Məhkəmə qərarları › İş №2(025)-1429/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1429/2021

24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1429/2021 24.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin X1 üzrə Mərkəzi filialına qarşı "əlilliyi olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək, 1995-ci il tarixdən hal-hazıra kimi baldızı (ərinin bacısı) İ dərəcə əlilliyi olan X2 qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin ərizəçi qeyd edilən faktın təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi barədə hər hansı bir təsdiqedici sənəd ərizəsinə əlavə etməmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin X1 üzrə Mərkəzi filialının **********7 saylı, 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki müvafiq icra hakimiyyəti orqanına fərqli mübahisə - “yaşa görə əmək pensiyasının təyin olunması” məsələsi ilə bağlı müraciət olunmuşdur. Göründüyü kimi ilkin olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət edilməli, Ərizəçi tərəfindən 1995-ci il tarixdən hal-hazıra kimi baldızı - İ dərəcə əlilliyi olan X2 qulluq etməyi faktının müəyyən edilməsinin mümkünsüzlüyü müəyyən edildikdən sonra belə bir maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edilməldir. Ərizəçi göstərilən qaydaya əməl etmədiyindən hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi ilə bağlı mübahisənin mövcud olmasının müəyyən edilməsi istisna olunur. Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1., 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara a l d ı m: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin X1 üzrə Mərkəzi filialına qarşı "əlilliyi olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar