Məhkəmə qərarları › İş №2(025)-1962/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1962/2021

24.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1962/2021 24.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi,İddiaçı, Cavabdeh direktoruX4nın vəmaraqlı şəxs Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə, maraqlı şəxslər Qəbələ rayonu Təhsil şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X3rşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə, maraqlı şəxslər Qəbələ rayonu Təhsil şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X3rşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn direktorunun 13 oktyabr 2021-ci il tarixli 08 saylı işdən azad edilməsi haqqında əmrinin ləğv edilməsinə və əvvəlki fizika müəllimi işinə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehn direktoru Rəsmiyyə İslamovaya, qismən ödənişli analıq məzuniyyətdən əsas işə qayıtmaq xahişi ilə müraciət ünvanlamışdır. Müraciyyətdə qismən ödənişli analıq məzuniyyəti 13 oktyabr 2021-ci il tarixlində başa çatdığını amma dərs ilinin əvvəlindən işə çıxmaq istədiyini və dərs bölgüsündə onun dərsini də nəzərə almasını xahiş etmişdir. Ərizəyə cavab olaraq, cavabdeh bildirilmişdir ki, o əsas işə qayıda bilməz və qismən ödənişli analıq məzuniyyəti başa çatdıqdan sonra işdən azad olunacaq. Buna əsas kimi də Azərbaycan Respubilikası Təhsil Nazirliyi 2012-ci il tarixindən sonra işə qəbul edilmiş müəllimlərin, müddətsiz müqavilə ilə işləyən müəllim kimi hesab etmədiyi göstərilmişdir. Qismən ödənişli analıq məzuniyyətim 13 oktyabr 2021-ci il tarixində başa çatdıqdan sonra cavabdeh tərəfindən işə buraxılmadım və cavabdeh Çarxana kənd tam orta məktəbin direktorunun 13 oktyabr 2021-ci il tarixli 08 saylı əmri ilə işdən azad edildi. Cavabdeh Çarxana kənd tam orta məktəbin direktorunun onun əsas işə qayıtmağına icazə verməməsi və 13 oktyabr 2021-ci il tarixli 08 saylı işdən azad edilməsi barədəki əmri tam qanunsuz və əsassızdır. Belə ki, o, cavabdeh Çarxana kənd tam orta məktəbin direktorunun 01 oktyabr 2013-cü il tarixli 08 saylı əmri ilə Çarxana kənd tam orta məktəbində müddətsiz müqavilə ilə fizika müəllimi kimi işə başlamışdır. 2017-ci ildə Çarxana kənd tam orta məktəbin direktoru ona müəllimlərin işə qəbulu imtahanında iştirak etmək lazım olduğu dedi. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etdi və keçid balını topladı. Bundan sonra ona yenidən dərs verildi. 2018-ci il sentyabr ayında hamiləlik və doğuşa görə analıq məzuniyyətinə çıxmışdır. Hamiləlik və doğuşa görə əsas analıq məzuniyyəti başa çatdıqdan sonra yeni doğulmuş uşağı xəstə olduğuna görə ərizə yazaraq qismən ödənişli analıq məzuniyyətinə çıxdı. Analıq məzuniyyətindən 01 sentyabr 2021-ci il tarixində işə qayıtmaq istədiyi haqqında Çarxana kənd tam orta məktəbinə ərizə verdikdən sonra isə cavabdeh tərəfindən ona işə qayıda bilməyəcəyi və qismən ödənişli analıq məzuniyyəti başa çatdıqdan sonra işdən azad olunacağı barədə cavab verildi. Bütün bunlardan sonra öz qanuni hüquqlarını qorumaq ücün Qəbələ rayon üzrə Mediasiya Şurası X1 müraciyyət etdi. 01 noyabr 2021-ci ildə Cavabdehn direktoru ilə aralarında Mediator vasitəsi ilə barışıq sazişi imzalandı. Barışıq sazişində cavabdeh öhdəsinə götürdü ki, onu işə buraxacaq və 7 (yeddi) saat dərs yükü ilə təmin edəcək. Buna baxmayaraq cavabdeh tərəfindən barışığın şərtləri pozuldu işə buraxılmadı və Çarxana kənd tam orta məktəbin direktorunun 13 oktyabr 2021-ci il tarixli 08 saylı işdən azad olunmağı haqında əmri ləğv edilmədi. Məhkəmənin təşəbbüsü ilə Qəbələ rayonu Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi maraqlı şəxs kimi cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh direktoru X4 məhkəmə iclasında iddianı qismən qəbul edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 01 oktyabr 2013-cü il tarixdə Cavabdehndə ixtisasi üzrə fizika müəllimi kimi işə qəbul edilmiş 14 iyun 2017-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti bittdiyi üçün xitam verilmişdir. 19 Dekabr 2018-ci ildən 24 nömrəli əmrlə İddiaçıPedogoji kadrların işə qəbulu ilə bağlı keçirilən “Müəllimlərin işə qəbulu imtahanında vakant yerə müvafiq keçid balı topladığı üçün Çarxana kənd tam orta məktəbinə ixtisasi üzrə fizika müəllimi təyin olunmuşdur, 01 iyun 2019-cu ildə İddiaçı 13.10.2021-ci il tarixə qədər uşaqa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır.Azərbaycan Respubilikası Təhsil Nazirliyi 2012-ci il tarixindən sonra işə qəbul edilmiş müəllimlərin, müddətsiz müqavilə ilə işləyən müəllim kimi hesab etmədiyindən 13 oktyabr 2021-cı il tarixli, 08 nömrəli əmrlə İddiaçı məzuniyyəti 13 oktyabr 2021-cı il tarixdə bitdiyi üçün işdən azad edilmişdir. Sonda isə iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X11 məhkəmə iclasında iddianı qismən qəbul edərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı 01 oktyabr 2013-cü il tarixdə Cavabdehndə ixtisasi üzrə fizika müəllimi kimi işə qəbul edilmiş və onunla əmək müqaviləsi əmək müqavilələrinin elektron reyestrində bağlanılmışdır. 14 iyun 2017-ci ildə iddiaçı ilə bağlanmiş əmək müqaviləsinə xitam verilmişdir. 19 Dekabr 2018-ci ildən 24 nömrəli əmrlə Çarxana kənd tam orta məktəbinə ixtisasi üzrə fizika müəllimi təyin olunmuşdur 01 iyun 2019-cu ildə İddiaçı 13.10.2021-ci il tarixə qədər uşaqa qulluqa görə güzəştli analiq məzuniyyətinə buraxılmışdır.13 oktyabr 2021-cı il tarixli, 08 nömrəli əmrlə İddiaçı məzuniyyəti 13 oktyabr 2021-cı il tarixdə bitdiyi üçün işdən azad edilmişdir. Sonda isə iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi Seymur Çələbiyev məhkəməyə yazılı məlumat ünvanlayaraq bildirmişdir ki,İddiaçı 01 oktyabr 2013-cü ildə 08 saylı əmrlə Elbrus Məmmədov adına Çarxana kənd tam orta məktəbinə ixtisasi üzrə fizika müəllimi təyin olunmuşdur. İddiaçı 14 iyun 2017-ci ildə 20 nömrəli əmirlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 19 Dekabr 2018-ci ildən 24 nömrəli əmrlə (əsas Təhsil nazirliyinin göndərişi) Elbrus Məmmədov adına Çarxana kənd tam orta məktəbinə ixtisasi üzrə fizika müəllimi təyin olunmuşdur 01 iyun 2019-cu ildə İddiaçı 01 iyun 2019-cu ildən 13.10.2021- ci il tarixə qədər (uşağin üç yaşi tatam olana qədər ) uşaqa qulluqa görə güzəştli analiq məzuniyyətinə buraxilmişdir. İddiaçı analıq məzuniyyətində olduğu üçün tarifləşmə cədvəlində verilmiş 6 dərs yükünün tədrisi müvəqqəti olaraq məktəbin digər müəllimə verilmişdir. 13 Oktyabr 2021-ci ildə 08 saylı əmirlə İddiaçı analıq məzuniyyəti başa çatdiği üçün işdən azad olunub və son hesab ödənilmişdir. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, 2018-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsAzərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş sərutindən görünür ki, o, Qəbələ rayonu Çarxana kənd tam orta məktəb direktorunun 19 dekabr 2018-ci il tarixli, 24 nömrəli əmri ilə həmin məktəbdə fizika müəllimi olaraq işə qəbul olunmuşdur. Həmçinin 13 oktyabr 2021-ci il tarixli, 08 nömrəli əmrlə qismən haqqı ödənilən analıq məzuiyyətinin vaxtı bitdiyi üçün işdən azad olunmuşdur. İş materiallarında olan Cavabdeh direktorunun 01 oktyabr 2013-cü il tarixli 08 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı ehtiyaca görə 01 oktyabr 2013-cü il tarixdən ərizəsinə əsasən məktəbdə fizika dərslərinin tədrisinə icazə verilmişdir. İş materiallarında olan Əmək müqaviləsi Bildirişindən görünür ki, Hacıyeva X5 tam orta məktəbində ixtisasi üzrə fizika müəllimi işinə qəbul edilmiş və onunla elektron əmək müqaviləsi əmək müqavilələrinin elektron reyesterində bağlanılmışdır. İşdə olan, işəgötürən Cavabdehn direktoru R.İslamovanın 14 iyun 2017-ci il tarixli 20 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı – məktəbin fizika müəllimi onuna bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün 14 iyun 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh direktorunun 19 dekabr 2018-ci il tarixli 24 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçıPedogoji kadrların işə qəbulu ilə bağlı keçirilən “Müəllimlərin işə qəbulu imtahanında vakant yerə müvafiq keçid balı topladığı üçün Çarxana kənd tam orta məktəbinə müddətli müqavilə ilə fizika müəllimi götürülmüşdür. İş materiallarında olan Cavabdeh direktorunun 27 may 2019-cu il tarixli 40 saylı əmrindən görünür ki, İddiaçı yeni doğulmuş körpəsi X7 3 (üç) yaşı tamam olana qədər qulluq emək üçün 01.06.2019-cu il tarixdən 12.10.2021-ci il tarixinədək qismən ödənişli sosial məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Cavabdehn direktorunun 13 oktyabr 2021-cı il tarixli, 08 nömrəli əmrdən görünür ki, məktəbin qismən haqqı ödənilən analıq məzuiyyətində olan fizika müəlliməsi İddiaçı məzuniyyəti 13 oktyabr 2021-cı il tarixdə bitdiyi üçün işdən azad edilmişdir. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli olmasına baxmayaraq işəgötürən işçini 13.10.2021-cı il tarixdə “analıq məzuniyyətinin bitməsi” əsası ilə işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir, əmək müqaviləsinə xitam verilən işçiyə qanunda nəzərdə tutulduğu qaydada son haqq-hesab ödənilir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Qəbələ rayonu Çarxana kənd tam orta məktəb direktorunun 19 dekabr 2018-ci il tarixli 24 nömrəli əmri ilə həmin məktəbdə fizika müəllimi götürülmüş və ixtisasına uyğun olaraq müəllim olaraq işə qəbul olunmuşdur. Onunla işəgötürən arasında müddətli əmək müqaviləsi imzalanmışdır. Cavabdehn direktorunun 27 may 2019-cu il tarixli 40 əmri ilə İddiaçı 01.06.2019-cu il tarixdən 12.10.2021-ci il tarixinədək qismən ödənişli sosial məzuniyyətinə buraxılmışdır.Cavabdehn direktorunun 13 oktyabr 2021-cı il tarixli, 08 nömrəli əmri ilə məktəbdə fizika müəllimi işləyən İddiaçı məzuniyyəti 13 oktyabr 2021-cı il tarixdə bitdiyi üçün həmin tarixdən işdən azad edilmişdir. O, işdən çıxarılan zaman əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulmuş, müddətli əmək müqaviləsinə birtərəfli olaraq vaxtından əvvəl, əsaslı bir səbəb göstərilmədən xitam verilmişdir. Məktəb direktoru Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozaraq tərtib etdiyi əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslarını qeyd etməmiş, həmin maddədə qeyd olunan normalara və məzmuna riayət etmədən əmr hazırlamış, işçinin əmək qanunveriliciliyinin hansı maddəsinə, bəndinə istinadən işdən çıxarılmasını göstərməmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. İşəgötürən əmək qanunvericiliyinin yuxarıda sadalanan hüquq normalarının tələblərini də pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Bu zaman iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) təqdim edilməmişdir. İddiaçı işdən çıxırıldığı barədə məlumat aldıqdan sonra cavabdehə rəsmi müraciət etmiş və bundan sonra ona əmrin surəti təqdim olunmuşdur. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri poulduğundan, həmin əmrin verilməsinin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində onun işdən çıxarılması nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının alınması barədə iddiada heç bir tələb qoymamışdır. Buna görə qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə ehtiyac olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayon Çarxana kənd tam orta məktəbinin İddiaçı işdən azad olunması barədə 13 oktyabr 2021-ci il tarixli, 08 nömrəli əmri ləğv edilməli, İddiaçı Qəbələ rayon Çarxana kənd tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayon Çarxana kənd tamorta məktəbinin İddiaçı işdən azad olunması barədə 13 oktyabr 2021-ci il tarixli, 08 nömrəli əmri ləğv edilsin. İddiaçı Qəbələ rayon Çarxana kənd tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar