Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1221/2023 19.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X4nun 15 may 1940-cı ildə (indiki Qəbələ) rayonu, Bayramkoxa kəndində doğulması, atasının Ağayev Beydulla oğlu, anasının X2 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Bayramkoxa kəndində anadan olmuşdur. X4, anası X7r. Hər iki valideyni vəfat etmişlər. Valideynləri nikahlarını 1985-ci il tarixdə rəsmiləşdirsələr də, faktiki 1965-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 2 övladları doğulmuşdur. Hər iki övladları sağdır. Atası doğularkən ona məlum olmayan səbəblərdən ona Doğum haqqında Şəhadətnamə alınmamışdır. Yaşadığı dövrdə də həmin Şəhadətnamə ondan tələb olunmadığına görə olubolmaması ilə maraqlanmamışdır. Lakin sonradan müəyyən sənədləşmə işləri ilə əlaqədar atasına məxsus Doğum haqqında Şəhadətnamə ondan tələb olunanda ona məlum olmuşdur ki, mərhum atasına məxsus Doğum haqqında Şəhadətnamə yoxdur. Atası 15 may 1940-cı ildə anadan olmuşdur. Belə ki, o həmişə özünə may ayının 15-də ad günü keçirirmiş və 1940-cı ildə doğulduğunu onlara demişdir. Mərhum atasına Doğum haqqında Şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinin 11 iyul 2023-cü il tarixli, 3-16-5/8- 15-A-150/2023 saylı məktubu ilə ona cavab verilmişdir ki, atası barədə doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, ərizəçi onun qonşusudur. X21 də onun qonşusu olmuş və münasibətləri həmişə yaxsı olmuşdur. X21 həmişə ad gününü 15 may tarixində qeyd etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, ərizəçinin mərhum atası Alcan Ağayev onun qohumu olmuşdur və dayı əvəzi sayılır. Uşaqlar illəri onların evlərində keçmişdir. Alcan Ağayevin 1940-cı il təvəllüdlü olmasından məlumatdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan Qəbələ rayon Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 826057 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan “Elektron Məhkəmə” sistemindən “Şəxsiyyət vəsiqə məlumatları” bölməsindən çıxarışdan görünür ki, X13 xx.xx.1940-ci ildə Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, 791143 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Qəbələ rayonunda doğulmuş, bu barədə doğum akt qeydləri kitabında həmin tarixdə xx.xx.1968-ci ildə 14 № ilə qeyd edilmişdir. X4, anası X7r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 3-16-5/8-15-A- 150/2023 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X6 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X6 ata adı “X8”, ana adı “X2” kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli, 140 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi mərhum X4 22 may 1940-cı ildə Qəbələ rayonunun Bayramkoxalı kəndində anadan olmuş, bu kənddə yaşayaraq X12 ilə birgə rəsmi nikaha girərək ailə qurmuş, 2018-ci ilin avqust ayının 04-ə kimi Bayramkoxalı kəndində yaşamış, 2018-ci ilin 04 avqustunda kənddə evində vəfat etmiş və həmin gündə də kəndin ərazisindəki qəbirstanlıqda dəfn olunmuşdur. İşdə olan X10 məxsus qəbir daşlarının foto-şəkildən görünür ki, X6 doğum tarixi 05.1940-ci il kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 102 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi həqiqətən Qəbələ rayonun Bayramkoxalı kəndində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin ifadəsindən müəyyən olundu ki, Ərizəçi mərhum X4 15 may 1940-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Bayramkoxa kəndində doğulmuşdur. X3, anası X1r. Lakin mərhum X6 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Bu hal məhkəməyə təqdim edilmiş sənədlərlə kifayət qədər sübut olunmaqdadır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X4nun 15 may 1940-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Bayramkoxa kəndində doğulması, atasının X8, anasının X2 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1221/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1221/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver