Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1297/2023 26.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bibisi X7 10 may 1933-cü il tarixində Qutqaşen (indiki Qəbələ) şəhərində atası X12 və anası X23 olmaqla doğulmağı faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxx 1968-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. X6 ilə anası X5 olmuş, onlar evlənib ailə qurmuş, atası 01 yanvar 2009cu il tarixdə qan dövranı çatmamazlığmdan vəfat etmişdir. Həmçinin, ailə qurmuş, lakin övladı olmayan atasının bacısı-bibisi X18 da valideynləri ilə birlikdə yaşamışdır. Belə ki, bibisi X1 Nürəddin Zahid oğlu ilə xx.xx.1975-ci il tarixində nikaha daxil olmuş, övladları olmamış, əri X13 30 oktyabr 1989-cu il tarixində beyin qan damarlarının pozulmasından vəfat etmişdir. X18 isə 27 aprel 2007-ci il tarixində qan dövranı çatışmamazlığmdan vəfat etmişdir. Hal-hazırda notariat ofisində notariat əməliyyatı aparılmasına görə bibisinin doğumunu təsdiq edəcək sənəd doğum haqqmda Şəhadətnamə tələb olunsada, həmin sənəd aşkar olunmamışdır. Belə ki, bibisi 10 may 1933-cü il tarixində Qutqaşen (indiki Qəbələ) şəhərində ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda, bibisinin doğumundan 90 il ötmüşdür. Həmçinin, bibisinin atası yəni-babası X14 və bibisinin anası yəni-nənsi X23 da olmuş, babası və nənəsi də vəfat etmişlər. Mərhum bibisinin doğum haqqında şəhadətnaməsinin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Maraqlı şəxs xx.xx.2022ci il tarixli 05/Q-236/15 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində doğum haqqmda akt qeydləri və avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin bibisi X7 doğum haqqmda akt qeydi aşkar olunmamışdır, bu barədə məhkəməyə müraciət olunmaqı bildirilmişdir. Ona görə də bibisi X7 doğum faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur və bibisinin doğum faktı məhkəməyə təqdim olunmuş arxiv çıxarışında və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, o Ərizəçi analığıdır. Evə gəlin köçəndə X10 tanımışdır. Həmin qadın Mərdanın bibisidir. X2, atasının X12 olduğunu söyləmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, Ərizəçi həyat yoldaşıdır. X3 yoldaşının bibisidir. Nəcibə 1933-cü ildə anadan olmuşdur. 1993-cü ildə evə gəlin gələndə yoldaşının bibisini görmüşdür. Onun 1933-cü ildə doğulmasını şəxsiyyət vəsiqəsində görmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-236/15 №-li 27 avqust 2022-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X18”nın adına doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon, VVAQ şöbəsi tərəfindən 17 iyun 1968-ci il tarixdə verilmiş AЗ-İİ № ******* saylı doğum haqqında şəhadatnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1968-ci il tarixdə Qutqaşen rayonunda anadan olmuşdur. X6, anası X15r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 88 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon, Zaqs bürosu tərəfindən 2 yanvar 1955-ci il tarixdə verilmiş İ-ИЕ № 033751 saylı doğum haqqında şəhadatnamənin surətindən görünür ki, X24 27 avqust 1939-cu il tarixdə Qutqaşen rayonunda anadan olmuşdur. X4, anası X19r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən 25 yanvar 2009-cu il tarixdə verilmiş AZ-İ № 341313 saylı ölüm haqqında şəhadatnamənin surətindən görünür ki, X24 01 yanvar 2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2021-ci il tarixdə verilmiş AZ-İİ № 192253 saylı ölüm haqqında şəhadatnamənin surətindən görünür ki, X18 27 aprel 2007-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2021-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X16 ilə X20 arasında nikahları bağlanmışdır. Bu barədə nikah haqqında 04 aprel 1975-ci il tarixində 11 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra kişiyə Məmmədov qadına Məmmədova soyadları verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeudiyyat şöbəsi tərəfindən 17 iyul 2023-cü il tarixli 3-16-5/7-175/2023 nömrəli arayışdan görünür ki, X16 30 oktyabr 1989-cu ildə ölmüşdür. Ölüm haqqında 30 oktyabr 1989-cu ildə 867 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi Beyin qan damarlarının pozulması. Ölümün qeydə alındığı yer: Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsidir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X18 10 may 1933-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) şəhərində doğulmuşdur. Məhkəmə hesab edir ki, X7 10 may 1993-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) şəhərində doğulması, atasının X12, X2nın olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X7 10 may 1933-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) şəhərində doğulması, atasının X12, X2nın olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1297/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1297/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver