Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-17/2021 06.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh9, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Nümayəndə və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi adına icarəsində olan 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2, eləcədə rəhbərlik etdiyi “xxxx Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh3, X11, X6, X2, X3, Cavabdeh9 Sədir oğlunun və Çarxana kənd sakini Cavabdeh10 qeyri-şərtsiz zəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1. iddia uzrə müstəqil tələb irəli sürülməyən üçüncü şəxs Qəbələ rayonu Hacallı bələdiyyəsi ilə yanaşı həmin bələdiyyənin hazırki sədri Nümayəndə mulku iş üzrə cavabdeh qismində tanınmasını və cəlb edilməsini; 2. mülki iş uzrə xususi biliyə malik mütəxəssis rəyinin alınması zərurəti yarandığından, iş uzrə müvafiq məhkəmə-ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini, 3. iş üzrə alınması zəruri olan məhkəmə-ekspertizasının müvafiq rəyinin nəticə etibarı ilə hazırda vəzifəli şəxs olan Hacallı bələdiyyəsinin sədri Nümayəndə özbaşına, heç bir huquqi əsası və sənədi olmadan, ona və şirkətə məxsus torpaq sahələrinin qeyri qanuni əkinə istifadə edib, qeyri-qanuni gəlir əldə etməsi ilə törətmiş kobud qanun pozuntusu barədə xususi qərardad çıxarılmasını; 4. eləcə də eyni kobud qanun pozuntularıını törətmiş digər cavabdehlər barəsində, qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi qanuni tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini; 5. iddia ərizəsində, aşağıda göstərilən cavabdehlərin soy adı və ata adlan səhf göstərildiyindən: X14 - Cavabdeh7 kimi, X7 - X1, X8 - X5 mülki iş uzrə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, çəkilmiş Oğuz-Qəbələ-Bakı su kəməri şəxsi adına icarəsində olan 6.98 ha torpaq ərazisini (4.97ha + 2.01ha)-ya, eləcə də rəhbərlik etdiyi ’’xxxx” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin DTXK-nin Qəbələ rayon şöbəsi, xx.xx.2005-ci il tarixli JN-204 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 13.50 ha olmuş, çıxarışlarla isə real mülkiyyətində olan 12.42 ha torpaq ərazisini (8.54227ha + 3.8772ha)ya, yəni hər iki torpaq ərazini 2 yerə bölmüşdür. Göstərilən torpaq sahələrinin relyef quruluşu dərətəpə olduğundan və su kəmərinin çəkilməsi ilə 2 yerə bölünmüş, hər 2 ərazinin 25-30%-i əkinə yararlıdır. Hər iki torpaq sahələrinin əkinə yararlı olan hissələridə aşağıda göstərilən Qəbələ rayonu Şamlı kənd sakinləri tərəfindən qeyri-qanuni zəbt edilərək, onun icazəsi və razılığı olmadan şumlanıb əkilmişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixində tərəfimdən göstərilən ərazilərdə şum və əkin işlərin hazırlığı üçün ərazidə olarkən, Şamlı kənd sakinəri tərəfimdən icarəmdə və şirkətin mülkiyyətində olan torpaq sahələrinin əkinə yararlı hissəsinin qonşu ərazi torpaq şahinləri tərəfindən qeyri-qanuni zəbt edilərək çəpərlənib, əsassız olaraq hal-hazırda, öz əraziləri kimi istifadə etdikləri fakt aşkar olunmuşdur. Göstərilənlərlə əlaqədər, o, xx.xx.2019-cu il tarixli ərizə ilə Qəbələ rayonu Şamlı kəndində yerləşən, reyestr nömrəsi olan, Hüquqların Dövlət qeydiyyatı haqqınnda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən icarəsində və mülkiyyətində olan sahələrinin sərhədlərinin konkret olaraq yerində müəyyən edilərək, ona tanıdılması ilə bağlı ƏMDK-nin yanında DƏDRX-mn 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciyyət etdi. Onun müraciyyətinə əsasən ƏMDK-nin yanında DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********27 nömrəli məktubuna əsasən, həmin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X22 oglu tərəfindən, Hacallı Bələdiyyəsinin sədri Nümayəndə iştirakı ilə reyestr nömrəsi olan çıxarışlara əsasən, yuxarıda göstərilən torpaq sahələrinin konkret olaraq yerində müəyyən edilərək ona bələdiyyə sədrinə tanıdılmışdır. Həmin tanıdılma ilə müəyyən olunmuşdur ki, şəxsi adıına icarəsində olan 6.98 ha (4.97ha + 2.01ha) torpaq sahələrinin sərhədlərindən qeyriqanuni, onun razılığı olmadan, özbaşına içəri daxil olub zəbt edərək, Şamlı kənd sakinləri: - 1. Cavabdeh1 oglu; 2. Cavabdeh4 Xəlid oglu; 3. Qonşu ərazinin sahibi Cavabdeh2 oglu icarəsində olan torpaq sahəsinin əkinə yararlı hissəsini şumlayıb əkərək, əsassız olaraq hal-hazırda istifadə edirlər. Göstərilənlərlə yanaşı müəyyən olunmuşdur ki, şirkətin mülkiyyətində olan 8.5428 ha torpaq sahəsinin təxminən 80 sot ərazisi, həmin ərazi ilə üz-üzə yaşayan Cavabdeh3 Muxtar qızı, onun razılığı olmadan özbaşına qeyri-qanuni zəbt edərək, əsassız olaraq istifadə etməkdədir. Şirkət isə həmin hissədə şum və əkin işlərinin aparılmasının qeyri- qanuni hərəkətləri və aqresif davranışı ilə qarşısını alır. Cavabdeh3 Muxtar qızı, özünün qeyri-qanuni hərəkətlərini və agresif davranışını isə hər hansı bir Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməsinin mövcud olmamasına baxmayaraq, əlində olan, hansısa vaxtı keçmiş bir 2003-cü il tarixli Şamlı kənd bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə istinad edərək, hal-hazırdada dəvam etdirməkdədir. Göstərilənlərlə yanaşı müəyyən olunmuşdur ki, şirkətin mülkiyyətində olan digər 3.8772 ha torpaq sahəsinin bir hissəsi də aşağıda adları sadalanan qonşu ərazilərinin sahibləri Şamlı kənd sakinləri: - 1. X27 oglu;
2. X23 oglu; 3. X17 oglu; 4. X20 oglu; 5. Cavabdeh9 Sədir oglu; 6. Carxana kənd sakini X4 tərəfindən qeyri-qanuni öz ərazilərinə qatıb zəbt edərək çəpərlənib, onun razılığı olmadan özbaşına şumlanıb əkilərək, əsassız olaraq istifadə etməkdədirlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh9 iddianı qəbul etməyərək göstərdi ki, Qəbələ rayon, Şamlı kəndində yerləşən və iddiaçının boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi onun qanuni sahibliyindədir. Onun mülkiyyət hüquqnu təsdiq edən sənəd - JN-0046 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı da mövcuddur. O, heç kimin torpağını qanunsuz olaraq zəbt etməmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddianı qəbul etməyərək göstərdi ki, iddianı qəbul etməyərək göstərdi ki, JN-0051 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında onun mülkiyyətinə 3.02 ha torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadə edir. İddiaçının torpağını qanunsuz olaraq zəbt etməmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etməyərək göstərdi ki, bəhs olunan mübahisəli ərazidən uzun müddətdir ki istifadə edir. Həmin torpaq sahəsi onun qanuni sahibliyindədir və sahəni örüş məqsədi ilə isitifadə edir. İddiaçı bələdiyyə ilə əlbir olub həmin ərazidəki torpaq sahələrini almışdır. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək göstərdi ki, uzun müddətdir ki, bəhs olunan ərazidən istifadə edir. Ona həmin torpaq sahəsini 2003-cü ildə Bələdiyyə ilə icarə müqaviləsi bağlayaraq verilmişdir. Torpaq sahəsi verildikdən sonra həmin ərazidə bağ salmışdır, əziyyət çəkmişdir. Odur ki, iddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. Bəhs olunan ərazi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə onlara JN-0049 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı təqdim olunmuşdur. Həmin ərazini əkib-becərirlər. O, heç kimin torpağını qanunsuz olaraq zəbt etməmişdir. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 iddianı qəbul etməyərək göstərdi ki, bəhs olunan ərazi onun qanuni mülkiyyətindədir. Ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair 1998-ci ildə JN-0050 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. O, heç kimin torpağını qanunsuz olaraq zəbt etməmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinin nümayəndəsi X16 iddianı qəbul etməyərək göstərdi ki, iddaçı İddiaçı məxsus “xxxx” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan Qəbələ rayon, Şamlı kəndində yerləşən 8.5428 ha və 3.8772 ha torpaq sahələri, həmçinin İddiaçı 50 illik icarə müqaviləsi əsasında istifadə etdiyi 2.01 ha və 4.97 ha torpaq sahələrinin sərhədləri nümayəndələr tərəfindən ölçülərək İddiaçı yerində göstərilmişdir. Həmin vaxt İddiaçı bununla bağlı heç bir etirazı olmamışdır. Rəyə gəldikdə isə, ekspertin rəyindən məlum olur ki, mübahisəli torpaq sahələrinin koordinatları üst üstə düşmür, yəni əvvəllər və ya sonradan aparılan olçmələr müvafiq inzibati orqan tərəfindən düzgün aparılmayıb. Bu səbəbdən iddiaçı iddiasını düzgün verməli, vətəndaşlara və bələdiyyəyə yox müvafiq inzibati orqana qarşı qaldırmalıdır. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinin yanında 30-40 sot əlavə torpaq sahəsi vardır. Həmin ərazi istifadəsi olduğu üçün o, həmin ərazini öz sahəsinə briləşdirərək istifadə etmişdir. İddaçı İddiaçı sonradan ərazinin onun mülkiyyətində olduğunu iddia edərək sahəni boşaltmağını tələb etmişdir. O da buna etiraz etməmişdir. Göstərilənlərə əsasən iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh8 iddianı qəbul etməyərək göstərmişdir ki, uzun illərdir ki o, bəhs olunan mübahisəli ərazidən kənd təsərrüfatı məqsədi ilə istifadə edir. Həmin torpaq sahəsi ona dövlət tərəfindən verilmiş və mülkiyyət hüququnun təsdiqinə dair JN-0047 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı da verilmişdir. Torpaq sahəsini aldıqdan sonra o bu sahəni əkib becərmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh10 iddianı qəbul etməyərək göstərmişdir ki, bəhs olunan torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. O, heç kimin torpağını qanunsuz olaraq zəbt etməmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd olunan torpaq sahəsi onun ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətindədir. Bu barədə ona JN-0016 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. O, heç kimin torpağını qanunsuz olaraq zəbt etməmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* saylı və RX seriyalı № ******* saylı Çıxarışlarına əsasən Qəbələ rayonu Şamlı “xxxx” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan müvafiq olaraq 8.5428 ha və 3.8772 ha torpaq sahələri Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6 və Cavabdeh7 tərəfindən zəbt olunmuşdurmu?
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* saylı və RX seriyalı № ******* saylı Çıxarışlarına əsasən Qəbələ rayonu Şamlı İddiaçı istifadəsində olan müvafiq olaraq 2.01 ha və 4.97 ha torpaq sahələri cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?
3. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
4. Zəbt edilmişdirsə həmin torpaq sahəsində Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “X9” MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli 58 saylı rəydən görünür ki, Qəbələ rayonu, Şamlı kəndində mübahisəli ərazi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış sənədləri əsasında tərtib edilən A seriyalı 108921 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 8.5428 ha torpaq sahəsinin, həmçinin A seriyalı 108922 nömrəli, A seriyalı 093698 nömrəli və A seriyaiı 093697 nömrəli plan və ölçü sənədləri üzrə müvafiq olaraq 3.8772 ha, 4.97 ha və 2.01 ha torpaq sahələrinin qeyd olunan koordinatları əsasında coğrafi məkan göstəriciləri və konfiqurasiyası ilə ərazi üzrə (naturada) müvafiq torpaq sahələrinin faktiki məkan göstəriciləri və konfiqurasiyası arasında uyğunsuzluq olduğundan mülki işə əlavə edilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Belə ki, iddiada göstərilən çıxarış və plan-ölçü sənədlərində sözügedən torpaq sahələrinin qeyd olunan koordinatları ilə hüdudları naturadakı faktiki hüdudları ilə üst-üstə düşmür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********32, qeydiyyat tarixi – xx.xx.2017-ci il) surətindən görünür ki, xxxx Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nın Qəbələ rayonu, Şamlı kəndində yerləşən 8.5428 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********33, qeydiyyat tarixi – xx.xx.2017-ci il) surətindən görünür ki, “xxxx” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nın Qəbələ rayonu, Şamlı kəndində yerləşən 3.8772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********5, qeydiyyat tarixi – xx.xx.2016-cı il) surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4.97 ha torpaq sahəsi üzərində olan xx.xx.2006-cı ildən başlayaraq 50 il müddətinə icarə müqaviləsi əsasında istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********6, qeydiyyat tarixi – xx.xx.2016-cı il) surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Şamlı kəndində yerləşən 2.01 ha torpaq sahəsi üzərində olan xx.xx.2006-cı ildən başlayaraq 50 il müddətinə icarə müqaviləsi əsasında istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN-0051 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 3.02 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0047 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh8 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 3.32 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0016 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.23 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0049 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh6 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.24 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0050 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.08 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0046 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 3.16 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********69, qeydiyyat tarixi – xx.xx.2014-cü il) surətindən görünür ki, Cavabdeh10 Qəbələ rayonu, Şamlı kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsinə” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayonu, Şamlı kəndində yerləşən mübahisəli 4.97 ha və 2.01 ha torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı və RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarına əsasən iddiaçıya 50 il müddətinə icarəyə verilmişdir. Həmçinin, Qəbələ rayonu, Şamlı kəndində yerləşən mübahisəli 8.5428 ha və 3.8772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* və RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarına əsasən iddiaçının rəhbərlik etdiyi “xxxx” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin tam mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı qeyd olunan torpaq sahələrindən istifadəyə Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 tərəfindən maneələr törədildiyini iddia edir və törədilmiş maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdehlər isə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Şamlı kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olduğunu göstərib, İddiaçı icarəsində olan və iddiaçının rəhbərlik etdiyi “xxxx” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-ə məxsus torpaq sahələrini zəbt etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı icarəsində olan və rəhbərlik etdiyi “xxxx” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətdə olan torpaq sahəsilərindən istifadəyə cavabdehlər tərəfindən maneələr törədildiyini iddia edərək, törədilmiş maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmasının təmin edilməsində zəruri olan torpaq sahələrinin kəmiyyət, keyfiyyət və koordinatları qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan göstəricilərlə müvafiq torpaq sahələrinin faktiki məkan göstəriciləri və konfiqurasiyası arasında mövcud uyğunsuzluğu aradan qaldırılmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahələrinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı şəxsi adına icarəsində olan 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2, eləcədə rəhbərlik etdiyi “xxxx Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh3, X11, X6, X2, X3, Cavabdeh9 Sədir oğlunun və Çarxana kənd sakini Cavabdeh10 qeyri-şərtsiz zəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, manelərin nədən ibarət olduğu, ümumiyyətlə torpaq sahəsini cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsinə” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı tutularaq “X13” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı tutularaq “X13” MMC tərəfindən təqdim edilmiş hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elman İsayev