Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1581/2021 25.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Məmmədova Aı̇ də Safəddı̇ n qızının, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Fəxrəddı̇ n oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Məmmədova Aı̇ də Safəddı̇ n qızının Cavabdeh Fəxrəddı̇ n oğluna qarşı “evə köçürmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədova Aı̇ də Safəddı̇ n qızı Cavabdeh Fəxrəddı̇ n oğluna qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Aydınqışlaq kəndində cavabdehə məxsus 4 otaqlı evin günbatan tərəfində gəlin köçdüyü böyük otağa uşaqları ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Məmmədova Aı̇ də Safəddı̇ n qızı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə 2009-cu il tarixdə evlənərək ailə qurmuşdur. Birgə nikahdan 18.09.2011-ci il tarixdə Aylin adlı qızı, 15.05.2015-ci il tarixdə isə Uğur adlı oğlu doğulmuşdur. Nikahı cavabdehin tələbi ilə 12.05.2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Uşaqlar hazırda onun himayəsində olmaqla ata evində ata – anası ilə bir evdə yatıbdururlar. Çox ağır həyat keçirirlər, uşaqlar xəstə olduğundan xüsusən də gecələr ciddi narahatlıq yaranır. Onlara görə valideyinləri də əziyyət çəkirlər. Ancaq keçmiş ər evində normal yaşayış üçün hər cür şərait vardır. Ev qaynanası, iş üzrə cavabdeh X1 adına təsərrüfat başına kitabda qeyd olunsa da digər cavabdehlə o və uşaqları ailə münasibətləri pozulanadək həmin evdə yaşamışlar. Yəni 2009-cu ilin oktyabr ayından gəlin köçdüyü gündən 19 oktyabr 2016-cı ilədək həmin həyətdə yəni 4 otaqiı evin günbatan tərəfində böyük otaqda ailəliklə yaşamışlar. Yuxanda qeyd etdiyim kimi, ata evimdə xəstə uşaqlarına normal qayğı göstərmək üçün şərait yoxdur. Bu səbəbdən keçmiş ər evinə gəlin köçdüyü mənzilə uşaqları ilə birlikdə köçürülməyini istəyir. O, 2009-cu il tarixdə cavabdehin evinə gəlin gəldiyi vaxtdan ailə üzvü kimi qəbul edilmiş və onlarla 2017-ci il tarixədək ümumi təsərrüfat aparmışdır, aralarında heç bir qeyri şərt olmamışdır. Hazırda himayəsində olan 2 uşaqlar ilə birlikdə mübahisəli evdə yaşamaq hüququ əldə etmişdir. Onun, gəlin köçdüyü cavabdehin adına olan fərdi yaşayış evi qanunla müəyyən edilmiş qaydada dövlət - reyestrində qeydə alınmamışdır. İşə təqdim etdiyim sənədlərdən də görünür ki, o, Qəbələ rayonunun Aydınqışlaq kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Uzun illər 2007-ci ildən 2017-ci ilədək cavabdehə məxsus fərdi yaşayış evində qeydiyyatda olmuşdur. Həmin evdən istifadə hüququ əldə etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Fəxrəddı̇ n oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının dedikləri ilə razılaşmır. İddiaçı ilə 2009-cu il tarixdə evlənərək ailə qurmuşdur. Birgə nikahdan Aylin adlı qızı və Uğur adlı oğlu doğulmuşdur. 12.05.2017-ci il tarixdə nikahı onun tələbi ilə məhkəmə qaydasında pozulmuşdur. Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən ev 2 otaqdan ibarətdir. Evləndikdən sonra Məmmədova Aı̇ də Safəddı̇ n qızı ilə həmin evdə yaşamışlar. Ev onun adına deyildir, ümumiyyətlə evin heç bir rəsmi sənədi yoxdur. Yalnız ev yerləşdiyi torpaq sahəsinin rəsmi sənədi var, həmin sənəd anasının və digər ailə üzvlərinin adına birgə mülkiyyət kimi rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ev 1980-ci ildə tikilib, cavabdehin adına heç bir yaşayış evi mövcud deyildir. Ev onun öz adınadır. Həmin ev 2 otaqdan ibarətdir. Bir otaqda o özü və xəstə qızı qalır. İddiaçının həmin evə köçürülməsi qeyri-mümkündür, ona görə də mənzilə köçürülmə iddiasını əsassız hesab edir. Evin heç bir hüquqverici sənədi yoxdur. Eyni zamanda evdən iddiaçının heç bir istifadə hüququ yoxdur, ona görə də mənzilə köçürülmə iddiasını əsassız hesab edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəblə Rayon Qeydiyyat şöbəsi tərəfindən 11.07.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 218950 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Fəxrəddı̇ n oğlu ilə Baloğlanova Aı̇ də Safəddı̇ n qızı arasında olan nikah 11.07.2017-ci il tarixdə ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 50 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan JN-093F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon Aydınqışlaq kəndində 0,44 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayonu Aydınqışlaq kənd İ.Ə.D tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Fəxrəddı̇ n oğlu hazırda anasına məxsus iki otaqlı fərdi yaşayış evində yaşayır. İş materiallarında olan Qəbələ rayonu Aydınqışlaq kənd İ.Ə.D tərəfindən 29.10.2018-ci il tarixdə verilmiş 350 saylı arayışdan görünür ki, Cavabdeh Fəxrəddı̇ n oğlu həmin kənd sakini Məmmədova Aı̇ də Safəddı̇ n qızı ilə 2009-cu ildə ailə qurmuş, 2017-ci ildə boşanmışlar. İş materiallarında olan ASAN-Qəbələ tərəfindən 16.07.2017-ci il tarixdə verilmiş AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Aı̇ də Safəddı̇ n qızı xx.xx.1989-cu il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatdadır. 15 noyabr 2021-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ev Qəbələ rayonu, Aydınqışlaq kəndndə yerləşir. Həyətə giriş dəmir qapıdan ibarətdir. həyətə daxil olanda sol tərəfdə tövlə yerləşir. Həyətdə dəmir konstruksiyadan ibarət quraqlıq mövcuddur. Həyətin ortasında bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi mövcuddur. Həmin evdə iddiaçı, iddiaçının həyat yoldaşı, onların uşağı, iddiaçının anası və bacısı yaşayır. Ev iki otaq, bir koridor, bir mətbəx və bir sanitar qovşaqdan ibarətdir. İş materiallarına əlavə edilmiş sənədlərdən, habelə proses iştirakçılarının izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli ev və onun üzərində hər hansı şəxsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd yoxdur, mübahisəli ev özbaşına tikilidir. Tərəflər mübahisəli evə dair hüquqverici sənədləri məhkəməyə təqdim edə bilmədilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan və iddiaçının həmin evə istifadə hüququ olmadığından, eləcə də iddiaçı həmin evin cavabdehə məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Məmmədova Aı̇ də Safəddı̇ n qızının Cavabdeh Fəxrəddı̇ n oğluna qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Məmmədova Aı̇ də Safəddı̇ n qızının Cavabdeh Fəxrəddı̇ n oğluna qarşı “evə köçürmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1581/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1581/2021
25.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver