Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-227/2021 25.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxx 1927-ci il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində X1 və anası X3 olmaqla doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxx 1927-ci il tarixində Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuşdur. X1 və anası X3 olmuşdur. O, ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda onun doğumundan 93 il ötmüşdür. Atası və anası çoxdan ölmüşlər. O, doğum haqqında şəhadətnamənin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli, 05/Q-334/13 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri yoxlanılmış, lakin onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin Maraqlı şəxsndən ona məhkəmənin qətnaməsi olmadan doğumunun qeydə alınması mümkün olmadığını bildirmişlər. Qeyd etmək istəyir ki, ona doğum haqqında şəhadətnamə evin sənədləşməsi üçün lazımdır. Hazırda onun doğum haqqında şəhadətnamə olmadığından, müvafiq sənədin alınması mümkün deyildir. Onun doğum faktı ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsində öz əksini tapır. Odur ki, Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ rayon İHB-nın Şamlı kənd X9 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Şamlı kəndində yaşayır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1927-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, Qəbələ rayonu Şamlı kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05/Q-334/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X5”, ana adı “X3” kimi göstərilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 14/144-4600-1221 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayon, Şamılı kəndində qeydiyyatda olan, xx.xx.1927-ci il təvəllüdlü, Ərizəçi xx.xx.2005-ci il tarixində Qəbələ RPŞ-nin QŞVQ-si tərəfindən AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Lakin 5 (beş) il tamam olduğundan Ərizə-anket məlumatları Qəbələ RPŞdə xüsusi komissiya tərəfindən məhv edildiyindən, vət. Ərizəçi verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin tərəflərindən təqdim edilməsi qeyri mümkündür. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş “X10”ndan görünür ki, Ərizəçi xx.xx.1927-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə görə isə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən müəyyən olundu ki, Ərizəçi xx xxx 1927-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuşdur. X1, anası X2r. Lakin Ərizəçi ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1927-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulması, atasının X5, anasının X3 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-227/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-227/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver