Məhkəmə qərarları › İş №2(025)-165/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-165/2025

24.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-165/2025 24.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər, X8 və X3 qarşı “Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən cavabdehlərin və onlara məxsus əşyaların çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X11 və Cavabdeh1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların Və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq ger alınması” tələbi barədə iddia ərizəsinə dair işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “350 ailəlik Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2, o cümlədən onlara məxsus olan əşyaların Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X11 izahatında göstərmişdir ki, Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzil Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən 12 yanvar 2015-ci il tarixli 1/62 nömrəli Xüsusi təyinatlı yaşayış X2 əsasən Laçın rayonundan məcburi köçkün X4 ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət proqramına uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1, mənzil 62-də yaşayan X9 ailə üzvləri ilə birlikdə 23 may 2024-cü ildə Laçın rayonunun Sus kəndində köçürülmüşdür. Köçürülmədən sonra Komitənin Mənzil İstismar Departamentinin balansında olan 62 nömrəli mənzilin qapısı möhürlü olduğu halda qırılaraq Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Onlara mənzildə müqavilədən kənar qeyri-qanuni məskunlaşıb yaşamalarının qanunsuz olması və mənzili könüllü boşaldıb təhvil vermələri barədə xəbərdar edilsələr də, mənzilin təhvil verilməsindən imtina edilmişdir. Kəlbəcər rayonundan məcburi köçkün düşmüş X5 2010-cu ildə yeddi nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 2-də 5 nömrəli mənzillə təmin edilmişdir. Cavabdeh1 da ailənin digər üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və evləndikdən sonra bir müddət kirayədə qaldıqdan sonra 2021ci ilin may ayında Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli mənzili özbaşınalıqla tutaraq ailə üzvləri (arvadı Cavabdeh2 və uşağı) ilə birlikdə həmin mənzilə köçmüşdür. Ona görə də, Cavabdeh1 və Cavabdeh2, o cümlədən onlara məxsus olan əşyaların Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə iddia qaldırılmışdır. Cavabdehr Cavabdeh1 izahatında göstərmişdir ki, o, 1992-ci ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və 2010-cu ildə X1 yeddi nəfərdən ibarət ailə üzvləri sırasında Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 2-də 5 nömrəli mənzillə təmin edilmişdir. Lakin evləndikdən sonra sıxlıq olmuş və o, mənzildən çıxaraq öz ailə üzvləri ilə birlikdə 10 il müddətində kirayədə qalmışdır. Bu müddət ərzində tərəfindən səlahiyyətli orqanlara edilən çoxsaylı müraciətlərdən sonra ona doqquz ay müddətində hər ay 150-180 manat məbləğində kirayə haqqı ödənilmişdir. 2024-cü ilin aprel ayında iki ay müddətində kirayə haqqının ödənilməsində geçikmə olmuş və o, qaldığı mənzildən çıxaraq əşyaları ilə birlikdə məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsi ərazisində talvarın altında yerləşərək iki ay müddətində açıq havada yaşamışdır. Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1, mənzil 62-də yaşayan X9 ailə üzvləri ilə birlikdə 23 may 2024-cü ildə Laçın rayonunun Sus kəndində köçürüldükdən sonra mənzil boş qalmış və onun tərəfindən tutulmuşdur. Həmin mənzildə o, arvadı Cavabdeh2 və bir nəfər azyaşlı uşağı ilə birlikdə yaşayır. Ona görə də, iddia tələbini əsassız hesab edir. İşdə olan 12 yanvar 2015-ci il tarixli, 1/62 nömrəli Xüsusi Təyinatlı Yaşayış X2 əsasən məcburi köçkün cavabdeh X9, ailə üzvləri ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 350 ailəlik Zarağan-2 qəsəbəsində 1 nömrəli binada 62 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsinin 29 noyabr 2024-cü il tarixli “Zəbt edilmə” Aktında göstərilmişdir ki, Qəbələ rayon Zarağan-2, 350 ailəlik qəsəbədə bina- 1, mənzil 62 dövlət tərəfindən Qəbələ rayonu Zarağan-2 qəsəbəsi bina 3, mənzil 5-da evlə təmin edilmiş və Qəbələ rayonunda müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh1 tərəfindən qapısı qırılmış və zəbt edilmişdir. Aktın doğruluğunu MKİS-in rəisi X11, mühəndis X10 və sahə nəzarətçisi X6 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru X16 rayonu Zarağan-2 MKİS-in rəisi X11 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda göstərilmişdir ki, 23 may 2024-cü ildə Qəbələ rayonu 350 ailəlik qəsəbədən 3 ailə, 12 nəfər X19 rayonunun Sus kəndinə köç etmiş və Dövlət tərəfindən daimi yaşamaq üçün evlə təmin edilmişdir. Köç etmiş mənzillərdən biri bina 1, mənzil 62-nin qapısı qırılmış və zəbt edilmişdir. Həmin mənzili zəbt edən vətəndaş Cavabdeh1dur. Cavabdeh1 icazəsiz zəbt etdiyi dövlətə məxsus mənzili 10 (on) gün müddətində boşaltması və həmin mənzilin açarlarını Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təqdim etməsi barədə 16 oktyabr 2024-cü il tarixdə bildiriş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə göstərilmişdir ki, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 62 nömrəli mənzili qanunla müəyyən olunmuş mülkiyyət hüququ olmadan icazəsiz zəbt etməsi vətəndaş Cavabdeh1 nəzərinə çatdırılaraq, həmin mənzili xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək boşaltmadığı təqdirdə aidiyyəti hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X2 görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzilin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə qərar qəbul edilməmiş və həmin mənzilə dair onlarla xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanmamışdır. Onların həmin mənzili tutmaq və istifadə etmək hüququ yaranmamışdır. Ona görə də, Qəbələ rayonu 350 ailəlik Zarağan- 2 qəsəbəsi bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 və onlara məxsus əşyalar çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2, o cümlədən onlara məxsus olan əşyalar Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı məzildən çıxarılsın və 1/62 nömrəli məzili boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar