Məhkəmə qərarları › İş №2(025)-160/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-160/2024

08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-160/2024 08.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X3 12 aprel 1938-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Tüntül kəndində doğulması və doğum şəhadətnaməsi verilərkən doğum şəhadətnaməsində adının Səfarə, doğum şəhədətnaməsinin ata qrafasında ata adının X11 və ana qrafasında X14 yazılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X12 onun anasıdır. O, 12 aprel 1938-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Tüntül kəndində anadan olmuşdur. 07 may 1961-ci ildə mərhum atası X19 ilə evlənmişlər. Nikahları rəsmiləşərkən anası atasının soyadını - Hüseynova soyadını qəbul etmişdir. Nikaha qədərki soyadı Süleymanova olmuşdur. X1 25 mart 2019-cu il tarixdə Qəbələ rayonunun Həzrə kəndində vəfat etmişdir. Mərhum anası anadan olduğu illərdə, yəni 1938-ci ildə kolxoz quruculuğu illəri imiş, həmçinin Keçmiş SSRİ də beynəlxalq vəziyyət də normal olmamış, bundan başqa babası X11 Bakı şəhərində fəhlə işləmiş və mərhum anasına heç kəs doğum şəhadətnaməsi almamışdır. Bildiyinə görə anasının şəxsiyyət vəsiqəsi də olmamışdır. Qəbələ rayonunda aqrar islahatı aparılan zaman paylı mülkiyyət hüququ əsasında mərhum atası və anasıa torpaq sahəsi verilmişdir. Onların vərəsəsidir və onlara mülkiyyət hüququ əsasında verilmiş torpaq sahəsindən vərəsə kimi payı vardır. Torpaq sahəsindən onun payına düşən mülkiyyətinin üzərində hüquqlarını həyata keçirmək istəmişdir. Lakin, məlum olmuş ki, mərhum anasının doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinin 25 iyul 2023-ci il tarixli, 3-16-5/8-15-H-159/20230 saylı məktubu ilə ona cavab verilmiş ki, mərhum anası X6 barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, o, başqa yolla mərhum anasının adına doğum şəhadətnaməsi əldə edə bilmir. Mərhum anasının təvəllüdünün 12 aprel 1938-cu il, adının Səfarə, ata adının X11, ana adının isə X16 olmasını məhkəməyə dəvət ediləcək şahidlər də təsdiq edə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X7 məxsus doğum aktı qeydi aşkar edilməmişdir. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 göstərdi ki, ərizəçi onun qardaşıdır. Mərhum anaları Səfarə Süleymanova xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anaları xx.xx.1938-ci ildə anadan olmuşdur. Çünki analarının ad gününü həmin tarixdə qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, ərizəçinin mərhum anası onun bacısıdır. Bacısı Səfarə 1938-ci ildə anadan olmuşdur. Atası Bakı şəhərində fəhlə işləmiş, daha sonra isə 6 il müharibədə olmuşdur. Belə olub doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ rayon Həzrə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 367573 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiqlənmiş görünür ki, X13 xx.xx.2019-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli, 3-16-5/8-5xx-xx/2023 nömrəli arayışdan görünür ki, X25 ilə X4 07 may 1961-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan xx.xx.1962-ci il tarixli, 090062 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Qəbələ rayonunda doğulmuş, bu barədə doğum akt qeydləri kitabında həmin tarixdə xx.xx.1962-ci ildə 33 № ilə qeyd edilmişdir. X10, X1dır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli, 3-16-5/8-15-H- 159/2023 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X3 ata adı “X11”, ana adı “X14” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin ifadəsindən müəyyən olundu ki, Ərizəçi mərhum anası X6 12 aprel 1938-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Tüntül kəndində doğulmuşdur. X2, anası X9r. Lakin mərhum X3 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Bu hal məhkəməyə təqdim edilmiş sənədlərlə kifayət qədər sübut olunmaqdadır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X3 12 aprel 1938-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Tüntül kəndində doğulması, atasının X11, anasının X14 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar