Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1333/2022 17.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq münasibətləri üzrə sair mübahislər) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında caşsnmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ÇİXARİŞ-a əsasən, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, ərazisi 1,9171 hektar olan, xüsusi mülkiyyət torpaq sahəsi üzərində cavabdehlər tərəfindən özbaşına olaraq: - alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin cavabdeh "xxxx" ASC-nin X7 Təhcizatı və Satışı İdarəsi və X9 tərəfındən elektrik enerjisinin verilməsinin dərhal dayandırılması; quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X3 abonenti (kod **********8) Cavabdeh2 hesabına kəsilərək torpaq sahəmin ərazisindən çıxarılması; - quraşdırılmış iki ədəd elektrik dəmirbeton dayaqlarının cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X3 abonenti (kod **********8) Cavabdeh2 hesabına çıxarılıb aparılmaqla torpaq sahəmin ərazisinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin (bundan sonra mətndə: AR ƏMDX DƏDKRPHŞ) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ÇİXARİŞ-a əsasən, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, ərazisi 1,9171 hektar olan torpaq sahəsi onun xüsusi mülkiyyətidir. "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin (bundan sonra mətndə: Şimal-Qərb RETSİ) 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV- luq Nic hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanmasının 2 (iki) ədəd dəmir beton dayaqları, müvafiq razılığı-icazəsi olmadan, özbaşına olaraq cavabdehlər tərəfindən xüsusi mülkiyyəti olan yuxarıda göstərdiyi torpaq sahəsinin üzərində quraşdırılmışdır və dayaqlararası naqillərlə ötürülməklə, cavabdehlər tərəfindən yüksəkgərginiikli elektrik enerjisinin alqı-satqısı edilir. Edilmiş sorğuya cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-sinin rəisi Nəriman Mahmudovun imzaladığı xx.xx.2022-ci il tarixli 01-01/ H-006/045 saylı məktubla bildirmişdir ki, "...sözügedən torpaq sahəsindən keçən elektrik veriliş xətti və dayaqlar, 35/10 kV-luq “Nic” Y/st-dan çıxan 35 kV-luq “Nic” hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanmasıdır. 35 kV-luq Fındıq zavodunu qidalandıran budaqlanma 2001-ci ildə 35/10 kV-luq “Nic” Y/st-dan çıxan 35 kV-luq hava xəttinin 76 saylı dayağından qolayrınu götürməklə 12 ədəd dayaq basdırılaraq çəkilmiş və həmin budaqlanmadan qidalanan ******* kodlu 250 kVA gücündə 35/0,4 kV-luq KTM quraşdırılmışdır. 35 kV-luq Fındıq zavodunu qidalandıran budaqlanma və ******* kodlu 250 kVA gücündə 35/0,4 kV-luq KTM X3 balansında deyil Həmin elektrik avadanlıqları X3 abonenti kimi "ORACLE” proqramı bazasında **********8 kodu altında Cavabdeh2 adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin balansındadır. ”Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vegi Xidmətinin rəsmi internet səhifəsinin (https://www.etaxes.gov.az/ebyn/commersialChecker.jsp) "Kommerdiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edimiş məlumatları"ndan edilmiş kompyuter çıxarışına əsasən: “xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN: ********** olan, Cavabdeh3 hüquqi ünvanı Qəbələ rayonu Mirzəbəyli kəndidir və qanuni təmsilçisi Cavabdeh2dur. ” Xüsusi mülkiyyəti olan torpaq sahəsinin üzərində heç bir müvafiq icazə-razılığı olmadan quraşdırılmış göstərdiyi iki ədəd dəmirbeton elektrik xətti dayaqları və dayaqlararası elektrik naqilləri vasitəsi ilə yüksəkgərginli elektrik enerjisi alqı-satqısı edən cavabdehlərə - "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nə elektrik enetjisinin verilməsini dayandırması və ona məxsus olan iki ədəd elektrik xətti dayağının və dayaqlararası elektrik naqillərinin söküb xüsusi mülkiyyətim olan torpaq sahəmi boşaltmasına dair Cavabdeh2 dəfələrlə yazılı pretenziyalar ilə müraciət etmiş olsa da, onlar tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, bu torpaq sahəsi onların adına keçməmişdən qabaq bu işıq dirəkləri orda olmuşdur. Belə ki, işıq dirəkləri orda 2000-ci ilə qədər salınmışdır. Torpaq isə onların adına dirəklər ora qoyulandan 15 il sonra alınmışdır. İddiaçının ona qarşı olan tələbi ilə eyni predmet üzrə işə Qəbələ Rayon Məhkəməsində baxılan digər iş üzrə qiymət verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 ona və "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli Qətnaməsi ilə iddiaçı X4 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 05 aprel 2022-ci il tarixli Qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunduğu hissədə ləğv edilmişdir. Qeyd olunan halları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, reyester nömrəsi **********31 olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X5 tərəfindən eyni tələblə daha öncə Qəbələ Rayon Məhkəməsində iddia qaldırılmışdır. Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı X6 tərəfindən Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 saylı qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 2(107)-1717/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Cavabdeh2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(107)-1717/2021 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və məhkəmənin 05 aprel 2022-ci il tarixli, 2(102)-1727/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək iş üzrə icraata xitam verilmişdir. Odur ki, İddiaçı Cavabdeh3 MMC, Cavabdeh2 və "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X2rşı “xüsusi mülkiyyət torpaq sahəsindən cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayağın və dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçınının “xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqısatqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması” dair tələbini aşağıda qeyd olunanları nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsindən İddiaçı verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, reystr nömrəsi **********1 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ona Qəbələ rayonu Həmzəli kəndində onun mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaqlarından tam mülkiyyət olaraq 1,9171 ha torpaq sahəsi verilmişdir. İşdə olan İddiaçı tərəfindən Cavabdeh2 və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nə ünvanlanmış Pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, xüsusi mülkiyyət üzərində tərəfindən özbaşına olaraq quraşdırılmış dəmir-beton dayaqların və elektrik xəttinin 10 (on) gün müddətində söküb apararaq torpaq sahəsini boşaltmaq barədə xəbərdar edilmiş və icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması nəzərinə çatdırılmışdır. İşdə olan "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin xx.xx.2022-ci il tarixli 01-01/ H-006/045 saylı məktubu ilə bildirilmişdir ki, "sözügedən torpaq sahəsindən keçən elektrik veriliş xətti və dayaqlar, 35/10 kV-luq “Nic” Y/st-dan çıxan 35 kV-luq “Nic” hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanmasıdır. 35 kV-luq Fındıq zavodunu qidalandıran budaqlanma 2001-ci ildə 35/10 kV-luq “Nic” Y/st-dan çıxan 35 kV-luq hava xəttinin 76 saylı dayağından qolayrınu götürməklə 12 ədəd dayaq basdırılaraq çəkilmiş və həmin budaqlanmadan qidalanan ******* kodlu 250 kVA gücündə 35/0,4 kV-luq KTM quraşdırılmışdır. 35 kV-luq Fındıq zavodunu qidalandıran budaqlanma və ******* kodlu 250 kVA gücündə 35/0,4 kV-luq KTM X3 balansında deyil Həmin elektrik avadanlıqları X3 abonenti kimi "ORACLE” proqramı bazasında **********8 kodu altında Cavabdeh2 adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin balansındadır.” İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vegi Xidmətinin rəsmi internet səhifəsinin "Kommerdiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edimiş məlumatları"ndan edilmiş kompyuter çıxarışına əsasən: xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN: ********** olan, Cavabdeh3 hüquqi ünvanı Qəbələ rayonu Mirzəbəyli kəndidir və qanuni təmsilçisi Cavabdeh2dur. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(025)- 626/2021 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021ci il tarixli, 2(107)-1717/2021 saylı qətnaməsi ilə iddiaçı X4 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qətnaməsi iddianın təmin olunmamış - Cavabdeh2 qarşı olan quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasına dair hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası həmin hissədə təmin olunmuş, AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr römrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə xx.xx.2011- ci il tarixdə ********** sayla qeydiyyata alınmış, Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 torpaq sahəsində quraşdırılmış iki ədəd elektrik dayaqları Cavabdeh2 hesabından çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 05 aprel 2022-ci il tarixli, 2(102)-1727/2022 saylı Qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin olunduğu hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında caşsnmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ÇİXARİŞ-a əsasən, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, ərazisi 1,9171 hektar olan, xüsusi mülkiyyət torpaq sahəsi üzərində cavabdehlər tərəfindən özbaşına olaraq: - alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin cavabdeh "xxxx" ASC-nin X7 Təhcizatı və Satışı İdarəsi və X9 tərəfındən elektrik enerjisinin verilməsinin dərhal dayandırılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X3 abonenti (kod **********8) Cavabdeh2 hesabına kəsilərək torpaq sahəmin ərazisindən çıxarılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X3 abonenti (kod **********8) Cavabdeh2 hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması tələb edir. Lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Seymur Ağayev həmin mübahisə üzrə daha öncə qəbul edilmiş məhkəmə aktlarının nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, hal-hazırkı predmet üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(107)-1717/2021 saylı Qətnaməsi ilə iddiaçı X4 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qətnaməsi iddianın təmin olunmamış - Cavabdeh2 qarşı olan quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasına dair hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası həmin hissədə təmin olunmuş, AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr römrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə xx.xx.2011- ci il tarixdə ********** sayla qeydiyyata alınmış, Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 torpaq sahəsində quraşdırılmış iki ədəd elektrik dayaqları Cavabdeh2 hesabından çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 05 aprel 2022-ci il tarixli, 2(102)-1727/2022 saylı Qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin olunduğu hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eyni tərəflər arasında mübahisə olmasa da, lakin əvvəllər Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən 1,9171 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı mübahisələrin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllini tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının iddiasında qeyd etdiyi Cavabdeh2 məxsus "xxxx" MMC "xxxx" ASC-nin enerji satış bazasında Cavabdeh2 adına olmaqla **********63270 (**********8) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (fındıq zavodu) 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin 35 kV-luq fındıq zavod budaqlanması gərginlik altındadır və işlək vəziyyətdədir. Xəttin qida mənbəyi 35/10 kV-luq Qəbələ yarımstansiyasıdır. Xətt 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşmə “Azərenerji” Səhmdar Cəmiyyəti “Dövlətenerjinəzarət” İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən istismara buraxılmışdır. Həmçinin Cavabdeh2 məxsus fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanma X10 Sahəsinin balansında deyil. Həmin xətt və dayaqlar Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin balansındadır. Bundan əlavə, məhkəmə aktları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC X7 Təchizatı və Satışı İdarəsi X3 10 iyun 2021-ci il tarixli, 1/13-1668 nömrəli mütəxəssis rəyi ilə X1 mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Belə ki, ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Beləliklə, Azərişıq” ASC X7 Təchizatı və Satışı İdarəsi X9 tərəfindən verilmiş mütəxəssis rəyindən məlum olmuşdur ki, iddiaçı X4 mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassasını dəyişdirə bilər. Bunun üçün ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Daha sonra isə xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Lakin həmin məhkəmə iclaslarında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) Nümayəndə ərizə ilə müraciət etmədən, müvafiq ödəniş etmədən və smeta hazırlanmadan cavabdehlər tərəfindən elektrik naqillərinin kəsilməsi və qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. İddiaçı X4 xüsusi mülkiyyətində olan torpaq sahəsində elektrik naqillərinin kəsilməsinin, quraşdırılmış iki ədəd elektrik dayaqlarının məhz cavabdehlərin hesabına çıxarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əksinə mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, X1 mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Bunun üçün ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttinin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmr-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmr-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1333/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1333/2022
17.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver