Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1288/2022 02.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X5, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızına, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızına, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızına, maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X5, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızına, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızına, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızına, maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş və JN -1096F saylı, kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adına rəsmiləşdirilmiş X1 miras qalmış 0.07 ha torpaq sahəsi üzərində qanun üzrə vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, iddianın əsası kimi istinad edilən və cavabdehə təqdim etmək üçün sənədlərin bir qisminin surətləri iddia ərizəsinə əlavə olunmamış, həmçinin iddiaçı cavabdehlərin iddia ərizəsində göstərilən yaşayış ünvanı ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, həmçinin cavabdehlərin bir qisminin yaşayış ünvnaları tam şəkildə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən paylarının müəyyən edilməsini xahiş etmişlər. Lakin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxsndə notariat ofisindən verilmiş 06 noyabr 2019-cu il tarixli, 1257 nömrəli məktubdan görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş mərhum X3 adına xx.xx.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və vərəsələrin payı müəyyən edilmişdir. Həmçinin Qəbələ regional “Asan xidmət“ mərkəzinin notariat ofisindən verilmiş 19 mart 2021-ci il tarixli 415 saylı məktubdan görünür ki, xx.xx.2004-cü cü il tarixdə vəfat etmiş X2 adına xx.xx.2012-ci il tarixdə 1239 nömrə ilə vərəsəlik işi açılmış və vərəsələr dairəsi Cavabdeh9 və Cavabdeh8 ibarət olmaqla müəyyən edilib. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, X9 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən, hesab edirəm ki, İddiaçı2 tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X5, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızına, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızına, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızına, maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “payların müəyyən edilməsi” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. İddiaçı2 tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X4 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1288/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1288/2022
02.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver