Məhkəmə qərarları › İş №2(025)-164/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-164/2025

24.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-164/2025 24.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 qarşı “Cavabdeh1 ilə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş yaşayış sahəsindən istifadəyə dair müqaviləsinin ləğv edilməsi, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşən 3 nömrəli evin 39 nömrəli mənzilindən cavabdeh və onlara məxsus əşyaların çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşən 3 nömrəli evin 39 nömrəli mənzilinə dair Cavabdeh1 ilə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilindən Cavabdeh1 və onun ailə üzvləri, X6 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3-də yerləşən 39 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 və onun ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3, mənzil 39-da məskunlaşmış Cavabdeh1 Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evi tam təmir edilərək ona təhvil verilmişdir. Cavabdeh1 Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evi təhvil almasına baxmayaraq Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilini boşaldaraq təhvil verməkdən imtina etmişdir. Ona görə də, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilinə dair Cavabdeh1 ilə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilindən Cavabdeh1 və onun ailə üzvləri, X6 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” barədə iddia qaldırılmışdır. İşdə olan 12 mart 2015-ci il tarixli, 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismr Departamenti tərəfindən Laçın rayonundan olan məcburi köçkün Cavabdeh1, ailə üzvləri ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzili ilə təmin edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Təmir – bərpa olunan evlər haqqında akt”dan görünür ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan 77; 85; 118; 170; 185; 242; 338; 343; 359; 372; 378; 436; 490; 529; 579; 580; 584; 643; 667; 716; 718; 728; 748; 787; 800; 805; 814; 823; 834; 841; 842 nömrəli fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdığı təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq , dövlət tərəfindən bərpa edilən 748 nömrəli evə daimi yaşayış üçün köçürülməkdən ötrü ona 1 ədəd yük avtomobili və sərnişin avtobusu ayrılması və toplanış yeri ( xx.xx.2023-cü il, saat 07-00, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi, “Qobu-Park3” yaşayış kompleksi, Füzuli rayonu, 4 saylı orta məktəbin qarşısı) barədə bildirilmiş, eyni zamanda Qəbələ rayonu, Zarağan-2 qəsəbədə yerləşən 3 nömrəli evin 39 nömrəli məzilini boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3, mənzil 39-da məskunlaşmış Cavabdeh1 ailə üzvləri ilə birlikdə Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evlə təmin edilərək köçürülməsi təşkil olunduğundan onunla Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3-də yerləşən 39 nömrəli mənzildən Cavabdeh1 ailə üzvləri (X6 və Cavabdeh2) ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər, Cavabdeh1, X6 və Cavabdeh2 Qəbələ rayonu, Zarağan-2 qəsəbəsi, ev 3-də yerləşən 39 nömrəli məzilindən çıxarılsın və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar