Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-18/2024 16.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3 Mehdi oğluna, X8, Cavabdeh5 Əlsa oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğluna, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, X10 və Cavabdeh18 Əhliman oğluna qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, X12, X6, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Sədrəddin oğlunun, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğlunun, Cavabdeh13, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 Əhliman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3 Mehdi oğluna, X8, Cavabdeh5 Əlsa oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Sədrəddin oğluna, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğluna, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, X10 və Cavabdeh18 Əhliman oğluna qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3 Mehdi oğluna, X8, Cavabdeh5 Əlsa oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Sədrəddin oğluna, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğluna, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, X10 və Cavabdeh18 Əhliman oğluna qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin A seriyalı, 739229 saylı, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən və Qəbələ rayonu Bayramkoxa kəndində yerləşən 14,98 ha torpaq sahəsindən cavabdehlərin və onların tapşırıq və icazəsi ilə yerləşdirilmiş başqa şəxslərin çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehlərin hər birindən 1000 manat əldən çıxmış faydanın və dövlər rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona məxsus Qəbələ rayonu Bayramkoxa kəndində yerləşən 14,98 ha-dan ibarət torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin A seriyalı, 739229 saylı, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi cavabdehlər Mustafayev Bünyad, Cavabdeh2, Səfərov Həbib, İsayev Rəfayət, Cavabdeh5, Hüseynov Zafəddin, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Ərzumanov Ramin, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, İsayev Günəş, Cavabdeh16 tərəfindən qanunsuz zəbt edilmişdir. Torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi ilə bağlı cavabdehlərə dəfələrlə, o cümlədən xx.xx.2022-ci il tarixli yazılı xəbərdarlıqlar nəticə verməmiş, xəbərdarləqlarına onlar cavab verməmiş, susmuş və torpaq sahəsini boşaltmamışlar. Cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxmaması nəticəsində mülkiyyətindən istifadə edə bilməməyi ilə əlaqədar gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bu ziyan yüzminlərlə olsa da, hazırkı mərhələdə cavabdehin hər birindən ziyanın 1000 manat hissəsini tələb edir. Belə ki, 14,98 ha torpaq sahəsindən təyinatına uyğun istifadəyə görə illik ən azı 20000 manat gəlir əldə etmək mümkündür. İcarəyə verməklə isə ən azı 10000 manat gəlir əldə etmək mümkündür. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X4 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin torpaq sahəsinin bir hissəsində yonca əkmiş, arx cəkmiş, abadlıq işləri aparmışdır. Həmin torpaq sahəsindən hal-hazıradək icarə haqqı verərək istifadə etmişdir. Həmin torpaq sahəsini 2016cı il tarixdə Bələdiyyədən icarəyə götürmüşdir. Torpaq sahəsindən kənd təsərrüfatı üçün istifadə edir. Daha sonra torpaq sahəsinin icarə vaxtı bitmiş və onlar icarə müddətini artırmamışdırlar. İddiaçı həmin torpaq sahəsinə görə onlara heç vaxt yaxınlaşmamış və icarə ilə bağlı onlara heçnə deməmişdir. İddiaçı həmin torpaq sahəsini icarəyə götürərkən onlar bu barədə xəbərdar olunmamışdırlar. Torpaqdan istifadəyə görə iddiaçıya heç bir ziyan dəyməmişdir. Əksinə həmin torpağa qulluq etmişdirlər, əkib becərirdilər. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X19, X13, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Sədrəddin oğlu, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğlu, Cavabdeh13, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 Əhliman oğlu Cavabdeh1 izahatına uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə mülki iş üzrə Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehlər Cavabdeh3 Mehdi oğluna, Cavabdeh5 Əlsa oğluna, Cavabdeh14, X10 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər; 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər; 706.3-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər; 706.4-ci maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək, hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.98 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabında 16 nömrəli vərəqəsində qeydiyyata alınmışdır (mülkiyyətçi Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətidir). İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A№ 739229 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22in 15 avqust 2023-cü il tarixli, 3-21-3- 42/2-3844/2023 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X22 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 24 iyul 2023-cü il tarixdə Qəbələ rayonu, Bayramkoxalı kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndində yerləşən 14,9734 ha torpaq sahəsinin hüdudları müəyyən edildi. 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndində yerləşən 14,9734 ha torpaq sahəsi cavabdehlər tərəfindən aşağıdakı qaydada naturada istifadə edilir: X7 - 0,1391 ha; Cavabdeh8 Sədrəddin oğlu - 0,9637 ha; X3 - 0,9637 ha; Nümayəndə - 1,5972 ha; X2 - 0,9854 ha; Cavabdeh5 Əlsa oğlu - 0,8795 ha; X13 - 0,9857 ha; Cavabdeh3 Mehdi oğlu - 1,3104 ha; Cavabdeh15 - 0,8586 ha; Cavabdeh11 Səftər oğlu - 1,1164 ha; Cavabdeh9 Maarif oğlu - 1,1163 ha; Cavabdeh18 Əhliman oğlu - 1,1969 ha; Cavabdeh13 - 1,2347 ha; Cavabdeh17 - 0,9258 ha; X17 - 0,0469 ha; Cavabdeh1 - 0,0399 ha; Cavabdeh10 - 0,3179 ha; Cavabdeh16 - 0,2145 ha. **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndində yerləşən 14,9734 ha torpaq sahəsinin 0,0808 ha hissəsi isə ümumi istifadədə olan torpaqlara düşür. 3.Cavabdehlər tərəfindən faktiki naturada istifadə edilən torpaq sahələri metal tor hasar və kol çəpərlə bağlanmışdır. Torpaq sahələrində hər hansı bir tikili yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7628 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.9734 ha torpaq sahəsinin hüdudları müəyyən edildi. 2.Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.9734 ha torpaq sahəsi cavabdehlər tərəfindən aşağıdakı qaydada naturada istifadə edilir: X7 - 0.1391 ha, Cavabdeh8 Sədrəddin oğlu - 0.9637 ha, X3 - 0.9637ha, Nümayəndə - 1.5972 ha, X2 - 0.9854 ha, Cavabdeh5 Əlsa oğlu - 0.8795ha, X13 - 0.9857ha, Cavabdeh3 Mehdi oğlu - 1.3104ha, X20 - 0.8586ha, Cavabdeh11 Səftər oğlu - 1.1164ha, Cavabdeh9 Maarif oğlu - 1.1163ha, Cavabdeh18 Əhliman oğlu - 1.1969 ha, X5 - 1.2347ha, Cavabdeh17 - 0.9258ha, Cavabdeh10 - 0.3179ha, Cavabdeh16 – 0.2145ha, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.9734 ha torpaq sahəsinin 0.0808 ha hissəsi isə ümumi istifadədə olan torpaqlara düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.98 ha torpaq sahəsi icra hakimiyyəti və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə beş il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı icarəyə verilmişdir. Həmin torpaq sahəsindən iddiaçı lazımi qaydada istifadə edə bilmədiyinə görə cavabdehlərə qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, icarəyə verilmiş Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.98 ha torpaq sahəsindən cavabdehlərin və onların tapşırıq və icazəsi ilə yerləşdirilmiş başqa şəxslərin çıxarılmasını və torpaq sahəsinin ona təhvil verilməsini, cavabdehlərin hər birindən 1000 manat əldən çıxmış faydanın və dövlər rüsumunun tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdehlər isə iddianı qəbul etməyərək, mübahisəli torpaq sahəsini bələdiyyədən əvvəlki illərdə icarəyə götürdüklərini, icarə vaxtının nə vaxt bitdiyini bilmədiklərini, həmin torpaq sahəsini yenidən icarəyə götürmək istədiklərini və iddiaçıya heç bir ziyan vurmadıqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının icarəsində olan mübahisəli torpaq sahəsinin bir qismi cavabdehlər Cavabdeh8 Sədrəddin oğlunun, Cavabdeh5 Əlsa oğlunun, X6, Cavabdeh3 Mehdi oğlunun, Cavabdeh15, Cavabdeh11 Səftər oğlunun, Cavabdeh9, Cavabdeh18 Əhliman oğlunun, Cavabdeh13, Cavabdeh17, Cavabdeh10 və Cavabdeh16 istifadəsində olması mütəxəssis rəyi və məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan cavabdehlərə qarşı iddia ərizəsi “torpaq sahəsindən çıxarılması” hissəsində təmin edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndində yerləşən 14.98 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh8 Sədrəddin oğlu - 0.9637 ha hissəsindən, Cavabdeh5 Əlsa oğlu - 0.8795 ha hissəsindən, X13 - 0.9857 ha hissəsindən, Cavabdeh3 Mehdi oğlu - 1.3104 ha hissəsindən, Cavabdeh15 - 0.8586 ha hissəsindən, Cavabdeh11 Səftər oğlu - 1.1164 ha hissəsindən, Cavabdeh9 - 1.1163 ha hissəsindən, Cavabdeh18 Əhliman oğlu - 1.1969 ha hissəsindən, Cavabdeh13 - 1.2347 ha hissəsindən, Cavabdeh17 - 0.9258 ha hissəsindən, Cavabdeh10 - 0.3179 ha hissəsindən və Cavabdeh16 – 0.2145 ha hissəsindən çıxarılmalıdır. Bundan başqa, məhkəmə iddianın “cavabdehlərin tapşırıq və icazəsi ilə yerləşdirilmiş başqa şəxslərin çıxarılması və torpaq sahəsinin təhvil verilməsi, cavabdehlərin hər birindən 1000 manat əldən çıxmış faydanın tutularaq ona ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü məhkəməyə təqdim etməmişdir. Ona görə iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçılarının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri, yəni iddia qismən təmin edilməli olduğundan iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndində yerləşən 14.98 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh8 Sədrəddin oğlu - 0.9637 ha hissəsindən, Cavabdeh5 Əlsa oğlu - 0.8795 ha hissəsindən, X13 - 0.9857 ha hissəsindən, Cavabdeh3 Mehdi oğlu - 1.3104 ha hissəsindən, Cavabdeh15 - 0.8586 ha hissəsindən, Cavabdeh11 Səftər oğlu - 1.1164 ha hissəsindən, Cavabdeh9 - 1.1163 ha hissəsindən, Cavabdeh18 Əhliman oğlu - 1.1969 ha hissəsindən, Cavabdeh13 - 1.2347 ha hissəsindən, Cavabdeh17 - 0.9258 ha hissəsindən, Cavabdeh10 - 0.3179 ha hissəsindən və Cavabdeh16 – 0.2145 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elman İsayev