Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-175/2022 16.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 qarşı “doğum akt qeydinin bərpa edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni-Ərizəçi 12 mart 1993-cü ildə Qəbələ rayonu, Tikanlı kəndində, atası Maraqlı şəxs3 və anası Maraqlı şəxs2 olmaqla doğulmağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, Ərizəçi 12 mart 1993-cü ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuşdur. Atası 27 avqust 1961-ci il təvəllüdlü Maraqlı şəxs3 və anası xx xxxxxxx 1958-ci il təvəllüdlü Maraqlı şəxs2dır və onlar 09 aprel 1982-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Tikanlı kənd sovetində nikahlarını rəsmiləşdirmişlər. O, ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda onun doğumundan 28 il müddət ötmüşdür. Onun adına doğum haqqında qeydiyyatın mövcud olması barədə Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Qəbələ rayon Qeydiyyat Şöbəsinin 09 dekabr 2021-ci il tarixli 05/Q-375/013 saylı məktubu ilə bildirilmişdir ki, Qəbələ rayon Qeydiyyat Şöbəsinin “Vətəndaşlıq Vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında doğum haqqında akt qeydləri yoxlanılmış, lakin onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Qəbələ rayon Qeydiyyat Şöbəsindən ona məhkəmənin qərarı olmadan doğumunun qeydə alınması mümkün olmadığını bildirmişlər. Ona doğum haqqında şəhadətnamənin alınması şəxsiyyət vəsiqəsinin alınması və digər məsələlərin həll edilməsi üçün lazımdır. Hazırda doğum haqqında şəhadətnamə olmadığından, müvafiq sənədləşmə işlərinin aparılması mümkün deyildir. Onun doğum faktı məhkəməyə təqdim olunmuş arayışlarda və digər sübutlar kimi hüquqmüəyyənedici sənədlərdə də öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına, dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. O, artıq yetkinlik yaşına çatıb, ona görə də məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirdi ki, o, Maraqlı şəxs3 ilə 09 aprel 1982-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarından qızı - Ərizəçi 12 mart 1993-cü ildə Qəbələ rayon Tikanlı kəndində ev şəraitində doğulmuşdur və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda qızının 28 yaşı var. Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə bəlli olmuşdur ki, onlara doğum haqqında şəhadətnamə verilsə də müvafiq akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən Ərizəçi 12 mart 1993-cü ildə Qəbələ rayonu, Tikanlı kəndində, atası Maraqlı şəxs3 və anası Maraqlı şəxs2 olmaqla doğulmağı faktının müəyyən edilməsinə etiraz etmir. Odur ki, müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında bildirdi ki, Maraqlı şəxs2 ilə birgə nikahlarından qızı - Ərizəçi 12 mart 1993-cü ildə Qəbələ rayon Tikanlı kəndində ev şəraitində doğulmuşdur. Hazırda qızının 28 yaşı var. Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə bəlli olmuşdur ki, onlara doğum haqqında şəhadətnamə verilsə də müvafiq akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən Ərizəçi 12 mart 1993-cü ildə Qəbələ rayonu, Tikanlı kəndində, atası Maraqlı şəxs3 və anası Maraqlı şəxs2 olmaqla doğulmağı faktının müəyyən edilməsinə etiraz etmir. Odur ki, müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Qəbələ rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon Qeydiyyat şöbəsinin 05/Q-375/013 saylı 09.12.2021-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “Ərizəçi”-nın doğum haqqında akt qeydi aşkar edilməmiş və Ərizəçi şəxsiyyətini təsdiq edən sənəd olmadığından doğum haqqında akt qeydinin bərba edilməsi mümkün deyil, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyd: ata - Maraqlı şəxs3, ana - Maraqlı şəxs2. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən 09 aprel 1982-ci il tarixdə verilmiş İİ-JQ № 468209 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 09 aprel 1982-ci ildə X1 ilə nikah bağlamış və bu barədə nikah haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəzirov, arvada Nəzirova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Tikanlı kənd İ.Ə.N tərəfindən 23 aprel 1993cü il tarixdə verilmiş XVİİİ-JQ № 290916 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 12 mart 1993-cü ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında “Maraqlı şəxs3”, ana qrafasında “Maraqlı şəxs2” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Tikanlı kənd İ.Ə.D tərəfindən 02.03.2020-ci il tarixdə tərtib olunmuş 107 saylı Aktdan görünür ki, 12 mart 1993-cü il təvəllüdlü Ərizəçi Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. Atası - “Maraqlı şəxs3”, anası - “Maraqlı şəxs2”. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 29.11.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 27 avqust 1961-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş və hal-hazırda həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 30.04.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxxx 1958ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş və hal-hazırda həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi 12 mart 1993-cü il tarixdə Qəbələ rayon, Tikanlı kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 12 mart 1993-cü il tarixdə Qəbələ rayon, Tikanlı kəndində doğulması, atasının Maraqlı şəxs3, anasının Maraqlı şəxs2 olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 12 mart 1993-cü il tarixdə Qəbələ rayon, Tikanlı kəndində doğulması, atasının Maraqlı şəxs3, anasının Maraqlı şəxs2 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-175/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-175/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver