Məhkəmə qərarları › İş №2(025)-1713/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1713/2024

27.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1713/2024 27.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X3 iddiaçı 15 saylı X2 Mərkəzinin direktoru X1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 15 saylı X2 Mərkəzinin direktoru X1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Qəbələ şəhər Gülməmməd Qarayev 5 ünvanında yaşayan Cavabdeh tərəfindən 15 saylı RMTM-in Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvartalının 15-ci bölməsində 741***-*******, 740***-*******, 740***-*******, 740***-*******, 740***-******* koordinatlarda yerləşən, özbaşına tutulmuş (zəbt edilmiş) 0.50 ha dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq 15 saylı X2 Mərkəzinə təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. AR MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 152.1.10-cu maddəsinə əsaən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı 15 saylı X2 Mərkəzinin direktoru X1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar