Məhkəmə qərarları › İş №2(025)-124/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-124/2021

29.01.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-124/2021 29.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi X11 və Qəbələ rayonu Uludaş kənd tam orta məktəbinin nümayəndəsi (direktoru) Eldarov SadəddinTacəddin oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Uludaş tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməyi barədə Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəb direktorunun xx xxxxxx 2017-ci il tarixli, 119 saylı əmrinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin məktəbdə işlədiyi “təsviri incəsənət” fənni üzrə müəllim vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1993-cü ildə Qəbələ rayonu Uludaş kəndində anadan olmuşdur. X9 Dövlət Attestasiya Komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə «Təsviri incəsənət» ixtisası üzrə ona subbakalavr dərəcəsi verilmişdir. xx xxxxxxx 2013-cü il tarixdə 15 nömrəli əmrlə Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd orta məktəbinin direktoru Sadəddin Eldarov ilə müddətsiz əmək müqaviləsi bağlayaraq həmin məktəbdə təsviri incəsənət fənni üzrə müəllim vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə 119 nömrəli əmrlə işdən azad edilmişdir. Lakin həmin əmr barəsində məlumatsız olmuş və əmr ona rəsmi qaydada təqdim edilməmişdir. Faktiki olaraq o, 2017-2018-ci tədris ilində də fənni üzrə müəllimlik etmiş, lakin əmək haqqı almamışdır. 2018-2019-cu tədris illərində isə məktəbin direktoru ona «bir müddət gözləməyini və məktəbə işə gəlməməyini» demiş, əsas kimi 4 saylı X10 Mərkəzinin əmək haqqı verməməsi olduğunu bildirmişdir. Bir müddətdən sonra müvafiq əmrlə işdən xaric olduğunu öyrənmiş və həmin əmrin sürətini rəsmi qaydada istəmiş və xx xxxxxx 2017-ci il tarixli, 119 saylı əmrin surəti ona xx xxxxxxx 2020-ci il tarixdə verilmişdir. Hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin onunla bağladığı müddətsiz əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verilməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbinin direktoru Sadəddin Eldarov onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını qanunvericiliyin tələblərinə uyğun şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi 2012-ci ildən sonra işə qəbul edilmiş işçilərin daimi əsaslarla işləmədiyinə görə 4 saylı MHM-nin onlara əmək haqqı verməməsi göstərilmişdir. Həmin sənədin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Bununla da Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəb direktorunun xx xxxxxx 2017-ci il tarixli 119 saylı əmri tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış və əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında İddiaçı izahat verə bilmədiyini, onu əvvəlki işinə qaytarmağı məhkəmədən xahiş etmişdir. Cavabdeh Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbinin direktoru X4 məhkəmə iclasında iddianı qəbul edərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı onun qazıdır. İddiaçı Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbində ixtisası üzrə işləmiş, lakin sonradan onunla məktəb arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən xx xxxxxx 2017-ci il tarixli 119 saylı əmrlə həmin əmək müqaviləsinə xitam verilmişdir. Lakin qızının səhhətində müəyyən problemləri olduğunu nəzərə alaraq bir müddət əmək müqaviləsinə xitam verilməsinə dair əmr ona verməmişdir. İddiaçı bir müddət məktəbdə işə gəlmiş, əmək haqqı almamış, sonradan qızı əmək haqqını almamasının səbəbini ondan soruşduqda məsələni açaraq onun işdən azad edildiyini nəzərinə çatdırmışdır. İş üzrə ədalətli qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh1 nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı Qəbələ rayonu Q.Şərifovadına Uludaş kənd orta məktəbində ixtisası üzrə işə qəbul olunmuş və həmin məktəb direktorunun xx xxxxxx 2017-ci il tarixli 119 saylı əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işdən azad edilmişdir. 2012-ci ildən müəllimlərin işə qəbulu nazirlik tərəfindən həyata keçirilir, ancaq ona kimi bu iş məktəb direktorlarına həvalə edilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X8 Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X8 Mərkəzinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X8 Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehlərin nümayəndələrinin çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli, xx.xx.2013-cü ildə tərtib edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, məktəb direktorunun xx xxxxxxxx 2013-cü il tarixli, 15 nömrəli əmri ilə Qəbələ rayonu Uludaş kənd tam orta məktəbində ixtisası üzrə (təsviri incəsənət müəllimi) müəllim təyin olunmuşdur. İşdə olan xx.xx.2013-cü il tarixdə işəgötürən Qəbələ rayon Uludaş kənd tam orta məktəb direktoru Sadəddin Eldarovla İddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, sonuncu həmin məktəbdə müəllim işinə qəbul olunmuşdur. İş materiallarında olan Qəbələ rayonUludaşkənd tam orta məktəbinin direktoru Sadəddin Eldarovun xx xxxxxx 2017-ci il tarixli 119 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin müəllimi İddiaçı xx xxxxxx 2017-ci il tarixdən işdən azad edilmişdir. Əmrdə əsas olaraq «2012-ci ildən sonra işə qəbul edilmiş işçilərin daimi əsaslarla işləmədiyinə görə 4 saylı MHM-nin onlara əmək haqqı verməməsi» göstərilmişdir. İş materiallarında olan Cavabdeh2 direktoru Sadəddin Eldarovun 31 avqust 2017-ci il tarixli 119 nömrəli əmrdən çıxarışa yazdığı qeyddən görünür ki, xx xxxxxx 2017-ci il tarixli 119 saylı əmr müraciət edən şəxsə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. Hazırkı mülki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Qəbələ rayonu Uludaş kənd tam orta məktəb direktorunun xx xxxxxxxx 2013-cü il tarixli, 15 nömrəli əmriilə həmin məktəbdə ixtisası üzrə (təsviri incəsənət müəllimi) müəllim təyin olunmuşdur .xx.xx.2013-cü il tarixdə işəgötürən Qəbələ rayon Uludaş kənd tam orta məktəb direktoru Sadəddin Eldarovla İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Cavabdeh2 direktoru Sadəddin Eldarovun 31 avqust 2017-ci il tarixli 119 nömrəli əmri iləİddiaçı həmin tarixdən də işdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Qəbələ rayonu Uludaş kənd tam orta məktəbinin direktoru ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli, 119 nömrəli əmrdən iddiaçının vaxtında xəbəri olduğu halda o, aralarında olan əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi və ya buraxdığı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü (iradəsindən asılı olmayan səbəblərdən) səbəblərdən baş verməsi barədə heç bir sübutu onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə, İddiaçı iradəsinin ifadəsi olaraq məktəb direktorunun onun işdən azad olunması barədə xx xxxxxx 2017-ci il tarixli, 119 nömrəli əmri ilə razılaşmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərdən vaxtında xəbəri olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi işdən çıxarılma barədə əmri xx.xx.2020-ci il tarixdə alması da barədə sübut həqiqəti əks etdirmir. Belə ki, İddiaçı Qəbələ rayonu Uludaş kənd tam orta məktəbinin direktoru X2 qızıdır və iddiaçının 3 il ərzində işdən çıxarılma barədə əmrdən xəbəri olmaması məntiqli deyildir. Bundan əlavə iddiaçı daha əvvəllərdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddia ərizələrində işdən çıxarılma barədə əmri aldığı tarix başqa tarix göstərilmişdir. Həmçinin Cavabdeh Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbinin direktoru X2, yəni iddiaçının atasının qızının səhhətində müəyyən problemləri olduğunu nəzərə alaraq bir müddət əmək müqaviləsinə xitam verilməsinə dair əmr ona verməməsi barədə dəlilləri isə İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli, 119 nömrəli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq qəbul olunmuş, iddiaçı tərəf iddia ərizəsində həmin əmrin qanunsuz olması barədə hər hansı bir sübut təqdim etməmiş, məhkəmə iclasında isə izahat verə bilməmiş, yalnız onun “işinə qaytarılmasını” xahiş etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. O, üzürsüz səbəbdən buraxdığı iddia müddətinin barpasına dair məhkəməyə müraciət etməmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Uludaş tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Uludaş tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar