktəbdə ibtidai sinif müəllimi təyin edilmişdir. Müqavilənin müddətinin bitmə tarixi kimi xx.xx.2017-ci il qeyd olunmuşdur. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 200 manat göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 115 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdən müddətsiz müqavilə ilə İstisu kənd tam orta məktəbində müəllim vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbinin direktoru Zamin Allahverdiyev tərəfindən imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli, 85 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2020ci il tarixdən İstisu kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. İş materiallarında olan Qəbələ şəhər 1 saylı tam orta məktəbin direktoru M.Rüstəmova tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X12 Mərkəzinə və Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramovaya yazılmış təqdimatda göstərilmişdir ki, İddiaçı 2014cu il tarixdən Qəbələ şəhər 1 saylı tam orta məktəbində əvəzetmə ibtidai sinif müəllimi işləyir. Müəllimə işlədiyi illər ərzində şagirdlərin, müəllimlərin və valideynlərin hörmətini qazanmış, dəfələrlə 10-15 müəllimin ilə açıq dərslər, geniş bayram tədbirləri keçirmişdir. Onun uşaqlara sevgi və səbirlə yanaşması, valideynlərdə ona qarşı böyük hörmət yaratmışdır. O, işə qəbul imtahanında 2017-ci tədris ilində 44 bal, 2018-ci tədris ilində 43 bal, 2019-cu tədris ilində 48 bal toplamışdır. İş materiallarında olan 02dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X12 Mərkəzinin Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi X4 məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, İddiaçı xx xxxxxxxx 2014-cü ildə 01 saylı əmrlə məktəbə ibtidai sinif ixtisası üzrə müvəqqəti olaraq Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat dərs verilmiş və xx.xx.2017ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlamışdır. xx.xx.2017-ci il 81 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. xx.xx.2017-ci ildə 91 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat texnologiya dərsi verilmiş və xx.xx.2018-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il 105 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. xx.xx.2018-ci ildə 109 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, belə ki, məktəbin müəllimi X11 analıq məzuniyyətdə olduğu üçün 7 (yeddi) saat şahmat dərsi verilmiş və xx.xx.2019-cu il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il 14 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. Həmçinin İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməməmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 73-cü maddənin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin ikinci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. Hazırkı mülki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbi arasında bağlanımış xx xxxxxxxx 2014-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən o, öz ixtisası üzrə məktəbdə müddətli əmək müqaviləsi ilə analıq məzuniyyətində olan müəllimənin yerinə müvəqqəti olaraq ibtidai sinif müəllimi (əvəzçi) olaraq işə qəbul olunmuşdur. Bu barədə həmin tarixdə məktəb direktoru X5 tərəfindən 01 nömrəli əmr imzalanmış və ona Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən (həmin maddəyə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.) ******* nömrəli əmək kitabçası tərtib edilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdən bitdiyindən, xx xxxx 2017-ci il tarixli, 81 nömrəli əmrlə əmək müqaviləsinin 68-b bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2017-ci il tarixdən xitam verilərək axırıncı hesab ödənilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş»lə müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 1 saylı tam orta məktəb direktoru arasındakı müddətli əmək müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi göstərilmişdir. Bundan sonra işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə onun xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 6 (altı) saat texnologiya dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən bitdiyindən, xx xxxx 2018-ci il tarixli, 105 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra məktəbin müəllimi X11 analıq məzuniyyətində olduğu üçün işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə onun xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 7 (yeddi) saat şahmat dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən bitdiyindən, xx xxxx 2019-cu il tarixli, 14 nömrəli əmrlə İddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2019-cu il tarixdən xitam verilərək axırıncı hesab ödənilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı məxsus əmək kitabçasında adı çəkilən əmr qeyd olunaraq məktəb direktorunun imzası və möhürü ilə təsdiq edilmiş və əmək kitabçası qanunvericiliyin tələblərinə uyğun surətdə ona təqdim olunmuşdur. Göründüyü kimi, İddiaçı xx xxxxxxxx 2014-cü il tarixdə məktəbdə müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən xx.xx.2017-ci il tarixdə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Daha sonra xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixə onunla yeni əmək müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2018-ci il tarixə kimi bağlandığından həmin tarixdə müqaviləyə xitam verilmişdir. Daha sonra məktəbin analıq məzuniyyətinə çıxmış müəllimi X6 7 (yeddi) saat şahmat dərsixx.xx.2018-ci il 109 saylı əmrlə İddiaçı müvəqqəti olaraq, yəni müddətli əmək müqaviləsinin sonuncu tarixinə, xx.xx.2019-cu il tarixə kimi verilmişdir. xx.xx.2019-cu i tarixdə isə müqavilənin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X10 Mərkəzinin nümayəndəsi X4 məhkəmədə verdiyi izahatı və məhkəməyə təqdim etdiyi məlumata görə İddiaçı diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. Bir sözlə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Qəbələ şəhəri 1 saylı tam orta məktəb arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair məktəb direktoru X2 xx.xx.2019-cu il tarixli 14 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğundur, tam qanuni və əsaslıdır. Buna görə də iddiaçının adı çəkilən əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Mülki işin məhkəmə araşdırılması zamanı tərəflərin verdikləri izahatlarla və eləcə də işdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 115 nömrəli arayışdan və Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbinin direktoru Zamin Allahverdiyev tərəfindən imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli, 85 nömrəli əmrin surətindən müəyyən edilir ki, İddiaçı ilə İsmayıllı rayonu İstisu kənd tam orta məktəbi arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, həmin məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən (müqavilənin müddətinin bitməsi əsası ilə) həmin müqaviləyə xitam verilməsi barədə xx xxxx 2019-cu il tarixli, 14 nömrəli əmrdən iddiaçının vaxtında xəbəri olduğu halda o, aralarında olan əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi və ya buraxdığı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü (iradəsindən asılı olmayan səbəblərdən) səbəblərdən baş verməsi barədə heç bir sübutu onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə, İddiaçı iradəsinin ifadəsi olaraq məktəb direktorunun onun işdən azad olunması barədə xx xxxx 2019-cu il tarixli, 14 nömrəli əmri ilə razılaşmışdır. Həmin razılaşmanın məntiqi nəticəsi kimi də o, hazırda İsmayıllı rayonu İstisu kənd orta məktəbində öz ixtisası üzrə müəllim vəzifəsində işləyir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı izahatında xx xxxxxx 2017-ci il tarixli, 91 saylı əmək müqaviləsinin müddətsiz bağlandığını qeyd etsə də, iddia ərizəsinə və məhkəmə araşdırması zamanı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi müddətli əmək müqavilələrindəki imzaların ona məxsus olduğunu bildirmiş və müqavilələrin məzmunundan xəbərsiz olduğunu qeyd etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. İddiaçı məhkəmə zamanı verdiyi ifadəsində Azərbayan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin işəgötürən tərəfindən pozulduğunu və onunla bağlanmış müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etməsini qeyd etsə də, işin halları ilə müəyyən olunur ki, onunla bağlanmış əmək müqavilələrinin ümumi müddəti 5 ildən artıq olmamışdır. Belə ki, iddiaçı ilə ilk əmək müqaviləsi xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış və onunla bağlanmış sonuncu xx.xx.2018-ci il tarixli müddətli müqaviləyə xx.xx.2019-cu il tarixdə müddət bitdiyindən xitam verilmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən də, göründüyü kimi eyni iş üzrə əmək münasibəti fasiləsiz olaraq 5 ildən artıq müddət davam edərsə əmək müqaviləsi müddətsiz hesab edilir. Göründüyü kimi iddiaçının vəzifəsi üzrə əmək fəaliyyəti 5 ildən artıq müddət təşkil etmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqavilələrinə xitam verilmiş, daha sonra isə yeni əmək müqavilələri bağlanmışdır. Bu isə qanunda göstərilən əmək müqaviləsinin fasiləsiz olaraq davam etməsinin qarşısını almış, həmin müddət kəsilmişdir. Buna görə də məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin qeyd olunmuş normasına görə müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə hesab olunmasının iddiaçı tərəfindən mübasisələndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, İddiaçı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1212/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1212/2020
02.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver