Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-163/2024 15.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi iştirakı ilə, İddiaçı nümayəndəsi Vəkil1, cavabdehlər, Cavabdeh3, Cavabdeh2 Xalid qızı və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi tələbi barədə iddia qaldıraraq mülkiyyətində olan Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən 0,52 ha (reyestr nömrəsi: **********07), 0, 8396 ha (reyestr nömrəsi: **********08) və 0,62 ha (Plan:JN-390 G) həyətyanı torpaq sahələrinin cavabdehlərin qanunsuz zəbtindən azad edilərək sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən 0,62 ha (plan:JN-390 G ) həyətyanı torpaq sahəsi və ona şəxsi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən 0,52 ha (reyestr nömrəsi: **********07) və 0, 8396 ha (reyestr nömrəsi: **********08) və 0,62 ha (plan:JN-390 G) həyətyanı torpaq sahələri Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 tərəfindən zəbt edilərək özlərinə məxsus olan həmsərhədd torpaq sahələrinə qatılmış və çəpər daxilinə salınaraq indiyədək qanunsuz olaraq istifadə olunmuşdur. AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə yerquruluşu (plan - ölçü və inventarlaşma) işlərinin aparılmasına imkan verilmədiyindən həmin torpaq sahələrinin plan üzrə döngə nöqtələrinin (koordinatlarının ) GPS aparatı vasitəsilə təyin olunaraq elektron xəritəyə köçürülməsi və həmin koordinatlar üzrə daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması mümkün olmadığından mülkiyyətdə olan daşınmaz əmlak obyektlərinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməmişdir. Ona görə də, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən 0,62 ha (plan:JN-390 G ) həyətyanı torpaq sahəsi və ona şəxsi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən 0,52 ha (reyestr nömrəsi: **********07) və 0, 8396 ha (reyestr nömrəsi: **********08) və 0,62 ha (plan:JN-390 G) həyətyanı torpaq sahələrinin Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 qanunsuz zəbtindən azad edilərək özünə qaytarılması barədə iddia qaldırılmışdır. Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, islahat nəticəsində Qəbələ rayonunun Bum qəsəbəsində adambaşına düşən 0,12 ha torpaq sahəsi normasına uyğun olaraq beş nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə cəmi 0,60 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 038F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda göstərilmiş sərhədlər üzrə təhkim edilmişdir. Bundan başqa yaxınlıqda yerləşən 0,14 ha torpaq sahəsi alqısatqı yolu ilə alınmış və ətrafdakı ərazilərlə birlikdə ümumi torpaq sahəsi halında birləşdirilərək indiyədək istifadə olunmuşdur. Ərazidə yerləşən 1,32 ha torpaq sahəsinin uzun müddətdən bəri onun çəpəri daxilində olmaqla faktiki surətdə istifadə olunmasına baxmayaraq adambaşına düşən 0,12 ha torpaq sahəsi norması pozulmaqla X1 mülkiyyətinə verilməsi qanunsuz olmuşdur. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh2 Xalid qızı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, islahat nəticəsində Qəbələ rayonunun Bum qəsəbəsində adambaşına düşən 0,12 ha torpaq sahəsi normasına uyğun olaraq beş nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə cəmi 0,60 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 038F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda göstərilmiş sərhədlər üzrə təhkim edilmişdir. Bundan başqa yaxınlıqda yerləşən 0,14 ha torpaq sahəsi Cavabdeh3 adına alqı-satqı yolu ilə alınmış və ətrafdakı ərazilərlə birlikdə ümumi torpaq sahəsi halında birləşdirilərək indiyədək istifadə olunmuşdur. Ərazidə yerləşən 1,32 ha torpaq sahəsinin uzun müddətdən bəri onun çəpəri daxilində olmaqla ailə üzvləri tərəfindən faktiki surətdə istifadə olunmasına baxmayaraq adambaşına düşən 0,12 ha torpaq sahəsi norması pozulmaqla X1 mülkiyyətinə verilə bilməzdi. Həmin torpaq sahəsi Ağdaş rayon İcra Hakimiyyətinin başçısı X3 vasitəçiliyi ilə qanunsuz olaraq X1 mülkiyyətinə verilmiş və sonradan İddiaçı adına keçirilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN-390G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Bum kəndində yerləşən 0.62 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X19, İddiaçı, X20, X14, X21, X15 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-295 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Bum kəndində yerləşən 0.52 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X1 mülkiyyətinə verilmişdir. İşdə olan JN-295 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Bum kəndində yerləşən 0.84 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X1 mülkiyyətinə verilmişdir. İşdə olan ******* nğmrəli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********08) Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,8396 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********07) Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,52 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon notariat kontorunda xx.xx.2014-cü il tarixli 4Ə-1642 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X2 **********08 reyestr nömrəli Dövlət Reyestrindən Çıxarışa (xx.xx.2014-cü il tarixli ********** arayışa əsasən ipoteka ilə yüklü edilməmiş və üzərinə həbs qoyulmamışdır) əsasən ona mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,58396 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsini X11 16600,0 manata satmışdır. İşdə olan Qəbələ rayon notariat kontorunda xx.xx.2014-cü il tarixli 4Ə-1643 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X2 **********07 reyestr nömrəli Dövlət Reyestrindən Çıxarışa (xx.xx.2014-cü il tarixli ********** arayışa əsasən ipoteka ilə yüklü edilməmiş və üzərinə həbs qoyulmamışdır) əsasən ona mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,58396 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsini X11 16600,0 manata satmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********08) Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,8396 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********07) Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,52 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan JN-038 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Bum kəndində yerləşən 0.60 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2 Xalid qızı, X6, X12 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il il tarixli 4Ə-301 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən Cavabdeh1, Cavabdeh2 Xalid qızı, Cavabdeh3 və X13 onlara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN-038 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Bum kəndində yerləşən 0.60 ha həyətyanı torpaq sahəsini X7 bağışlamışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən B 122646 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhətləri göstərilən Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,60 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********96) xx.xx.2023-cü il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2016-cı il tarixli AN–İ ******* 4 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X8, X16, X23, X17 və X18 onlara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN-283B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Bum kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsini Cavabdeh3 4200,0 manata satmışdır. İşdə olan RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən A 105928 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhətləri göstərilən Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən 0,14 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********27) xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi tələbi barədə iddia ərizəsinə dair 2(025)163/2024 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planına və ortofotoplana əsasən JN 038F(reyestr nömrəsi:**********96;0,60ha),JN238B (reyestr nömrəsi:**********27;0,14ha), JN 295F(reyestr nömrəsi: **********07;0,52ha),JN295A (reyestr nömrəsi:**********08;0,8396 ha) və JN 390G (0,62 ha) planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən torpaq sahələri eyni yaşayış massivində yerləşir və biri-biri ilə həmsərhəddir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4020/2024 saylı məlumatda göstərilmişdir ki, Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən mübahisəli torpaq sahələrinə GPS aparatı vasitəsilə ölçü işləri aparılmasına cavabdeh şəxslər tərəfindən təkrarən icazə verilmədiyinə görə İddiaçı iddia tələbinə dair 2(025)163/2024 saylı iş üzrə mütəxəssis rəyi verilməsi mümkün olmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, JN 295F(reyestr nömrəsi: **********07;0,52ha),JN295A (reyestr nömrəsi:**********08;0,8396 ha) və JN 390G (0,62 ha) planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən torpaq sahələrinin ərazisi JN 038F (reyestr nömrəsi:**********96;0,60ha) və JN238B (reyestr nömrəsi:**********27;0,14ha) planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum kəndi ərazisində yerləşən torpaq sahələrinin ərazi hüdüdlarına birləşdirilərək faktiki surətdə Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 sahibliyi və istifadəsindədir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 390G saylı planda sərhədləri göstərilən 0,62 ha, JN-295F saylı planda sərhədləri göstərilən 0,52 ha (reyestr nömrəsi: **********07) və JN-295A saylı planda sərhədləri göstərilən 0, 8396 ha ( reyestr nömrəsi: **********08) həyətyanı torpaq sahələri cavabdehlər, Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 390G saylı planda sərhədləri göstərilən 0,62 ha, JN-295F saylı planda sərhədləri göstərilən 0,52 ha (reyestr nömrəsi: **********07) və JN-295A saylı planda sərhədləri göstərilən 0,8396 ha (reyestr nömrəsi: **********08) həyətyanı torpaq sahələri cavabdehlər, Cavabdeh1, Cavabdeh2 Xalid qızı və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılsın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-163/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-163/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver