Məhkəmə qərarları › İş №2(025)-1385/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1385/2023

07.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1385/2023 07.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "miras qalmış əmlak üzərində vərəsəlik hüququnun müəyyən edilməsi" tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh5 və üçüncü şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “valideynlərindən miras qalmış torpaq sahələrindən ona çatacaq payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "miras qalmış əmlak üzərində vərəsəlik hüququnun müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.2015-ci ildə ölümü ilə və mərhum X1 xx.xx.2019-cu ildə ölümü ilə onlardan qalmış, cavabdehlər Cavabdeh3 və Rizvanova (Ədilova) Sevinc Əli qızı ilə ümumi birgə mülkiyyətlərində olan Qəbələ şəhərində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinin (JN-342G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) atasına və anasına aid payına açılan mirasın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaklar üzərində vərəsəlik hüququmun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin İddiaçı mərhum X2 xx.xx.2015-ci ildə ölümü ilə və mərhum X1 xx.xx.2019-cu ildə ölümü ilə onlardan qalmış cavabdehlər Cavabdeh3 və Rizvanova (Ədilova) Sevinc Əli qızı ilə ümumi birgə mülkiyyətlərində olan Qəbələ şəhərində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinin (JN- 342G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə") atasına və anasına aid payına açılan mirasın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaklar üzərində vərəsəlik hüququmun tanınması barədə iddia ərizəsinin təmin edilməməsi; mərhum atası X2 və mərhum anası X1 ölümündən sonra miras qalmış, onunla birlikdə cavabdeh (ilkin iddiaçı) İddiaçı və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan JN- 342G nömrəli, kod 40601004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki Qəbələ şəhərində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsində ona çatacaq pay müəyyən edilərək vərəsəlik hüququnun tanınması; mərhum atası X2 və mərhum anası X1 ölümündən sonra miras qalmış, onunla birlikdə cavabdeh (ilkin iddiaçı) İddiaçı və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan JN-342H nömrəli, kod 40601004 və JN-342F nömrəli, kod 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki Qəbələ şəhərində yerləşən 0.26 ha və 0.17 ha həyətyanı torpaq sahələrində ona çatacaq payın müəyyən edilərək vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsini geri götürdüyünü, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Həmçinin ərizəsində qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini göstərmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsini geri götürdüyünü, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, qarşılıqlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Həmçinin ərizəsində ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini göstərmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizələrini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər ilkin və qarşılıqlı iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ilkin və qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması üçün əsasdır. X4 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən cəmi 100 manat, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən cəmi 100 manat məbləğində pul "xxxx" ASC vasitəsilə ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumları onlara geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "miras qalmış əmlak üzərində vərəsəlik hüququnun müəyyən edilməsi" tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh5 və üçüncü şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “valideynlərindən miras qalmış torpaq sahələrindən ona çatacaq payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlkin iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlər Cavabdeh4 geri qaytarılsın. İlkin iddia üzrə İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunlarının qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar