Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1515/2022 20.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı "zəbt olunmuş torpağın boşaldılması və təhvil verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qəbələ Regional X2 Cavabdeh qarşı "zəbt olunmuş torpağın boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, Cavabdeh ona iddia edilən qanunsuz zəbt edilən 0.55 ha torpaq sahəsini könüllü olaraq icra etmiş, qeyd edilən ərazini boşaldaraq, əvvəlki vəziyyətə qaytarmışdır. Bu səbəbdən iddia ərizəsini geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlmədiyinə görə onun işin mahiyyəti üzrə həll olunmasını tələb edibetmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı Qəbələ Regional X2 Cavabdeh qarşı "zəbt olunmuş torpağın boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı "zəbt olunmuş torpağın boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1515/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1515/2022
20.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver