Məhkəmə qərarları › İş №2(025)-1566/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1566/2024

24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1566/2024 24.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaq sahəsinə gedişgəliş üçün zəruri yolun cavabdehlər tərəfindən boşaldılması, torpağın üzərində ona aid olmayan tövlə, təndir və ayaqyolunun sökülməsi, tikinti materiallarının götürülməsi və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaq sahəsinə gediş-gəliş üçün zəruri yolun cavabdehlər tərəfindən boşaldılması, torpağın üzərində ona aid olmayan tövlə, təndir və ayaqyolunun sökülməsi, tikinti materiallarının götürülməsi və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 45 sot yaşayış təyinatlı torpaq sahəsi cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, X1, Cavabdeh3 tərəfindən zəbt edilmiş və giriş hissədən yolu bağlanmış torpaq sahəsinə gediş-gəliş üçün zəruri olan yolun açılmasına, onun torpağının üzərində olan tövlə, təndir və ayaqyolunun onların öz hesablarına sökülməsinə, torpağının üzərində cavabdehlərə aid olan tikinti materiallarının onlar tərəfindən təmizlənməsinə, torpağın boşaldılıb ona təhvil verilməsinə və həmin gediş-gəliş yolundan sərbəst istifadə etməyinə, bağının məhsulunun cavabdehlər tərəfindən ondan icazəsiz yığılmasına və cavabdehlərin saysız-hesabsız qanunsuz hərəkətlərinin qarşısının alınmasına, cavabdehlərin bu cür özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. AR MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 152.1.10-cu maddəsinə əsaən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaq sahəsinə gediş-gəliş üçün zəruri yolun cavabdehlər tərəfindən boşaldılması, torpağın üzərində ona aid olmayan tövlə, təndir və ayaqyolunun sökülməsi, tikinti materiallarının götürülməsi və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması” tələbinə dair idida ərizəsi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar