Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1541/2021 08.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağına dair 10.09.2021-ci il tarixli, 181 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı 10.09.2021-ci il tarixli, 181 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunmağı xahiş edilmiş olsa da, göründüyü kimi hal-hazırda - İddiaçı məhkəməyə müraciət etdiyi tarixdə həmin əmr qəbul edilməmişdir. Qeyd olunan əmr gələcək tarixə - 10 sentyabr 2021-ci il tarixə aiddir. İddiaçı gələcəkdə qəbul olunancaq əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nn 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, iddianın əsası kimi istinad edilən və cavabdehlərə təqdim etmək üçün sənədlərin surətləri ərizəyə əlavə olunmamış, əlavə edilmiş sənədlər isə əsl olmayıb, qanunla müəyyən edilmiş qaydada təsdiq olunmamış kserosurətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı onun işdən çıxarılmağına dair 10.09.2021-ci il tarixli, 181 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, ilk olaraq tərəflər qarşılıqlı razılaşdırdığı mediatora və ya mediator təşkilatına müraciət edərək ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin mərhələdə tərəflər arasında razılıq əldə olunmadıqda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməlidir. İddiaçı göstərilən qaydaya əməl etmədiyindən qeyd olunan mübahisəyə hal-hazırda məhkəmədə baxılması mümkün deyil. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Beləliklə hesab edirəm ki, hazırda mövcud olmayan əmrin ləğv edilməsini tələb etməklə iddia ərizəsinin forma və məzmununa əməl edilmədiyinə, eyni zamanda məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə iddia ərizəsinin icraat qəbul edilərək baxılması mümkün deyildir. Bundan başqa, iddia ərizəsində iddiaçı Azərbaycan Respublikası Cavabdeh başçısının 10 avqust 2021-ci il tarixli 181 saylı əmrindən narazı qaldığını göstərmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Cavabdeh başçısının 10 avqust 2021-ci il tarixli 181 saylı əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 4.1.8 və 6.8-ci maddələri rəhbər tutularaq Cavabdeh başçısının Laza kənd İƏD üzrə nümayəndəliyin baş məsləhətçi – baş mühasibi İddiaçı tutduğu vəzifədən azad olunmuşdur. Göründüyü kimi, iddiaçı Cavabdeh başçısının narazı olduğu əmrinə dair iddia ilə müraciət etmişdir. İddiaçının məhkəmə qaydasında əmrin ləğv edilməsi xahiş etdiyi məsələ inzibati orqanın əmri ilə təsdiq olunur. Bu isə tərəflər arasında inzibati mübahisə yaranmışdır ki, belə mübahisəyə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq, hesab edirəm ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmə hüququnun olması izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1541/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1541/2021
08.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver