Məhkəmə qərarları › İş №2(025)-2/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-2/2021

23.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-2/2021 23.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Nəriman oğlu, Cavabdeh1, Cavabdeh4 Bənyaz oğlu, Cavabdeh5 Bənyaz oğlu, Cavabdeh3 qarşı «mülkiyyətdə olan torpaq sahəsinə və həmin torpaq sahəsində mülkiyyətində olan fərdi yaşayış evindən istifadənin məhdudlaşdırılmanın aradan qaldırılması və müdaxilələrə son qoyulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Nəriman oğlu, Cavabdeh1, Cavabdeh4 Bənyaz oğlu, Cavabdeh5 Bənyaz oğlu, Cavabdeh3 qarşı «mülkiyyətdə olan torpaq sahəsinə və həmin torpaq sahəsində mülkiyyətində olan fərdi yaşayış evindən istifadənin məhdudlaşdırılmanın aradan qaldırılması və müdaxilələrə son qoyulması» tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüququ ilə ona məxsus olan, Qəbələ şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmaq üçün ümumi istifadədə olan yolun cavabdehlər tərəfəndən tutularaq zəbt edilməsinin aradan şaldırılması və həmin torpaq sahəsi və yaşayış evinə daxil olmaq üçün ümumi istifadədə olan yolun cavabdehlər tərəfindən dəmir qapının (darvazanın) və həmin qapının bərkidilməsi üçün müvafiq tikililərin cavabdehlərin hesabına sökülməsi yolun əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətindən maneəsiz istifadə və sahiblik etmək üçün ona düşən şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X7 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Qəbələ şəhərində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsi və yaşayış evinə giriş-çıxış yeganə yerdən olmaqla, ümumi istifadədə olan yoldan olmuşdur. Həmin yol cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə bitişik olmaqla, onun torpaq sahəsi ilə həmin yol cavabdehlər tərəfindən vaxtı ilə inşa edilmiş daş hasarla ayrılır. Qeyd edilən yoldan istifadə etməklə mülkiyyətində olan daşınmaz əmlakdan həm istifadə edir, həm də torpaq sahəsinə daxil olur. Ancaq bir müddət qabaq cavabdehlərdən X4 ona qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən torpaq sahəsindən çıxarılmağı, mülkiyyətində olan yaşayış evinin sökülməsi və s. tələblər barədə iddia qaldırmış (məhkəmə prosesləri dövründə müvafiq qaydada iddia tələbinin həcminin azaldıoması barədə ərizə də verilmişdir) və həmin iş üzrə ilikin və təkrar ekspertizalar təyin edilərək, onun tərəfindən cavabdehin hansısa torpağını zəbt etmədiyi müəyyən edilmişdir. Bundan sonra izrə üçüncü dəfə ekspertiza təyin olunmuş və yekun ekspert rəyində onun tərəfindən X2 məxsus torpaq sahəsinin 0,039 ha hissəsinin hasara alınaraq zəbt edildiyi, zəbt olunan torpaq sahəsinin 0,0090 ha hissəsinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, qalan 0,03 ha hissəsinin isə hasara alınaraq zəbt olunduğu qeyd edilmişdir. Həmçinin, ekpert rəyindən X1 torpaq sahəsinin 0,0086 ha hissəsinin sonuncunun qardaşı X3 istifadəsində olduğu qeyd olunmuşdur. Məhz bu əsaslarla çıxış edən Qəbələ Rayon Məhkəməsi həmin iş üzrə iddiaçı X1 iddiasının təmin edilməsi barədə xx.xx.2017-ci il tarixli 2(025)-02/2017 nömrəli qətnamə qəbul edərək, iddiasını qismən təmin etmişdir. Apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-8078/2017 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Hazırda iş üzrə xx.xx.2018-ci il tarixdə komissiyon ekspertiza ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilmiş və işin icraatı bu səbəbdən dayandırılmışdır. Cavabdehlər vaxtılə Qəbələ Rayon Məhkəməsində məhkəmə prosesləri davam etdiyi vaxtlarda ekspertiza tərəfindən verilmiş 3-cü rəydə olan məqamlardan istifadə edərək, mülkiyyətinə yeganə giriş olan və ümumi istifadədə olan həyət yolunu qəsdən və heç bir hüquqi əsas olmadan bağlamışlar. Bunun nəticəsində, cavabdehlər tərəfindən özbaşına torpaq sahəsi zəbt edilməklə yanaşı, onun mülkiyyətindən normal istifadə etməsinin qarşısı alınmış və bununla bağlı mülkiyyətindən tamamilə məhrum olmuşdur. Çünki, cavabdehlər qeyd edilən ekspert rəyinə uyğun hərəkət edərək, torpaq zəbt etməsi və habelə digər iddiaçı Gülçin Seyidovaya məxsus olan torpaq sahəsini zəbt etmələri, sonuncuya məxsus olan daş hasarın sökülməsini də həyata keçirmişlər. Bütün bunlar cavabdehlərin özbaşına və qanunsuz əməllərindən xəbər verir. Nəqədərki Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(025)-02/2017 nömrəli qətnaməsi qanuni qüvvəyə minməmiş və həmin qətnamənin icrası üçün müvafiq icra orqanlarına icra vərəqəsi verilməmişdir, həmin qətnamə üzrə hansısa özbaşına hərəkətlərin yerinə yetirilməsi qanunsuz olmaqla yanaşı, vurulmuş ziyana görə cinayət məsuliyyətini belə istisna etmir. Beləliklə, cavabdehlərin qeyd olunan hərəkətləri qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməyə əsas olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunması və rəy alınadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia tələbini geri götürdüyünü bildirmiş, iddiaçı iddia tələbindən imtina etməklə hazırkı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin ərizədə göstərilmişdir ki, iddiaçının qonşu torpaq sahəsinin mülkiyyətçisi Osmanov Şahvələd arasında razılaşmaya əsasən, onun torpaq sahəsindən gediş-gəliş üçün torpaq sahəsi ayrılmışdır. Artıq iddiaçının öz torpaq sahəsinə və orada olan yaşayış evindən sərbəst istifadəsi üçün hər hansıbir maneə qalmamışdır. Odur ki, hazırki iddia tələbinin məhkəmə müstəvisində həll olunmasına zərurət yoxdur. Bu səbəbdən iddiaçının iddia tələbindən imtina edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş iddia tələbindən imtinanı qəbul edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin təqdim etdiyi ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. İddiaçının nümayəndəsinin və vəkilinin məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin və vəkilinin iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı cavabdehlər Cavabdeh2 Nəriman oğlu, Cavabdeh1, Cavabdeh4 Bənyaz oğlu, Cavabdeh5 Bənyaz oğlu, Cavabdeh3 qarşı «mülkiyyətdə olan torpaq sahəsinə və həmin torpaq sahəsində mülkiyyətində olan fərdi yaşayış evindən istifadənin məhdudlaşdırılmanın aradan qaldırılması və müdaxilələrə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 Nəriman oğlu, Cavabdeh1, Cavabdeh4 Bənyaz oğlu, Cavabdeh5 Bənyaz oğlu, Cavabdeh3 qarşı «mülkiyyətdə olan torpaq sahəsinə və həmin torpaq sahəsində mülkiyyətində olan fərdi yaşayış evindən istifadənin məhdudlaşdırılmanın aradan qaldırılması və müdaxilələrə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar