Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1300/2022 28.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 18 avqust 1994-cü il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində doğulmağı hüquq faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin valideynlərə dair qeyd aparılmalı olan qrafasında atasının X6, anasının X1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi 18 avqust 1994-cü ildə anadan olmuşdur. Müəyyən sənədləşdirmə işlərini aparılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət edən zaman ona məxsus doğum haqqında akt qeydlərində uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, doğum haqqında akt qeydinin mövcud olmadığı məlum olmuşdur. Qeyd olunan uyğunsuzluqla bağlı, Maraqlı şəxsnə müraciət etsə də uşaq qrafasında doğum tarixində qara olduğundan doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu barədə ona rəsmi olaraq 03 sentyabr 2021-ci il tarixli, 277/13 saylı məktub verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəməyə 05/Q-1284/13 saylı məktub ünvanlayaraq Ərizəçi “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi 1994-cü ildə anadan olmuşdur, onun ad gününü həmişə 18 avqust tarixində qeyd ediblər. Anasının adı X1, atasının adı X2r. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Onun təvəllüdü 18 avqust 1994-cü ildir. O, Tikanlı kəndində anadan olub. Atasının adı X2r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-277/15 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarında Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmiş, uşaq qrafasında doğum tarixində qara olduğundan doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Tikanlı kənd İ.Ə.N tərəfindən 12 avqust 2013cü il tarixdə verilmiş AZ-İ № 849584 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 arasında 12 avqust 2013-cü ildə nikah bağlanmış, nikahdan sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir. Həmin şəhadətnamədə doğum qrafasında ərizəçinin doğum tarixi “18 avqust 1994-cü il” olaraq, doğulduğu yer qrafasında “Qəbələ rayonu, Tikanlı kəndi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı Azərbaycan Respublikası Vətandaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, burada ərizəçinin doğum tarixi “xx.xx.1994” olaraq, doğulduğu yer “Qəbələ rayonu, Tikanlı kəndi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Tikanlı kənd İ.Ə.N tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş XVİİİ-JQ № 425258 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Qəbələ rayon, Tikanlı kəndində doğulmuş, anası X1, atası X2r. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Orucova (Tağıyeva) Cəmilə Mahir qızı 18 avqust 1994-cü il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, ərizəçinin, yəni Orucova (Tağıyeva) Cəmilə Mahir qızının 18 avqust 1994-cü il tarixdə Qəbələ rayon, Tikanlı kəndində doğulması, atasının X6, anasının X1 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinin, yəni Orucova (Tağıyeva) Cəmilə Mahir qızının 18 avqust 1994-cü il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində doğulması, atasının X6, anasının X1 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1300/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1300/2022
28.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver