Məhkəmə qərarları › İş №2(025)-1391/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1391/2022

26.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1391/2022 26.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh Muxtar qızına qarşı “torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Muxtar qızına qarşı “torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçı hazırkı Cavabdeh Muxtar qızına və digər cavabdehlərə qarşı Qəbələ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-17/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X23, X15, X11, X16, X20, Cavabdeh, X5, X7, X4 və X17 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Sözügedən qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-67/2022 nömrəli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə, iddia yenidən rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-67/2022 nömrəli qətnaməsinin 34-cü abzasında göstərilmişdir ki, “Belə ki, hazırki iddia tələbinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, iddiaçının tələbi torpaq sahəsinin boşaldılması olmaqla iki hissədən ibarətdir.

1. İddiaçı şəxsi adına icarəsində olan Qəbələ rayonu Şamlı kəndində yerləşən 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri X10, X12 və X13, 2. “İnterkontenintal Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyriqanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh, X8, X6, X1, X3, X9 və Çarxana kənd sakini X2 qeyri-şərtsiz zəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması.” Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinin 43, 44, 45, 46, 47, 48, 49 və 50-ci abzaslarında olan mövqeyinə əsasən İddiaçı rəhbərlik etdiyi "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin adından iddia ərizəsini özü imzalaması, hüquq münasibətlərində öz adından çıxış etməsi və öz mənafelərini müdafiəsi etməsi və məhkəmənin sözügedən iddia ərizəsini icraata qəbul etməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin rəhbəri olması, onun sözügedən MMC-nin əvəzinə öz adından məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi üçün əsas deyildir. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMCnin mülkiyyətində olan torpaq sahələrinin qanunsuz zəbtdən azad edilməsi ilə bağlı öz adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək ilə bağlı subyektiv hüquqa malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi subyektiv hüququ olmayan şəxs tərəfindən, yəni İddiaçı tərəfindən imzalandığından iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, hazırki tələb ilə bağlı "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin adından imza səlahiyyətini təsdiqləyən sənədləri iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh Muxtar qızına qarşı “torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizə ilə aidiyyət qaydalarına riayət etməklə "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin adından müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar