Məhkəmə qərarları › İş №2(025)-154/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-154/2021

09.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-154/2021 09.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil İsgəndər oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsinin qaytarılması və törədilən maneələrə son qoyulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən **********77 nömrəli çıxarışa əsasən mülkiyyətində olmaqla Qəbələ rayonun Bum qəsbəsində yerləşən 0.275 ha. torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nnun qanunsuz sahibliyindən və istifadəsindən məcburi qaydada alınaraq ona qaytarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Məhkəməsinin 2(025)- 691 nömrəli icra sənədinə əsasən, Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən 18.01.2019-cu il tarixdə qətnamə icra edilərək 0.275 ha torpaq sahəsinin sərhədləri ona tanıdılmış və təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Daha sonra, yəni 13.11.2020-ci il tarixdə həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77 nömrəli çıxarış almışdır. İcra məmuru icra işini həyata keçirib, torpaq sahəsinin sərhədlərini ona tanıtdıqdan sonra cavabdehlər onu həmin torpaq sahəsinə buraxmamışlar. Hal-hazırda o, öz torpaq sahəsinə girə bilmir, Cavabdehlər məni öldürməklə hədələyir , torpaq sahəmə yaxınlaşdıqda məm nalayıq söyüşlərlə təhqir edir, döyürlər. Torpaq sahəsinin üzərindəki şabalıd, qoz, fındıq, alma və digər meyvə ağaclarından olan məhsulu yığaraq özləri istifadə edirlər. Cavabdehlərə dəfələrlə müraciət etməyinə baxmayaraq, ona məxsus torpaq sahəsim ona təhvil vermək istəmirlər. Bu səbəbdən, mülkiyyətində olan torpaq sahəsindən öz maraqları üçün istifadə edə bilmir. Odur ki, həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən məcburi qaydada geri almaq və istifadəyə törətdikləri maneələrə qadağa qoyulması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil İsgəndər oğlu iddia tələblərini müdafiə etdi, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.11.2020-ci il) görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,2750 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.11.2020-ci il) əsasən Qəbələ rayonu Bum qəsəbəsində İddiaçı tam mülkiyyətində olan 0,2750 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt olunmuşdurmu?

2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?

3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “X1” MMC-nin 16.05.2021-ci il tarixli 186 saylı ekspert rəyindən görünür ki, Mülkiyyətə verilmiş torpaq sahəsinin AA № 564864 nömrəli plan ölçü hissəsində göstərilmiş döngə nöqtələrinin koordinatları və İddiaçı baxışa təqdim etdiyi faktiki ərazinin koordinatları əsasında aparılan ekspertiza tədqiqatı nəticəsində **********77 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilən 0.2750 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 0.2496 ha hissəsindən istifadə etmələri müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, sözügedən torpaq sahəsində 2 ədəd tikili inşa olunmuşdur, bunlardan biri köməkçi tikili digəri isə günlükdür. İnşa olunmuş tikilinin (günlük) 27 kv.m hissəsi cavabdehlərin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində, qlan 48 kv.m hissəsi isə İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mübahisəli torpaq sahəsinin coğrafi yerləşməsi xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib edilən plansxemdə aydın şəkildə göstərilmişdir Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,2750 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə (reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.11.2020-ci ilə) İddiaçı məxsusdur. Cavabdehlər qeyd olunan torpaq sahəsinin bir hissəsini qanunsuz şəkildə zəbt etmişlər. Cavabdehlər iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən **********77 nömrəli çıxarışa əsasən mülkiyyətində olmaqla Qəbələ rayonun Bum qəsbəsində yerləşən 0.275 ha. torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nnun qanunsuz sahibliyindən və istifadəsindən məcburi qaydada alınaraq ona qaytarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.11.2020-ci il) əsasən verilmiş 0.2750 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən maneə törədildiyini iddia etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdirlər. Məhkəmə araşdırması zamanı ekspertiza rəyi ilə mübahisəli 0.2750 ha torpaq sahəsinin yalnız 0.2496 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.11.2020-ci il) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,2750 ha torpaq sahəsinin 0.2496 ha hissəsinə (Azərbaycan Respublikası “X2” MMC tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) cavabdehlərin istifadəsinə son qoyularaq İddiaçı qaytarılsın və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən iddiaçının istifadəsinə törədilən maneələrə son qoyulmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “X2” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət e t d i:

İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 13.11.2020-ci il) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,2750 ha torpaq sahəsinin 0.2496 ha hissəsinə (Azərbaycan Respublikası “X2” MMC tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) cavabdehlərin istifadəsinə son qoyularaq İddiaçı qaytarılsın və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən iddiaçının istifadəsinə törədilən maneələrə son qoyulsun. İddianın qalan hissəsi təmin edilməsin Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “X2” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar