Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1647/2021 22.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdeh Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə3, Cavabdeh2 nümayəndəsi Nümayəndə1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbi, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbi, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbinin direktorunun işdən azad edilməsi barədə verilmiş 30 avqust 2021-ci il tarixli, 32 nömrəli əmrin ləğv edilməsi və həmin məktəbdə işlədiyi xarici dil müəllimi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15 sentyabr 2015-ci il tarixdə, 60 nömrəli əmrlə Qəbələ rayon Aydınqışlaq kənd tam orta məktəbinin direktoru Nümayəndə3 ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə xarici dil müəllimi vəzifəsinə işə qəbul olmuşdur. 2016-ci ilin avqust ayının 29-na kimi həmin məktəbdə fasiləsiz olaraq işləmişdir. 29.08.2016-ci il tarixdə Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına məktəbin direktorunun 33 nömrəli əmr ilə analıq məzuniyyətinə çıxmışdır. 09.01.2017-ci il tarixli 01 nömrəli əmrlə isə güzəştli analıq məzuniyyətinə çıxmışdır. Daha sonra isə 02.06.2018-ci il tarixli 20 nömrəli əmrlə isə yenidən analıq məzuniyyətinə çıxmışdır. 01.10.2018-ci il tarixli 59 nömrəli əmrlə isə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Həmin 59 nömrəli əmrdə göstərilmişdir ki, 04 avqust 2021-ci il tarixdən işdə olmalıdır. 03 avqust 2021-ci il tarixdən də qismən ödənişli məzuniyyəti başa çatdığı üçün 30.08.2021-ci il tarixli, 32 nömrəli əmrlə işdən azad edilmişdir. Həmin məktəbdə müəllimə işlədiyi müddətdə əmək fəaliyyəti ilə bağlı qaydanı pozmamış, heç bir intizam cəzası almamışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq bildiyi qədər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfin məlumatı olmalıdır. İşlədiyi dövrdə heç bir qayda pozuntusuna yol verməmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməmişdən qabaq ona bildiriş göndərilməli olduğu halda, ona bu barədə bildiriş göndərilməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar göstərilməmiş və ona bu barədə heç bir məlumat bildirilməmişdir. İşəgötürən Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbinin direktoru Nümayəndə3 onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsalarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyəxitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmrdə sadəcə olaraq göstərilmişdir ki, AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməməsinə görə onun əmək fəaliyyətinə xitam verilmişdir. Göründüyü kimi əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Həmçinin halhazırda onunla Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbi rəhbərliyi arasında bağlanmış əmək müqaviləsi E-gov.az portalında mövcuddur və qüvvədədir, yəni o, hal-hazırda işləyən şəxs hesab edilir. Beləliklə, onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəb direktorunun 30 avqust 2021-ci ildə 32 saylı əmri və əmək müqaviləsinə xitam verilməsi barədə məlumat rayon təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratdığı elektron sistemə daxil edilməmişdir. Mülki işin 06.10.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, 15 sentyabr 2015-ci il tarixdə, 60 nömrəli əmrlə Qəbələ rayon Aydınqışlaq kənd tam orta məktəbinin direktoru Nümayəndə3 ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə xarici dil müəllimi vəzifəsinə işə qəbul olmuşdur. 2016-ci ilin avqust ayının 29-na kimi həmin məktəbdə fasiləsiz olaraq işləmişdir. 29.08.2016-ci il tarixdə Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına məktəbin direktorunun 33 nömrəli əmr ilə analıq məzuniyyətinə çıxmışdır. 09.01.2017-ci il tarixli 01 nömrəli əmrlə isə güzəştli analıq məzuniyyətinə çıxmışdır. Daha sonra isə 02.06.2018-ci il tarixli 20 nömrəli əmrlə isə yenidən analıq məzuniyyətinə çıxmışdır. 01.10.2018-ci il tarixli 59 nömrəli əmrlə isə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 03 avqust 2021-ci il tarixdən də qismən ödənişli məzuniyyəti başa çatdığı üçün 30.08.2021-ci il tarixli, 32 nömrəli əmrlə işdən azad edilmişdir. Əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar göstərilməmiş və ona bu barədə heç bir məlumat bildirilməmişdir. Əmrdə sadəcə olaraq göstərilmişdir ki, AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməməsinə görə onun əmək fəaliyyətinə xitam verilmişdir. Göründüyü kimi əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Həmçinin hal-hazırda onunla Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbi rəhbərliyi arasında bağlanmış əmək müqaviləsi E-gov.az portalında mövcuddur və qüvvədədir, yəni o, hal-hazırda işləyən şəxs hesab edilir. Ona görə də iddia tələbinin təmin olunmasını və işə bərpa edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə3 məhkəmə iclasında iddianı qismən etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 15.09.2015-ci il tarixdə 60 saylı əmrlə ixtisası üzrə Qəbələ rayon Aydınqışlaq kənd tam orta məktəbinə xarici dil müəllimi təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. İddiaçı 27 avqust 2016-ci ildə 33 nömrəli əmrlə 29.08.2016-cı il tarixdən analıq məzuniyyətinə buraxılmış və 09yanvar 2017-ci ildə 01 nömrəli əmrlə isə analıq məzuniyyəti başa çatdığı üçün 09.01.2017-ci ildən işdə hesab edilmiş, lakin körpə yaşlı uşağı olduğu üçün haqqı qismən ödənilməklə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 01.10.2018-ci ildə 59 nömrəli əmrlə körpə uşağına qulluq etmək üçün 06.10.2018-ci il tarixdən 04.08.2021-ci il tarixə qədər güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 02.06.2018-ci il tarixdən xəstəlik vərəqəsinə əsasən analıq məzuniyyətinə çıxmışdır. İddiaçı diaqnostiq qiymətləndirilmədə iştirak etməmişdir. Lakin MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 avqust 2021-ci ildə 32 saylı əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməsi olmuşdur. 2013-cü ildən sonra işə düzələn müəllimləri daimi əmək müqaviləsi ilə işə götürmək onlara icazə verilmir. İddiaçının müqaviləsini müddətsiz eləmək onların səlahiyyətində deyil. Ali təhsill ingilis dili müəlliminə ehtiyac vardır. Məktəbdə 5 ingilis dili müəllimi var, hamısı orta-ixtisas təhsillidir. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemə işlənməməsindən xəbəri vardır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 15 sentyabr 2015-cü ildə 60 saylı əmrlə Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbinə ixtisası üzrə ingilis dili müəllimi təyin olunmuşdur. 03 avqust 2021-ci ildə 32 saylı əmrlə İddiaçı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad olunmuşdur. Məktəbin direktoru tərəfindən əmr düzgün qurulmamışdır. Belə ki, iddiaçı analıq məzuniyyətində olmuş və məlumatı olmadan işdən azad edilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. 06 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesabşama Mərkəzinin nümayəndəsi Nümayəndə2 iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 15 sentyabr 2015-cü ildə 60 saylı əmrlə Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbinə ixtisası üzrə ingilis dili müəllimi təyin olunmuşdur. Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 29 iyul 2016-ci ildə 32 nömrəli əmrlə 29 iyul 2016-ci ildən 16 dekabr 2016-ci il tarixə kimi 509853 nömrəli bületenə əsasən analıq məzuniyyətinə buraxılmış və əmək məzuniyyəti ilə yay məzuniyyəti üst-üstə düşdüyü üçün məzuniyyət günü 29 (iyirmi doqquz) gün uzaldılmış və 09.01.2017-ci ildə işdə heab olunmuşdur. 09 yanvar 2017-ci ildən 01 saylı əmrlə Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 09 yanvar 2017-ci ildən 21 sentyabr 2019-cu il tarixə qədər (uşağın üç yaşı tamam olana qədər) uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Daha sonra Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 02 iyun 2018-ci ildə 20 nömrəli əmrlə 02 iyun 2018-ci ildən 05 oktyabr 2018-ci il tarixə kimi 742505 nömrəli bülletənə əsasən analıq məzuniyyətinə buraxılmışdır. 06 oktyabr 2018-ci ildə 59 saylı əmrlə Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 06 oktyabr 2018-ci ildən 04 avqust 2021-ci il tarixə qədər uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı analıq məzuniyyətində olduğu üçün tarifləşmə cədvəlində verilmiş 6 dərs yükünün tədrisi müvəqqəti olaraq məktəbin digər orta ixtisas müəllimlərinə verilmişdir. 03 avqust 2021-ci ildə 32 saylı əmrlə Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad olunmuş və son hesab ödənilmişdir. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, 2015-ci ildə MİQdə iştirak etmiş və keçid balını toplamışdır. 2015-ci ildən (6 il) fasiləsiz olaraq Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbinə ixtisası üzrə müəllim kimi işləmiş və həmin məktəbdə ali təhsilli yeganə ixtisas müəllimidir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli, 19.09.2015-ci ildə tərtib edilmiş əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 15 sentyabr 2015-ci il tarixli, 60 nömrəli əmrlə Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbdə ixtisası üzrə xarici dili müəllim təyin olunmuş, 30.08.2021-ci il tarixli əmrlə məktəbin xarici dil müəllimi olaraq ödənişli analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilməklə və həmin tarixdən də AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməməsinə görə əmək fəaliyyətinə xitam verilmişdir. İş materiallarında olan işəgötürən məktəbin direktoru Nümayəndə3 ilə İddiaçı arasında 15.09.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı 15.09.2015-ci il tarixdən müddətli Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbində xarici dil müəllimi işinə qəbul edilmişdir. İş materiallarında olan 09.10.2015-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbi arasında 15.09.2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, ingilis-dili müəllimi təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 155 manat göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəb direktorunun 15.09.2015-ci il tarixli, 60 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ehtiyaca görə və eyni zamanda MİQ imtahanında keçid balını topladığına görə xarici dil müəllimi təyin olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəb direktorunun 27.08.2016-ci il tarixli, 33 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 29.08.2016-ci il tarixdən analıq məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəb direktorunun 09.01.2017-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı analıq məzuniyyəti başa çatdığı üçün 09.01.2017-ci ildən işdə hesab edilmiş, lakin körpə yaşlı uşağı olduğu üçün haqqı qismən ödənilən güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəb direktorunun 01.10.2018-ci il tarixli, 59 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 06.10.2018-ci il tarixində işdə olmalı, lakin körpə uşağına qulluq etmək üçün həmin tarixdən 04.08.2021-ci il tarixə kimi güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəb direktorunun30.08.2021-ci il tarixli, 32 nömrəli əmrinin surətindən görünür ki, məktəbin ingilis dili müəllimi İddiaçı 2012-ci ildən sonra işə qəbul edilmiş müəllim olduğuna görə və 03avqust 2021ci il tarixdə qismən ödənişli analıq məzuniyyəti başa çatdığı üçün və AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimlərin daimi əsaslarla işləyən müəllim qəbul etməməsi səbəbindən işinə xitam verilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, lakin 2015-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi Nümayəndə2 məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 15 sentyabr 2015-cü ildə 60 saylı əmrlə Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbinə ixtisası üzrə ingilis dili müəllimi təyin olunmuşdur. Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 29 iyul 2016-ci ildə 32 nömrəli əmrlə 29 iyul 2016-ci ildən 16 dekabr 2016-ci il tarixə kimi 509853 nömrəli bületenə əsasən analıq məzuniyyətinə buraxılmış və əmək məzuniyyəti ilə yay məzuniyyəti üst-üstə düşdüyü üçün məzuniyyət günü 29 (iyirmi doqquz) gün uzaldılmış və 09.01.2017-ci ildə işdə heab olunmuşdur. 09 yanvar 2017-ci ildən 01 saylı əmrlə Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 09 yanvar 2017-ci ildən 21 sentyabr 2019-cu il tarixə qədər (uşağın üç yaşı tamam olana qədər) uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Daha sonra Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 02 iyun 2018-ci ildə 20 nömrəli əmrlə 02 iyun 2018-ci ildən 05 oktyabr 2018-ci il tarixə kimi 742505 nömrəli bülletənə əsasən analıq məzuniyyətinə buraxılmışdır. 06 oktyabr 2018-ci ildə 59 saylı əmrlə Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 06 oktyabr 2018-ci ildən 04 avqust 2021-ci il tarixə qədər uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı analıq məzuniyyətində olduğu üçün tarifləşmə cədvəlində verilmiş 6 dərs yükünün tədrisi müvəqqəti olaraq məktəbin digər orta ixtisas müəllimlərinə verilmişdir. 03 avqust 2021-ci ildə 32 saylı əmrlə Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad olunmuş və son hesab ödənilmişdir. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, 2015-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. 2015-ci ildən (6 il) fasiləsiz olaraq Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbinə ixtisası üzrə müəllim kimi işləmiş və həmin məktəbdə ali təhsilli yeganə ixtisas müəllimidir. İş materiallarında olan Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəb direktoru Nümayəndə3 tərəfindən verilmiş məlumatdan görünür ki, Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəbində 5 ingilis dili müəllimi var və həmin müəllimlərin hamısı orta-ixtisas təhsillidir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin ikinci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi-tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir, əmək müqaviləsinə xitam verilən işçiyə qanunda nəzərdə tutulduğu qaydada son haqq-hesab ödənilir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı 15 sentyabr 2015-ci ildə 60 saylı əmrlə Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbinə ixtisası üzrə ingilis dili müəllimi təyin olunmuşdur. Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 29 iyul 2016-ci ildə 32 nömrəli əmrlə 29 iyul 2016-ci ildən 16 dekabr 2016-ci il tarixə kimi 509853 nömrəli bületenə əsasən analıq məzuniyyətinə buraxılmış və əmək məzuniyyəti ilə yay məzuniyyəti üst-üstə düşdüyü üçün məzuniyyət günü 29 (iyirmi doqquz) gün uzaldılmış və 09.01.2017-ci ildə işdə heab olunmuşdur. 09 yanvar 2017-ci ildən 01 saylı əmrlə İddiaçı 09 yanvar 2017-ci ildən 21 sentyabr 2019-cu il tarixə qədər (uşağın üç yaşı tamam olana qədər) uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Daha sonra Hüseynova (Nəbiyeva) İranə Qəzənfər qızı 02 iyun 2018-ci ildə 20 nömrəli əmrlə 02 iyun 2018-ci ildən 05 oktyabr 2018-ci il tarixə kimi 742505 nömrəli bülletənə əsasən analıq məzuniyyətinə buraxılmışdır. 06 oktyabr 2018-ci ildə 59 saylı əmrlə İddiaçı 06 oktyabr 2018-ci ildən 04 avqust 2021-ci il tarixə qədər uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 03 avqust 2021-ci ildə 32 saylı əmrlə İddiaçı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad olunmuş və son hesab ödənilmişdir. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, 2015-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. 2015-ci ildən (6 il) fasiləsiz olaraq Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbinə ixtisası üzrə müəllim kimi işləmiş və həmin məktəbdə ali təhsilli yeganə ixtisas müəllimidir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəb direktorunun 30avqust 2021-ci ildə 32 saylı əmri və əmək müqaviləsinə xitam verilməsi barədə məlumat rayon təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratdığı elektron sistemə daxil edilməmişdir. İşin bu halını məhkəmə iclasında cavabdeh Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə3 verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin bilavasitə vəzifəsidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı elektron məlumat bazasından çıxarışa əsasən iddiaçının hazırda Qəbələ rayon Aydınqışlaq kənd M.Bilalov adına tam orta məktəbdə müəllim işləməsi, əmək haqqının 68 manat olması məlum olur. Bu fakt cavabdehlər və üçüncü şəxsin nümayəndələri tərəfindən də məhkəmə iclasında etiraf olunmuşdur. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. İşəgötürən əmək qanunvericiliyinin yuxarıda sadalanan hüquq normalarının tələblərini də pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Bu zaman iddiaçıya işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) təqdim edilməmişdir. Bundan başqa, məktəb direktoru Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozaraq tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmrdə sadəcə olaraq göstərilmişdir ki, AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməməsinə görə İddiaçı əmək fəaliyyətinə xitam verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi ilə əmək müqaviləsinin müddətsiz bağlanması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlanması imkanını da nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan sui-istifadəsinin qarşısını almağa yönəlmiş qadağa da nəzərdə tutulur. Qeyd edilən normanın tələbinə görə əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 15 sentyabr 2015-ci il tarixdən 30 avqust 2021-ci il tarixə qədər həmin məktəbdə fasiləsiz olaraq ingilis dili müəllimi kimi işləmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən də, göründüyü kimi eyni iş üzrə əmək münasibəti 5 ildən artıq müddətə davam edərsə əmək müqaviləsi müddətsiz hesab edilir. Bu səbəbdən göstərilən hallar işəgötürən tərəfindən nəzərə alınmamış, nəticədə əmək müqaviləsinə yuxarıda göstərilən qanunvericilik normaları pozularaq xitam verilmişdir. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, X1 15 sentyabr 2015-ci il tarixdən, 30 avqust 2021-ci il tarixədək məktəblə onun arasında bağlanmış əmək müqaviləsi əsasında fasiləsiz pedoqoji əmək fəaliyyəti göstərməsi nəzərə alınmaqla, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğundan, həmin əmrin verilməsinin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində onun işdən çıxarılması nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının alınması barədə iddiada heç bir tələb qoymamışdır. Buna görə qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə ehtiyac olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayonu Aydınqışlaq kənd tam orta İddiaçı işdən azad olunması barədə 30 avqust 2021-ci il tarixli, 32 nömrəli əmri ləğv edilməli və o, Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbinda əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayonu Aydınqışlaq kənd tam orta İddiaçı işdən azad olunması barədə 30 avqust 2021-ci il tarixli, 32 nömrəli əmri ləğv edilsin. İddiaçı Qəbələ rayonu Aydınqışlaq kənd tam orta məktəbinda əvvəlki vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1647/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1647/2021
22.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver