Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-15/2021 22.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vərəsəsi (hüquqi varisi) X3 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılması, maneələrin cavabdehin hesabına aradan qaldırılması və maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılması, maneələrin cavabdehin hesabına aradan qaldırılması və maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrələri **********90 və **********44, qeydiyyat nömrəsi ********** və ********** olan Çıxarışlar əsasında xüsusi mülkiyyətinə verilmiş 1,386 ha və 0,9172 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahələrinin ətrafına çəkilmiş tikanlı məftildən olan hasarın, qanunsuz olaraq bağlanılmış torpaq sahəsinə getmək üçün olan gediş-gəliş yolunun Cavabdeh öz hesabına sökülərək açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdə Qəbələ rayonu, Tikanlı kənd sakinləri X2 və X1 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan 1,386 ha və 0,9172 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrini alqı-satqı əsasında almışdır. Həmçinin, xx.xx.2019-cu il tarixdə həmin şəxslərlə torpağın alqı-satqısını Qəbələ regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunda rəsmiləşdirilmiş və xüsusi mülkiyyət əsasında öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrələri **********90 və **********44, qeydiyyat nömrəsi ********** və ********** olan Çıxarışlar əldə etmişdir. Mülkiyyətinə torpaq sahələri verilərkən ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən sərhəd nöqtələri dəqiqliklə tanıdılmış və ona şərq-qərb, şimal-cənub istiqamətlərində təsərrüfata gediş-gəliş kimi 6 metr enlikdə yol olduğu bildirilmişdir. Lakin həmin gediş-gəliş yolunun qonşu torpağın mülkiyyətçisi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək tikanlı məftil ilə bağlanıldığı qeyd edilmiş və bununla əlaqədar görülən tədbirlərin nəticə olmadığı söylənilmişdir. Dəfələrlə Cavabdeh qanunsuz olaraq zəbt etdiyi torpaq sahələrinin ətrafına çəkilmiş tikanlı məftil hasarın sökülməsi və bağladığı gediş-gəliş yolunun açılmasını nəzərinə çatdırmağına baxmayaraq həmin şəxs qanunsuz əməllərinə son qoymayaraq, xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsindən istifadə etməyə imkan verməyərək, mülkiyyət hüquqlarını pozur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi qaydada ərizə ilə müraciət etməyinə baxmayaraq xx xxx 2020-ci il tarixli **********29 saylı məktub ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Beləliklə, cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsindən maneəsiz istifadə etməyə imkan vermir. Belə ki, bütün torpaq sahəsinin dörd tərəfinə tikanlı məftillə hasar çəkməklə gediş-gəliş yolunu zəbt edərək Konstitusiya və digər qanunlarla qorunan hüquqlarını qəsdən pozur və mülkiyyətdən istifadə etməyə mane olur. Məhkəmə qeyd edir ki, mülki işin məhkəmə araşdırması zamanı İddiaçı vəfat etmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-610/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat, İddiaçı hüquq varisi müəyyən edilənə qədər dayandırılmışdır. xx.xx.2021ci il tarixdə İddiaçı arvadı X7 məhkəməyə dəftərxana vasitəsilə ilə ərizə və “X9 Hüququ Haqqında” şəhadətnamə təqdim edərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı vəfat etdiyindən onun arvadı X7 prosessual hüquq varisi kimi tanınması və iddiaçını əvəz etməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı vərəsəsi (hüquqi varisi) X7 qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 225 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. Rəydə də göstərilmişdir ki, naturada eni 6 metr olan təsərrüfatlar arası yol iddiaçıya məxsus torpaq sahəsinin cənub başlanğıcı hissəsində metal torla bağlanmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 50 371 53 31 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdehvə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, 2 il bundan qabaq torpaq sahəsi iddiaçıya satılmazdan əvvəl torpaq sahəsini satan şəxslə həmin ərazini məftillərlə hasara almışlar və onların arasında razılıq olmuşdur. Hal-hazırda məftillənmiş ərazini boşaltmağa etiraz etmir. Lakin iddiaçının həmin torpaq sahələrinə yol yeri vardır və həmin yol yerinin istifadəsi mümkündür. Bu səbəbdən yol yerinin verilməsinə etiraz edir. Məhkəmə iddiaçının vərəsəsinin izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İddiaçı adına Qəbələ rayonu, Tikanlı kəndində 1,386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 178 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 1,386 ha kənd təsərrüfatı təyinatlıtorpaq sahəsinə dair A 434420 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İddiaçı adına Qəbələ rayonu, Tikanlı kəndində 0,9172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 165 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 0,9172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A 434423 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Tikanlı kəndində 0,763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 163 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 0,763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A 354804 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Tikanlı kəndində 2,2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 2,2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A 248807 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Tikanlı kəndində 1,0232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 1,0232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A 327405 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Tikanlı kəndində 0,4586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 0,4586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A 417344 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli, **********29 nömrəli məktubda görünür ki, İddiaçı mülkiyyətində olan 1,386 ha və 0,9172 ha torpaq sahələrinə gedən yolun qeyriqanuni olaraq başqa vətəndaşlar tərəfindən zəbt edilərək bağlanması ilə əlaqədar həmin torpaq sahələrinə gedən yolun açılmasına köməklik göstərilməsi idarənin səlahiyyətlərində olmadığı, həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 225 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, kompleks Yerqurluşu (İslahat) xəritəsində həmin mübahisəli sahədə 6 metr enində cənub-qərbdən şimal-şərq istiqamətində təsərrüfatlar arası yol əks olunmuşdur. Bundan başqa ümumi xəritədə iddiaçı və cavabdehin həyətyanı sahələri ilə pay torpaqları arasında orta rəqəmlə 18 metr enində yol göstərilmişdir. Naturada eni 6 metr olan təsərrüfatlar arası yol iddiaçıya məxsus torpaq sahəsinin cənub başlanğıcı hissəsində metal torla bağlanmışdır. Metal tordan cənuba doğru bağlanmış yol, Cavabdeh faktiki istifadəsindədir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 225 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, GPS ölçü aləti vasitəsilə tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmək üçün iddiaçı və cavabdehin iştirakı ilə çöl geodeziya ölçmə işləri aparılmış, ekspertiza baxışının keçirilməsi barədə tərəflərin iştirakı ilə yerində baxış aktı tərtib edilmişdir. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə, Kompleks Yerquruluşu xəritəsinə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına və Google Earth xəritə məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Ekspert qarşısında qoyulmuş suallar üzrə nəticələr aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı və cavabdehin iştirakı ilə ekspertiza baxışına göstərdikləri mübahisəli yol ərazisinin faktiki olaraq koordinatları müəyyən edildi. Kompleks Yerquluşu (islahat) xəritəsində həmin mübahisəli sahədə 6 metr enində cənub-şərqdən şimal-şərq istiqamətində təsərrüfatlar arası yol əks olunmuşdur. Bundan başqa ümumi xəritədə iddiaçı və cavabdehin həyətyanı sahələri ilə pay torpaqları arasında orta rəqəmlə 18 metr enində yol göstərilmişdir. Naturada eni 6 metr olan təsərrüfatlar arası yol iddiaçıya məxsus torpaq sahəsinin cənub başlanğıcı hissəsində metal torla bağlanmışdır. Buradan cənuba doğru bağlanmış yol, Cavabdeh faktiki istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə 1,386 ha və 0,9172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələriverilmişdir. Lakin o, həmin torpaq sahələrinə gedən yolun cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 225 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, kompleks Yerqurluşu (İslahat) xəritəsində həmin mübahisəli sahədə 6 metr enində cənub-qərbdən şimal-şərq istiqamətində təsərrüfatlar arası yol əks olunmuşdur. Bundan başqa ümumi xəritədə iddiaçı və cavabdehin həyətyanı sahələri ilə pay torpaqları arasında orta rəqəmlə 18 metr enində yol göstərilmişdir. Naturada eni 6 metr olan təsərrüfatlar arası yol iddiaçıya məxsus torpaq sahəsinin cənub başlanğıcı hissəsində metal torla bağlanmışdır. Metal tordan cənuba doğru bağlanmış yol, Cavabdeh faktiki istifadəsindədir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən görünür ki, naturada eni 6 metr olan təsərrüfatlar arası yol iddiaçıya məxsus torpaq sahəsinin cənub başlanğıcı hissəsində metal torla bağlanmışdır.Lakin cavabdeh yol yerini qanunsuz tutmaqla, iddiaçının mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahəsindən istifadəsinə maneə yaradır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və mülkiyyətində olan 1,386 ha və 0,9172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə naturada eni 6 metr olan təsərrüfatlar arası yol iddiaçıya məxsus torpaq sahəsinin cənub başlanğıcı hissəsində metal torla bağlanmışdır. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahələrinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində torpaq sahələrinin ətrafına çəkilmiş tikanlı məftildən olan hasarın cavabdehin hesabına sökülərək açılmasını tələb etmişdir. Cavabdeh isə əvvəl keçirilən məhkəmə iclasında məftillənmiş ərazini boşaltmağa etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən həmin yol yerində olan maneələr cavabdehin hesabına aradan qaldırılmalı və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Lakin İddiaçı vərəsəsi X7 tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı vərəsəsi X5 ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,386 ha və 0,9172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə Cavabdeh istifadəsində olan və iddiaçıya məxsus naturada eni 6 metr yol yeri (ekspertin rəyi ilə müəyyən olunmuş həddə) açılmalı, həmin yol yerində olan maneələr cavabdehin hesabına aradan qaldırılmalı və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,386 ha və 0,9172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə Cavabdeh istifadəsində olan və iddiaçıya məxsus naturada eni 6 metr yol yeri (ekspertin rəyi ilə müəyyən olunmuş həddə) açılsın, həmin yol yerində olan maneələr cavabdehin hesabına aradan qaldırılsın və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı vərəsəsi X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-15/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-15/2021
22.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver