Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1409/2021 16.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı X3, iddiaçının vəkili X4 və cavabdeh X1 iştirakları ilə İddiaçı X3 cavabdeh X2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdeh X2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-0003 saylı dövlət aktına əsasən 0,32 ha torpaq sahəsinin ½ hissəsində, eləcə də Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-081A saylı kodu 40606018 olan şəhadətnaməyə əsasən 0,70 ha torpaq sahəsinin ½ hissəsində X7 miras qalmış torpaq sahələri üzərində qanun üzrə vərəsə paylarının vərəsələr arasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 məhkəməyə ərizə təqdim edərək, mülki işdə olan çatışmamazlıqların aradan qaldırılması məqsədilə mülki işin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X3 vəkili X8 iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, proses iştirakçılarının fikrini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh X2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1409/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1409/2021
16.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver