Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1485/2022 13.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdeh Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış mülkiyyətində olan Qəbələ rayonu Nic kəndində yerləşən 0.76 ha və 0.6075 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri və 0.61 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 30-cu və 31-ci fəsillərinin, həmçinin həmin məcəllənin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı məhkəməyə hazırki mübahisə ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə müraciət etməli olduğu halda, müraciəti iddia icraatı qaydasında etmiş, Azərbaycan Respublikası MPM-də mirasın qəbul edilməsi faktının müəyyən edilməsi mübahisəsinə dair müəyyən edilmiş tələblərə riayət edilməmişdir. İddia ərizəsindən görünür ki, Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməli olduğu əvəzinə, cavabdeh qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə faktları məhkəmə müəyyən edir. Bundan başqa, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, İddiaçı qeydiyyat ünvanı “Ağdam rayonu, Ətyeməzli kəndi” və faktiki yaşayış ünvanı “Bərdə rayonu, Türkmən kəndi”-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi" tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1485/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1485/2022
13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver