Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-21/2020 27.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaqla torpağın boşaldılması və torpaqdan istifadə olunmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılmaqla torpağın boşaldılması və torpaqdan istifadə olunmasına törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, JN-018F saylı (kod 406807048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,23 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 törətdiyi manelərə son qoyulması, cavabdehlərin torpaq sahəsindən məcburi qaydada çıxarılması ilə torpaq sahəsinin boşaldılaraq ona və ailə üzvlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X1 cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ərazisində Aqrar İslahat aparılan zaman JN-018F saylı (kod 406807048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə digər ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətlərinə verilmiş 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Buna baxmayaraq torpaq sahəsi mülkiyyətlərinə verilməklə rəsmiləşdiriləndən bu günə qədər həmin torpaqdan cavabdehlərin günahı ucbatından lazımı qaydada istifadə edə bilmirlər. Çünki, cavabdehlər torpaq sahəsinin əvvəldən onlara məxsus olduğunu əsas gətirməklə, kənarlarını bağlayaraq qanunsuz istifadə edirlər. Onlarla həmkəndli olmasına, hətta qohumluq əlaqələrinin olması baxmayaraq, torpağın rəsmi mülkiyyət sənədi ilə onu verilməsini dəfələrlə cavabdehlərə xatırlatmaqla torpağın boşaldılmasını və təhvil verilməsini tələb etmişdir. Lakin cavabdehlər bu cür tələblərinə məhəl qoymamış, mübahisəli torpaq sahəsini boşaltmamış, onu və digər mülkiyyətçiləri torpaqdan istifadə etməyə qoymamış və bu gündə də torpaqdan istifadə etməyə qoymurlar. Cavabdehlərlə bir ərazidə yaşamaqla həmkəndli olmasını və uzaq qohumluq əlaqələrinin olmasını nəzərə alaraq məhkəmədən kənar mübahisəni həll etməyə çalışmışdır. Lakin bütün bu cəhdləri nəticəsiz qaldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 28985 saylı rəyi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 316 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyləri ilə tanış olmuşdur. Rəylərdə də onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinin 0,0668 ha hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə, 0,1263 ha hissəsinin isə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşməsi müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, ünvan 1 kəndi ünvanında yerləşən 0,23 ha olan torpaq sahəsi İddiaçı, X5, X7, X8 və X6 məxsusudur. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Yenikənd kənd İƏD tərəfindən verilmiş 23aprel 2019-cu il tarixli, 159 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, **********63 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0.23 ha torpaq sahəsinin hüdudları müəyyən edilməsi mümkündür. Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0.23 ha torpaq sahəsinin 0,1086 ha torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 28985 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi İlkin Süleymanov və Urfan Qədirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0.23 ha torpaq sahəsinin hüdudları müəyyən edilməsi mümkündür. Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0.23 ha torpaq sahəsinin 0,1086 ha torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 315 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, ərazinin kompleks Yerquruluşu Xərtəsinə, Hüquqmüəyyənedici sənədlərə və JN-018F nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinin 0,0668 ha hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə, 0,1263 ha hissəsi isə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşür. Qalan 0,0369 ha hissə isə boş istifadə olunmayan əraziyə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, JN-018F saylı (kod 406807048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı, X5, X7, X8 və X4 mülkiyyətinə ünvan 1 kəndində 0,23 ha torpaq sahəsi verilmişdir. Lakin iddiaçı, həmin torpaq sahəsinin cavabdehlər tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 28985 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0.23 ha torpaq sahəsinin 0,1086 ha torpaq sahəsi Cavabdeh2 istifadəsində olması göstərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 315 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində İddiaçı mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinin 0,0668 ha hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə, 0,1263 ha hissəsinin isə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşməsi, qalan 0,0369 ha hissənin isə boş istifadə olunmayan əraziyə düşməsi göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehlərin torpaq sahəsi boşaldılmalarını tələb etmələri üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə və ekspert rəyləri ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 0,23 ha təşkil edir. Həmin torpaq sahəsinin 0,0668 ha hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə, 0,1263 ha hissəsinin isə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşdüyündən və həmin hissələlər cavabdehlər tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr qismən mövcud olduğundan iddia tələbi qismən əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, bir hissəsi cavabdehlər tərəfindən zəbt olunmaqla onlar tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı JN-018F nömrəli (kod:40807048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi çıxarılması tələbi qoysa da, ekspert İddiaçı mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinin 0,0668 ha hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə, 0,1263 ha hissəsinin isə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşməsi, qalan 0,0369 ha hissənin isə boş istifadə olunmayan əraziyə düşməsi müəyyən olunmuşdur. Ona görə də məhkəmə iddianı qismən əsaslı sayıb, onun qismən təmin olunması qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 91,40 (doxsan bir manat qırx qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-018F nömrəli (kod: 40807048) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ünvan 1 kəndində İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,23 ha həyətyanı torpaq sahəsinin 0,0668 ha hissəsindən Cavabdeh1, 0,1263 ha hissəsindən isə Cavabdeh2 məcburi qaydada çıxarılmalı, həmin torpaq sahələrindən cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmalı və cavabdehlər tərəfindən tutulmuş torpaq sahələri məcburi qaydada boşaldılaraq iddiaçıya geri qaytarılmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. JN-018F nömrəli (kod: 40807048) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ünvan 1 kəndində İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,23 ha həyətyanı torpaq sahəsinin 0,0668 ha hissəsindən Cavabdeh1, 0,1263 ha hissəsindən isə Cavabdeh2 məcburi qaydada çıxarılsın, həmin torpaq sahələrindən cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulsun və cavabdehlər tərəfindən tutulmuş torpaq sahələri məcburi qaydada boşaldılaraq iddiaçıya geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 91,40 (doxsan bir manat qırx qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-21/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-21/2020
27.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver