Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-20/2022 06.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol yerinin açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol yerinin açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol yerinin açılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı və JN-129İ saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,56 ha torpaq sahəsinə gediş-gəliş yolunun və cavabdehlər tərəfindən tutulmuş yol yerinin açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə ailə üzvlərinə 0.56 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gedən yol yerini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etmişlər, həmin torpaq sahəsinə gedən yolun açılması ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq onlar yol yerinin açmayacaqlarını birdaha bildirmişlər. Əlavə olaraq bir məsələni də nəzərə çatdırır ki, Cavabdeh1 onun qardaşıdır və o, Cavabdeh2 ilə nikahda olub sonra boşanıblar. Bundan sonra Cavabdeh2 məhkəməyə iddia ilə müraciət edərək onun payına düşən torpaq sahəsinin naturada ayrılıb verilməsini xahiş etmiş və iddia tələbi təmin edilmişdir. Belə olan halda həmin torpaq sahəsindən o, öz torpaq sahəsinə gedib-gələ bilmir. Belə ki, o, həmişə cavabdehlərə məxsus torpaq sahəsindən gedib-gəlirdi və yol yeri həmin ərazidən keçirdi. Hazırda həmin qətnaməyə əsasən torpağın yarısı qardaşına yarısı isə digər cavabdehə bölünmüşdür belə olan halda da onun öz torpağına gedən yol yeri bağlanmış sayılır. O, birinci qrup əlildir və onun da imtiyazları, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunlarla qorunan hüquququ var. 31 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında X4 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlər və o, heç bir yol yerini zəbt etməmişdir. İddiaçılar öz mülkiyyətində olan torpaq sahəsinə gedən yol təqdim etdiyi bölgü sxemində ətraflı göstərilmişdir. Torpaq sahələrinə gedən hər hansı bir başqa yol nəzərdə tutulmamışdır. Bacısı Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsini ona bağışlayıb. Həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququna dair ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********926 nömrəli Çıxarış verilmişdir. İddiaçıların hazırki iddia tələbi birbaşa onun mülkiyyət hüquqlarını pozur. Mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçınının “yol yerinin açılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, İş materiallarına əlavə edilmiş JN-129İ saylı, kod 40608028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına əsasən Qəbələ rayonu Daşlıca kəndində X1, Nümayəndə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ümumi birgə mülkiyyətinə 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********926 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, X2 Qəbələ rayonu, Daşlıca kəndində yerləşən 0.215 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in xx.xx.2022-ci il tarixli, **********04 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki İşin araşdırılması məqsədi ilə DƏDKR X7 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 15 mart 2022-ci il tarixdə Qəbələ rayonu Daşca kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır.Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmamışdır (yerquruluşu planı 1).
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi **********26 nömrəli çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş 0,215 hektar torpaq sahəsində yerləşir (yerquruluşu planı 2,3). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə Qəbələ rayonu Daşlıca kəndində yerləşən mübahisəli 0.56 ha torpaq sahəsi JN-129İ saylı, kod 40608028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəadətnaməyə əsasən X1, Nümayəndə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı və JN-129İ saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,56 ha torpaq sahəsinə gediş-gəliş yolunun və cavabdehlər tərəfindən tutulmuş yol yerinin açılmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Daşlıca kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin xüsusi mülkiyyətdə olduğunu göstərib, iddiaçılara məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair N-129İ saylı, kod 40608028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəadətnaməyə əsasən Qəbələ rayonu Daşlıca kəndi ərazisində yerləşən 0.56 ha torpaq sahəsinə gediş-gəliş yolunun və cavabdehlər tərəfindən tutulmuş yol yerinin açılması tələbi ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmadığı, eyni zamanda xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazinin **********26 nömrəli çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş 0,215 hektar torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğluna qarşı "yol yerinin açılması" tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ
İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol yerinin açılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elman İsayev