Məhkəmə qərarları › İş №2(025)-14/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-14/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-14/2024 25.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh və üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahibliydən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması və maddi ziyan tələbi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahibliydən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması və maddi ziyan tələbi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun, yəni İddiaçı1 xüsusi mülkiyyətində olan JN-011A KOD 40614038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Qəbələ rayonu, Kotüklü kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün verilmiş 0.12 ha torpaq sahəsinin və kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 0.1399 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və qanunsuz olaraq ağac dirəklərə tikanli məftillərlə bağlanılmış həmin torpaq sahələrinə gediş-gəliş yolunun cavabdeh tərəfindən sökülərək-açılması, son 5 il nəzərə alınmaqla özbaşına zəbt etdiyi torpaq sahəsindəki meyvə ağaclarının bəhərini toplayıb satmaqla əsassız varlandığına görə 6785 (altı min yeddi yüz səksən beş) manat maddi ziyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; onun, yəni İddiaçı2 və digər ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0032 KOD 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Kötüklü kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.23 ha torpaq sahəsinin 0.1915 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərəkaçılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli, 3-16-16/2-10/1804 saylı tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubu məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçıların ərizələrini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (iki yüz) manat məbləğində pul, iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. X2 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı1 tərəfindən cəmi 100 manat məbləğində pul "xxxx" ASC vasitəsilə ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumları ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahibliydən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması və maddi ziyan tələbi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (iki yüz) manat məbləğində pul, iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın icrası dövlət rüsumunun qaytarılması və ekspertiza xərcinin ödənilməsi hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar