Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1706/2021 01.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum əri X2 10 may 1928-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunda doğulması, atasının X4 anasının X3 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun mərhum əri X5 10.05.1928-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuş, 30.01.1988-ci ildə vəfat etmişdir. 09.12.1954-cü ildə mərhum əri lə rəsmi qaydada nikaha daxil olub ailə həyatı qurmuşlar. Əri doğulduğu vaxt onlara məlum olmayan səbəblərdən valideynləri ona doğum şəhdatənaməsi almamışlar. Qəbələ rayonunda aqrar islahat aparılan zaman paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə torpaq sahəsi verilmişdir. Hazırda torpaq sahəsinə Çıxarış alıb adlarına rəsmiləşdirmək istəyirlər. Lakin bu zaman onlara məlum oldu ki, mərhum ərinin doğum haqqında şəhadətnaməsi yoxdur. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Qeydiyyat şöbəsinin 17 iyun 2021-ci il tarixli, 05/Q-188/13 saylı arayışı ilə ona cavab verildi ki, X5 barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, mərhum X5 onun atası olmuşdur. Atasının doğum gününü 10 mayda qeyd edirdilər. Ata tərəfdən nənəsi X3, babası isə X4 olmuşdur. Atası - X5 1928-ci ildə Qəbələ rayonunda anadan olmuş, 30 yanvar 1988-ci il tarixdə isə Qəbələ rayonunda vəfat etmişdir İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-188/13 saylı 17.06.2021-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Avtomatlaşdırılmış qeydiyyat və informasiya sistemində” və arxiv məlumatlarında “X5”-nun doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon Zaqs bürosu 09 noyabr 1954-cü il tarixdə verilmiş İE № 203826 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X11 arasında 09 noyabr 1954-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. Həmin şəhadətnamədə ərizəçinin mərhum ərinin tam adı ”X5”, doğumu isə 1928-ci il Qutqaşen rayonu olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 29 iyul 1964-cü il tarixdə verilmiş AZ № 212806 saylı Orta Təhsil haqqındaa Attestatın surətindən görünür ki, bu sənəddə ərizəçinin mərhum ərinin tam adı “X5”, doğumu isə 1928-ci il Qutqaşen rayonu olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ şəhər İ.Ə.N tərəfindən 10 sentyabr 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, 10.05.1928-ci il təvəllüdlü mərhum X1 rayonunda doğulmuşdur. 30.01.1988-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 01 iyul 1930-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuşdur. Məhkəmə hesab edir ki, X2 01 iyul 1930-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulması, atasının X6, anasının X7 olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinin mərhum əri – X2 10 may 1928-ci il tarixdə Qəbələ rayonunda doğulması, atasının X4, anasının X3 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1706/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1706/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver