Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-166/2025 27.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən cavabdehlərin və onlara məxsus əşyaların çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən cavabdehlərin və onlara məxsus əşyaların çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “350 ailəlik Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlara məxsus əşyaların Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən çıxarılması və 21 nömrəli mənzilin boşaldılaraq, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi ilə bağlı bildirirlər ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qəraı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər verilmiş mənzillərdə yaşamır, mənzilləri qeyri-qanuni dəyişir və ya zəbt edir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 30 avqust 2014-cü il tarixli 20/1 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün X7 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 350 ailəlik arağan-2 qəsəbəsində 1 saylı binada, 21 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət proqramına uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1, mənzil 21-də yaşayan X7 ailə üzvləri ilə birlikdə 23 may 2024-cü ildə Laçın rayonunun Sus kəndində köçürülmüşdür. Köçürülmədən sonra Komitənin Mənzil İstismar Departamentinin balansında olan 21 nömrəli mənzilin qapısı möhürlü olduöu halda qırılaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Bu barədə sahə rəisi tərəfindən onlara mənzildə müqavilədən kənar qeyri-qanuni məskunlaşıb yaşamalarının qanunsuz olması və mənzili könüllü boşaldıb təhvil vermələri barədə xəbərdar edilsələr də, bu günə kimi nəticəsi olmamış və mənzilin təhvil verilməsindən imtina edilmişdir. Bildirirlər ki, Cavabdeh1 məcburi köçkün kimi Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 4-də 79 nömrəli mənzillə təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndəqeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini rədd edərək göstərdilər ki, onlar Kəlbəcər rayonu, Milli kəndindəndirlər. Yaşadıqları Qaçqın şəhərciyində boş qalan evlər olmuşdur, onlar cənab Prezidentə, İcra Hakimiyyətinə və Qaçqınkoma müraciət etmişlər. Müraciətlərinə Qaçqınkom tərəfindən cavab verilmişdir ki, onlarmn evlə təmin olunmuşlar, köç olarkən nəzərə alınacaq. Onlar həmin evə girəndən sonra onları Qaçqınkoma çağırmış, sənədlərini istəmişlər. O, iki dəfə Qaşqınkoma çağırılmış və getmişdir. Onlar iki ailə bir evdə yaşamış, ailə vəziyyətləri çox ağır olmuşdur. Onları Xandəndinə, Kəlbəcərə köçürsələr gedər, ancaq hazırki vəziyyətləri çox ağırdır, şəhərçikdə boş evlər çoxdur. Ancaq onlar kimi gənc ailələrə həmin evlər verilmir, onlar 1 otaqlı olsa belə, versələr razıdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 30 avqust 2014-cuüil tarixli, 20/1 nömrəli Xüsusi Təyinatlı Yaşayış X1 görünür ki, məcburi köçkün cavabdeh X7, ailə üzvləri X2, X3 və X4 ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zarağan- 2 qəsəbəsində 1 nömrəli binada 21 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Həmin müqavilənin 5.4.1 və 5.4.5-ci bəndlərinə əsasən Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr sinə yetirilmədikdə və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsinin 29 noyabr 2024-cü il tarixli “Zəbt edilmə” Aktında göstərilmişdir ki, Qəbələ rayon Zarağan-2350 ailəlik qəsəbədə bina-1, mənzil 21 dövlət tərəfindən Qəbələ rayonu Zarağan-2 qəsəbəsi bina 4, mənzil 79-da evlə təmin edilmiş və Qəbələ rayonunda müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh1 tərəfindən qapısı qırılmış və zəbt edilmişdir. Aktın doğruluğunu MKİS-in rəisi Nümayəndə, mühəndis X8 və sahə nəzarətçisi X5 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru X15 rayonu Zarağan-2 MKİS-in rəisi Nümayəndə tərəfindən göndərilmiş xidməti məlumatdan görünür ki, 2013-cü ilin sentyabr ayənda atası ilə birlikdə Qəbələ rayon Zarağan-2 350 ailəlik qəsəbədə yerləşən bina 4, mənzil 79-da evlə təmin olunmuş Cavabdeh1 həmin qəsəbədə yerləşən X9 əlaqədar 23 may 2024-cü ildə Laçın rayonunun Sus kəndinə köç etmiş ailələrdən birinə məxsus olmuş bina 1, mənzil 21in qapısını və zəbt etmişdir. Vətəndaş Cavabdeh1 icazəsiz zəbt etdiyi dövlətə məxsus mənzili 10 (on) gün müddətində boşaltması və həmin mənzilin açarlarını Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təqdim etməsi barədə 16 oktyabr 2024-cü il tarixdə bildiriş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsinin bildirişindən görünür ki, vətəndaş Cavabdeh1 ünvan 1 ünvanında qanunla müəyyən olunmuş mülkiyyət hüququ olmadan icazəsiz zəbt etməsi, qanunvericiliyin tələblərini pozması nəzərinə çatdırılaraq, həmin mənzili xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək boşaltmadığı təqdirdə aidiyyəti hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən alınmış və iş materiallarına əlavə edilmiş cavab məktubundan görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə 24 avqust 2014-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında Qəbələ rayon 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 4-də yerləşən 79 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən alınmış və iş materiallarına əlavə edilmiş 24 avqust 2014-cüil tarixli, 79/1 nömrəli Xüsusi Təyinatlı Yaşayış X1 görünür ki, məcburi köçkün cavabdeh X11, ailə üzvləri ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zarağan-2 qəsəbəsində 4 nömrəli binada 79 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Akimova Azərbaycana qarşı» işdədə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-cihissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 91.1.5-ci maddəsinin tələbinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq aşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı aşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya Bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və stifadəsinə verir. 99.6-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin, verilməsi QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3 Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş vasavıs sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6 Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7 Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2və onlara məxsus əşyalar çıxarılması və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 24 avqust 2014-cü il tarixli “79/1” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün cavabdeh X11, Bayramova (Quliyeva) Tutu Yusif qızı ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zarağan-2 qəsəbəsində 4 nömrəli binada 79 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qəsəbədə yerləşən X9 əlaqədar 23 may 2024-cü ildə Laçın rayonunun Sus kəndinə köç etmiş ailələrdən birinə məxsus olmuş bina 1, mənzil 21-in qapısını qırması və zəbt etməsi müəyyən edilmişdir.Bununla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2mənzili tərk etmələri bildirilmiş, lakin cavabdehlər tərəfindən mənzil boşaldılmamışdır. Məhkəmə qeyd edir ki, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bina 1, mənzil 21-in qapısını qıraraq, həmin evi zəbt etmələri müəyyən edilmişdir. Cavabdehlər məhkəmə iclasında bu halı etiraf etmiş, dövlət tərəfindən onlara verilmiş 3 otaqlı mənzildə digər qardaşının ailəsi ilə birlikdə yaşamaqda çətinlik çəkdiyini, buna görə də həmin evin qapısını qırmağa məcbur qaldığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulduğundan,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bina 1, mənzil 21-dən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları,bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlara məxsus əşyalar çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 21 nömrəli 2 otaqlı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2və onlara məxsus əşyalar çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-166/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-166/2025
27.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver