Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-173/2022 10.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qəbələ rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxxxxx 1958-ci ildə Ermənistan, Krasnoselo rayonu Çaykənd kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X7, ana qrafasında isə X9 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, yəni Ərizəçi xx xxxxxx 1958-ci ildə Ermənistan, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. Bunu təsdiq edən sənədləri vardır. X1 Ermənistan, Krasnoselo rayonu Çaykənd kəndində anadan olmuşdur. X2 Ermənistan, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar Ermənistan Azərbaycan Respublikasına gəlmişlər. Azərbaycan Respublikasına gələrkən doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Qəbələ rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsi doğum Ermənistan Respublikasında qeydə alındığından doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi ondan balacadır və qardaşı xx xxxxxx 1958-ci ildə Ermənistan, Krasnoselo rayonu Çaykənd kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, ərizəçinin bacısıdır. Qardaşı Ərizəçi ondan böyükdür və qardaşının ad gününü 17 yanvar tarixində qeyd edirlər. Həmçinin onlar Ermənistan, Krasnoselo rayonu Çaykənd kəndində doğulmuşlar. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan 09.10.1979-cu il tarixli, İ-СЛ seriyalı, 401392 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi ilə X8 xx xxxxxx 1958-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 20 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 19.04.2012-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan, Çaykənd kəndində doğulmuş, Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatdadır. İşdə olan 13.05.1976-ci il tarixli, НЗ seriyalı, ******* №-li “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi doğum tarixi “xx.xx.1958-ci il” kimi göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli, 05/Q-374/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X7”, ana adı “X9” kimi göstərilmişdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli, 537 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu, Soltan Nuxa kəndində yaşayır. İşdə olan Ermənistan SSR Çaykənd kənd sovetliyi tərəfindən verilmiş 14.10.1950-ci il tarixli, ЗЖ seriyalı, 252043 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 05.09.1950-ci ildə Ermənistan, Krasnoselo kəndində anadan olmuşdur. İşdə olan 10.01.1970-ci il tarixli, İ-ЗЖ seriyalı, 033672 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 08.01.1970-ci ildə Ermənistan, Krasnoselo kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə Ermənistan, Krasnoselo rayonu, Çaykənd kəndində doğulmuşdur. X1, X2dır. Lakin Ərizəçi Ermənistan, Krasnoselo rayonu, Çaykənd kəndində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1958-ci ildə Ermənistan, Krasnoselo rayonu, Çaykənd kəndində doğulması, atasının X7, anasının X9 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-173/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-173/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver