Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-13/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, tikililərin sökülməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, tikililərin sökülməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, tikililərin sökülməsi və dəymiş zərərin ödənilməsi barədə iddia iddia qaldıraraq ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81) ərazisində inşa edilmiş qanunsuz tikililərin cavabdeh tərəfin hesabına sökülərək torpaq sahəsinin geri qaytarılması və torpaq sahəsinin qanunsuz istifadə olunduğu 13 il müddətində mülkiyyətindən məhrum edilməsi nəticəsində ona vurulan 46.800,0 manat məbləğində maddi zərərin ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi barədə iddia qaldıraraq Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,013 ha həyətyanı torpaq sahəsinin əldə olunmasından ötrü İddiaçı 2000,0 manat qabaqcadan ödənildiyini, ərazidə daş hasar və fərdi yaşayış evi tikildiyini, lakin İddiaçı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair razılaşmanın rəsmiləşdirilməsindən imtina etməsi nəticəsində ona 57.000,0 manat məbləğində maddi zərər dəydiyini göstərərək həmin məbləğin tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmiş və JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair ” şəhadətnamədə göstərilmiş plan əsasında təhkim edilmişdir. xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsinin ərazisindən 0,05 ha (33,80mx14,70m) Cavabdeh satılmış və 0,10 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********81) yenidən qeydiyyata alınmışdır. 2022-ci ildə ikinci Qarabağ müharibəsində yaralanmış X2 müalicəsindən ötrü “YAŞAT” fonduna müraciət etmiş və fondun tələbi üzrə həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü AR İN ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsinə ərizə vermişdir. Müvafiq qaydada ölçü işləri aparılarkən torpaq sahəsinin 0,0165 ha ərazisinin Cavabdeh tərəfindən qanunsuz yolla zəbt edilərək hüdudları daxilində daş hasar tikililməklə mülkiyyətində olan torpaq shəsinə qatıldığı və üzərində fərdi yaşayış evi tikildiyi məlum olmuşdur. Ona görə də, ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81) ərazisində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabına sökülərək torpaq sahəsinin geri qaytarılması və torpaq sahəsinin qanunsuz istifadə olunduğu 13 il müddətində mülkiyyətindən məhrum edilməsi nəticəsində ona vurulan 46.800,0 manat məbləğində maddi zərərin ödənilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı şəxsi mülkiyyətində olan JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin ərazisindən ona notariat qaydasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 0,05 ha satmış və 0,03 ha satmağı vəd edib qabaqcadan 2000,0 manat alaraq bitişik ərazidə yerləşən 0,015 ha torpaq sahəsindən könüllü qaydada çıxmışdır. Aralarında olan razılaşmaya əsasən torpaq sahələrini ayıran daş hasarın tikintisi tamamilə onun hesabına həyata keçirilmiş, bunun müqabilində İddiaçı özünə aid hissədən tikinti aparılacaq 20,0 sm enində torpaq sahəsini ayırmışdır. Çəpəri daxilində yerləşən cəmi 0,067 ha torpaq sahəsində 2013-2015-ci illərdə daş hasar, 2017-ci ildə isə fərdi yaşayış evi tikmiş və indiyədək heç bir etirazla qarşılaşmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli 4Ə-176 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini 7500,0 manata Cavabdeh satmışdır; Özgəninkiləşdirilən torpaq sahəsinin döngə nöqtələri və ölçüləri müqavilədə göstərilməmiş və Yerquruluşu planı müqaviləyə əlavə edilməmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********81) xx.xx.2013-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********80) xx.xx.2013-cü il tarixdə Cavabdeh adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6076 nömrəli ekspert rəyində göstərilmişdir ki, AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81) 0,0165 ha hissəsi Cavabdeh istifadəsindədir; Həmin 0,0165 ha torpaq sahəsinin kənarları mişar daşı ilə hasarlanmış, dəmir qapı qoyulmuş və üzərində Cavabdeh məxsus olan fərdi yaşayış evinin bir hissəsi yerləşir. İşdə olan İN ƏMDX DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2948/2023 saylı Mütəxəssis Rəyinə əsasən AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81 ) əlavə edilmiş 5 nömrəli planda 0,0165 ha hissəsi (1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən ərazi) Cavabdeh istifadəsindədir. Həmin ərazidə (qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca) daş hasar tikilmiş, dəmir qapı qoyulmuşdur. Cavabdeh məxsus olan fərdi yaşayış evinin bir hissəsi həmin torpaq sahəsinin üzərində tikilmişdir. AR Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Həmin Məcəllənin 65-ci maddəsinin 9-cu bəndinə əssən torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. AR Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, JN -1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-176 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi özgəninkiləşdirilən torpaq sahəsinin yerdə sərhədləri (naturada) müəyyən edilmədən və səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş Yerquruluşu planı əlavə edilmədən notarial qaydada təsdiq olunmuş və əldə olunan hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı da eyni qaydada aparılmışdır. İddiaçı JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair ” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin ərazisindən 33,80mx14,70m ölçülərdə Cavabdeh satıldığına dair dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı özgəninkiləşdirilən torpaq sahəsinin ərazi sərhədlərini 2022-ci ildə AR İN ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək bilmişdir. Müqavilə bağlandıqdan sonra AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin 0,0165 ha hissəsi faktiki olaraq Cavabdeh sahibliyində qalmış və üzərində fərdi yaşayış evi tikilərək fasiləsiz və etirazsız olaraq istifadə olunmuşdur. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi......, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini yerdə sərhədləri müəyyən edilmədən Cavabdeh satmış və eyni zamanda əldə edənin mübahisəli 0,0165 ha torpaq sahəsi üzərində tikinti aparmasına indiyədək heç bir etiraz bildirməyərək icazə verdiyinə dair iradəsini ifadə etmişdir. Cavabdeh AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin tikdiyi fərdi yaşayış evinin altında qalan hissəsindən AR Mülki Məcəlləsinin 157.8, 240.1 və 243.1-ci maddələrinə nəzərdə tutulan əsaslarla istifadə hüququ əldə etmişdir. Cavabdeh tərəfindən inşa edilən daş hasar mülkiyyətdə olan torpaq sahələrinin ərazi sərhədlərinin heç bir əsas olmadan faktiki surətdə dəyişməsinə səbəb olduğundan qanunsuz olmuşdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan A 014805 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2948/2023 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 5 nömrəli planda qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca tikilmiş daş hasar Cavabdeh öz hesabına sökülməli və 1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin altında qalmayan hissəsi Cavabdeh alınıb onun özünə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, tikililərin sökülməsi və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin olunsun: İddiaçı məxsus olan A 014805 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2948/2023 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 5 nömrəli planda qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca tikilmiş daş hasar Cavabdeh öz hesabına sökülsün və 1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin altında qalmayan hissəsi Cavabdeh alınıb onun özünə verilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Cavabdeh 50,0 (əlli) manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-13/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-13/2024
27.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver