Məhkəmə qərarları › İş №2(025)-1821/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1821/2021

08.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1821/2021 08.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qəbələ Regional Cavabdeh6ndə Notariat Ofisinə qarşı "miras əmləklardan payların müəyyən olunması" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qəbələ Regional Cavabdeh6ndə Notariat Ofisinə qarşı "miras əmləklardan payların müəyyən olunması" tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Abrıx kəndində yerlənən JN-89A nömrəli «Torpağa mülkiyyət hüququna dair» şəhadətnaməsi, JN- 89B nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnaməsi, JN-89C nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnaməsi uzrə torpaq sahəsinin X1 miras qalan əmlakların vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bərabər formada 1/6 hissədə payların bölünməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsininn verilməsinin Qəbələ Regional Cavabdeh6ndə Notariat Ofisinə həvalə edilməsi olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Lakin iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən iddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumunun ödənildiyini görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, iddia ərizəsinin forma və məzmununa əməl edilməmiş, iddianın əsası kimi istinad edilən və cavabdehlərə təqdim etmək üçün yazılı sübutların surətləri iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinin tələbinə görə məhkəməyə sübut kimi sənədlərin əsli və lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd edilən Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddia ərizəsi İddiaçı adından onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş olsa da, iddia ərizəsini imzalamış şəxsin (Vəkil) iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən hər hansı bir sənəd ərizəyə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisəni mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasıilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsinə əlavə olunmuş 03 aprel 2021-ci il tarixli AR-İİ№ 181667 saylı etibarnamədən görünür ki, iş üzrə İddiaçı müvafiq hərəkətləri həyata keçirməyi Vəkil etibar etmiş, lakin, etibarnamədə Azərbacan Respublikası MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan “iddia ərizəsinin imzalanması” xüsusi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Beləliklə yuxarıda göstərilən əsaslara istinad edərək hesab edirəm ki, iddanın əsası kimi istinad edilən sənədlər və cavabdehlərə təqdim etmək üçün sənədlərin surətləri təqdim olunmadığına, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyinə, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə və iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə iddia ərizəsinin icraata qəbul edilməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qəbələ Regional Cavabdeh6ndə Notariat Ofisinə qarşı "miras əmləklardan payların müəyyən olunması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar