Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-19/2024 11.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən mülkiyyətinə olunan qanunsuz hərəkətlərə son quyularaq onlara məxsus 50-100 metr uzunluğunda plastik borular özləri tərəfindən ona məxsus torpaq sahəsindən çıxarılsın və Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pulun alınaraq ona İddiaçı1 verilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Qəbələ rayonu, Nohurqışlaq kəndindəki 1.49 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsinin 3/2 hissəsi, fərdi yaşayış evi də daxil olmaqla onun İddiaçı1, torpaq sahəsinin 3/1 hissəsində bacısı X1 mülkiyyət hüquqları tanınmış və bu barədə onlara xx.xx.2015-ci il tarixində Seriya RX №0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Hal-hazırda yaşadıqları fərdi yaşayış evi və torpaq sahəsi valideynlərindən miras qalmaqla istifadələrindədir. Həmçinin bildirir ki, torpaq sahələrində 1976-cı il tarixindən istifadəyə verilmiş artezian quyusu istifadəyə verilmiş və hal-hazırda 150-200 ailə həmin artezian suyundan istifadə edirlər. 1996-cı il tarixində aparılan islahat komissiyasının qərarı ilə həmin artezian quyusu valideyinlərinə əmlak payı kimi verilmiş, eyni zamanda həmin tarixdə torpaq islahatı zamanı artezian quyusunun yerləşdiyi torpaq sahəsi valideynlərinin xüsusi mülkiyyətinə verilmişdir. Valideynlərindən miras qalmış torpaq sahəsi və üzərində olan arteziana qulluq göstərmiş, istismara yararlı vəziyyətdə saxlamış, 2007-ci il tarixində 30 tonluq su çəni də qoymuş və dəmir boru xətlərini təmir etmişdir. Hazırda da, artezian quyusunun su mühərriki, sayğacı və digər hissələri işlək vəziyyətdədir və bütün bunları işlək vəziyyətdə saxlamaqdan ötrü xərclər tələb olunur ki, ona görə də hər ay olmaqla istifadəçilərdən müəyyən məbləğdə pul toplayır. Bütün bunlara baxmayaraq bir neçə nəfər kənd sakini əsassız və haqsız olaraq dəfələrlə ondan yuxarı orqanlara Rayon İcra Hakimiyyətinə şikayətlər etmişlər. Hətta ötən ilin axırlarında Cavabdeh1 ARsı DİN-nin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etmişdir. Lakin Qəbələ RPŞ-də araşdırma nəticəsində Cavabdeh1 şikayəti öz təsdiqini tapmamışdır onun qanunsuz hərəkətləri (yersiz təhqirləri, hədə-qorxuları, mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla etdiyi özbaşınalıqlar və s.) nəticəsində ona maddi və mənəvi olaraq zərər dəymiş, səhhətində pozğunluqlar yaranmış, dəfələrlə həkim müayinəsində olmuş, psixoloji müalicə almışdır. Ona görə də cavabdehin nəlayiq hərəkəti nəticəsində ona mənəvi zərər dəymiş və zərərin məbləğini 1.000 manat dəyərləndirir. Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı kəsildiyindən 20 ildən artıqdır ki, torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarıılması mümkün deyildir və qurayaraq məhv olur. Onlar dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan su arxının qarşısında olan müneənin götürülməsinin tələb etsələr də o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Həmçinin, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 əsassız olaraq Rayon İcra Hakimiyyətinə şikayət etmiş və cavabdehlər mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkmişlər. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə son qoyulmasını nəzərlərinə çatdıraraq xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddia tələblərini müdafiə edərək, məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qəbul etməyərək, bildirmişdir ki, İddiaçı1 bir dəfə polisə şikayət etmişdir. Polisin araşdırması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı hesab edir ki, heç bir qanunsuz hərəkət etməmiş, hüquq–mühafizə orqanlarına müraciət və ya şikayət etmək hər bir vətəndaşın hüququdur. İddiaçı1 isə 1978-ci ildən qazılmış su quyusundan istifadə etməyə maneçilik yaradır. Hər ay ona özü və digər kənd sakinləri pul versələr də, yenə də könlü istədikdə suyu kəsir və ya istifadə etməkdən şərait yaradır. Nurəddinin bu hərəkətləri kənd sakinləri arasında böyük narazılıqlara səbəb olur. Şəxsən özü Nurəddinə heç bir mənəvi ziyan vurulmamış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sonda isə məhkəmədən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh7 iddia tələblərini qəbul etməmiş, Cavabdeh1 izahatına uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1.49 ha torpaq sahəsi üzərində İddiaçı1 fərdi ev tam, torpaq 2/3 hissə və X1 torpaq 1/3 hissə üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabında 72 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsi tərəfindən İddiaçı2 ünvanlanmış cavab məktubundan görünür ki, ərizə və izahatında göstərdiyi xüsusatlarla bağlı mülkü qaydada məhkəmə orqanlarına və Nohurqışlaq kənd bələdiyyəsinə, ona məxsus torpaq sahəsində keçən elektrik naqillərin və dirəklərin yararsız olması ilə bağlı Qəbələ rayon X2 Təchizatı İdarəsinə müraciət etməyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən İddiaçı2 ünvanlanmış cavab məktubundan görünür ki, pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı Qəbələ Rayon Məhkəməsinə müraciət edilməsi izah edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X4 İdarəsinin 27 dekabr 2023-cü il tarixli 190 nömrəli cavab məktubundan görünür ki, Nohurqışlaq kəndində yerləşən 20/46 №-li subartezian quyusu 1978-ci ildə qazılmış, 150 m dərinliyində, 10 m ölçüdə, dövlət balansında olan X4 İdarəsinin balansında olan subartezian quyusudur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 29 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-4082/2023 saylı mütəxəssis rəyindən görünür ki, 06 iyun 2023-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.20215-ciil qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1,49 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Mübahisə predmeti oian artezian su quyusu **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsində yerləşir. Həmin artezian su quyusundan çəkilən plastik boruları **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsininn üzərindən çəkilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7748 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.20215-ciil qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən verilmiş Qəbələ rayonu,Nohurqışlaq kəndində yerləşən 1,49 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Mübahisə predmeti oian artezian su quyusu **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsində yerləşir. Həmin artezian su quyusundan çəkilən plastik boruları **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsininn üzərindən çəkilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********92-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1.49 ha torpaq sahəsi üzərində İddiaçı1 fərdi ev tam, torpaq 2/3 hissə və X1 torpaq 1/3 hissə üzrə mülkiyyət hüquqları vardır. Həmin Çıxarışa əsasən İddiaçı2 mülkiyyət hüququ qeydə alınmamışdır. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə olunan qanunsuz hərəkətlərə son quyulmasını, 50-100 metr uzunluğunda plastik boruların ona məxsus torpaq sahəsindən çıxarılmasını və Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pulun alınaraq İddiaçı1 verilməsini tələb edir. Cavabdehlər isə mübahisəli torpaq sahəsinə qanunsuz olaraq hərəkət etmədiklərini, iddiaçılara hər hansı bir mənəvi zərərin yetirmədiyini bildirmişlər. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən 20/46 №-li subartezian quyusu 1978-ci ildə qazılmış və hal-hazıradək dövlət balansında - X4 İdarəsinin balansındadır. Həmin quyudan çıxan sudan quyu qazılan gündən (torpaq sahəsi kolxozun mülkiyyətində olan vaxtından) həm cavabdehlər, həmdə bütün kənd əhalisi istifadə edir. Məhkəmə iddianın “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən mülkiyyətinə olunan qanunsuz hərəkətlərə son quyularaq, 50-100 metr uzunluğunda plastik borular özləri tərəfindən ona məxsus torpaq sahəsindən çıxarılmasının” tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü məhkəməyə təqdim etməmişlər. Bundan başqa, işin faktiki hallarından təsdiq olundu ki, mübahisəli torpaq sahəsi İddiaçı1 və X1 paylı mülkiyyətindədir. Mülki işin materiallarında İddiaçı2 mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı2 onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, İddiaçı2 irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və, ümumiyyətlə, onun hazırki iş üzrə bu cür iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən sübut yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçılar “Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pulun alınaraq İddiaçı1 xeyrinə tutulması” barədə cavabdehlərə qarşı tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə iddianın “Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pul tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçılar Cavabdeh1 tərəfindən onların qeyri-maddi nemətlərə aid mənəvi sarsıntı və iztirabla nəticələnən zərərin vurulmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçılarının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçılarının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı1 aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-19/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-19/2024
11.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver