Məhkəmə qərarları › İş №2(025)-1314/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1314/2025

18.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1314/2025 18.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin ölmüş elan edilməsi faktı) Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 06 dekabr 1996-cı ilədək Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4, mənzil 1də yaşamış milliyətcə rus X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, X12 1924-cü ildə Ukraynada anadan olmuş və Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun biri qız və biri oğlan olmaqla iki uşağı olmuş və hər biri həddi buluğa çatandan sonra xaricə gedərək daimi olaraq başqa ölkədə yaşamışlar. X12 əri öləndən sonra tək qalmış və 1996-cı ildə mənzili ona sataraq çıxıb getmişdir. X12 xx.xx.1996-cı il tarixli etibarnamə ilə mənzilə dair sərəncam vermək hüququnu ona vermiş və Qəbələ notariat kontorunda vəsiyyətnamə verərərk mənzili təhvil verib Ukraynaya köçmüşdür. X15 tərəfindən verilmiş etibarnamədən istifadə edərək xx.xx.1999-cu il tarixədək mənzili öz adıma keçirtmək imkanı olsa da, vəsiyyətnamə olduğu üçün bunu etməmişdir. Mənzildə 1996-cı ildən indiyədək bacısı X1 ailə üzvləri ilə birlikdə yaşamış və kommunal xidmət haqlarını ödəmişdir. X12 2000-ci ildə Ukraynada vəfat etmiş, onun ölməsi əslən Ukraynalı olan Qəbələ şəhər sakini Vladimir Çarenko tərəfindən təsdiq olunsa da, Ukraynadan bu barədə rəsmi məlumat almaq mümkün olmamışdır. X5 öldüyünü təsdiq edən sənədlər olmadığından Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzilə dair Vərəsəlik hüqüqu şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də, 1924cü ildə anadan olmuş Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4, mənzil 1-də yaşamış milliyyətcə rus X5 ölmüş elan edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X1 göstərmişdir ki, o, Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. X12 ünvan 1 yaşamış və 1996-cı ildə mənzilini Ərizəçi sataraq Ukraynaya köçmüşdür. Mənzilə dair sənədləşmə Ərizəçi adına aparılsa da, mənzilin dəyəri onun tərəfindən ödənilmiş və ailə üzvləri ilə birlikdə qeyd olunan ünvana köçərək indiyədək orda yaşamışdır. Mənzilə təbii qaz və elektrik energisi verilişi onunla bağlanmış müqavilə əsasında həyata keçirilmiş və sərfiyyatın dəyəri indiyədək onun abonent hesabından ödənilmişdir. X12 2000ci ildə Ukraynada vəfat etmiş, onun ölməsi əslən Ukraynalı olan mərhum Qəbələ şəhər sakini Vladimir Çarenko tərəfindən təsdiq olunsa da, Ukraynadan bu barədə rəsmi məlumat almaq mümkün olmamışdır. İş üzrə şahid X2 Rakif Əziz oğlu göstərmişdir ki, o, Qəbələ şəhəri, H.Əliyev pr-ti (Azadlıq küçəsi) ev 4-də yerləşən 9 saylı mənzili 1993-cü ildə almış və indiyədək ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. X12 ünvan 1 yaşamış və 1996-cı ildə mənzilini Ərizəçi sataraq Ukraynaya köçmüşdür. Həmin tarixdən sonra X7 Qəbələ şəhərində görməmiş və barəsində hər hansı bir məlumat almamışdır. Mənzildə 1996-cı ildən indiyədək X1 ailə üzvləri ilə birlikdə yaşamışdır. İş üzrə şahid X17 göstərmişdir ki, o, Qəbələ şəhəri, H.Əliyev pr-ti (Azadlıq küçəsi ) ev 4-də yerləşən 7 saylı mənzili 1993-cü ildə almış və indiyədək ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. X12 ünvan 1 yaşamış və 1996-cı ildə köçüb getmişdir. Həmin tarixdən sonra X7 Qəbələ şəhərində görməmiş və barəsində hər hansı bir məlumat almamışdır. Mənzildə 1996-cı ildən indiyədək X1 ailə üzvləri ilə birlikdə yaşamışdır. İşdə olan xx.xx.1952-ci il tarixli 19 nömrəli Evlənmə haqqında Akt qeydinin surətinə əsasən 1924-cü ildə anadan olmuş milliyətcə rus X12 (28 yaşında) 1919-cu ildə anadan olmuş milliyyətcə belorus X8 evlənmişdir. İşdə olan xx.xx.1983-cü il tarixli 38 nömrəli ölüm haqqında Akt qeydinin surətinə əsasən 1910-cu ildən Qəbələ şəhəri, Lenin küçəsi ev 4-də yaşamış X13 xx.xx.1983-cü ildə Qəbələ şəhərində ölmüşdür. İşdə olan xx.xx.1956-cı il tarixli 126 nömrəli doğum haqqında Akt qeydinin surətinə əsasən xx.xx.1956-cı il tarixdə Qəbələ (Qutqaşen) şəhərində anadan olmuş X10 X12 və X6 törəmişdir. İşdə olan xx.xx.1953-cü il tarixli 44 nömrəli doğum haqqında Akt qeydinin surətinə əsasən xx.xx.1953-cü il tarixdə Qəbələ (Qutqaşen) şəhərində anadan olmuş X14 X12 və X6 törəmişdir. İşdə olan Qəbələ rayon Dövlət Arxivindən verilmiş xx.xx.2025-ci il tarixli 277 saylı məlumata əsasən Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 576 saylı sərəncamı ilə Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli AR Qanununa əsasən Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzil əvəzsiz olaraq həmin mənzildə yaşayan X5 şəxsi mülkiyyətinə verilmişdir. İşdə olan Qəbələ rayon MİKMK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-71/2-54/2025 saylı məlumata əsasən X12 Qəbələ şəhəri, Azadlıq (Lenin) küçəsi ev 4, mənzil 1-də 1996-cı ilədək yaşamış, onun ailə üzvlərinin qeydiyyatı olmamışdır. Həmin Mənzildə faktiki surətdə X4 və X18 yaşayır. Mənzilə görə aylıq ödənişləri və kommunal xidmət haqlarını X4 ödəyir. İşdə olan Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli 2B-1/89 nömrəli Vəsiyyətnamənin surətinə əsasən Qəbələ şəhəri, Lenin küçəsi ev 4, mənzil 1-də yaşayan X12 Qəbələ şəhərində yerləşən özəlləşdirilmiş üç otaqlı, bir eyvanlı yaşayış evini və digər bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli Etibarnamənin surətinə əsasən Qəbələ şəhəri, Lenin küçəsi ev 4, mənzil 1-də yaşayan X12 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının idarə olunmasını və üzərində hər cür sərəncam vermək səlahiyyətlərini xx.xx.1999-cu il tarixinədək olan müddətdə Ərizəçi etibar etmişdir. İşdə olan AR DMX Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 08/22038/di saylı məlumata əsasən X5 başqa ölkənin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətində məlumat yoxdur. İşdə olan AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-38-33/2-3840/25 saylı məlumatda göstərilmişdir ki, X12 barədə təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından onun ölkə hüdudlarından çıxıb çıxmadığını müəyyən etmək mümkün olmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı milliyyətcə rus 1924-cü il təvəllüdlü X12 Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzildə 06 dekabr 1996-cı ilədək tək yaşamış, bütün əmlakını Ərizəçi vəsiyyət etmiş və xx.xx.1999-cu ilədək idarə olunmasını tapşıraraq yaşayış yerini dəyişmiş və həmin vaxtdan etibarən Qəbələ şəhərində görünməmişdir. AR Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ şəhəri, Azadlıq (Lenin) küçəsi ev 4, mənzil 1-də yaşamış 1924-cü il təvəllüdlü X12 ölmüş elan edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Qəbələ şəhəri, Azadlıq (Lenin) küçəsi ev 4, mənzil 1-də yaşamış 1924-cü il təvəllüdlü X12 ölmüş elan edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü sayılsın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar