Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-232/2024 05.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa olunma və buraxılan iş günləri üçün əmək haqqının hesablanması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, X-23/113 saylı Əmrini ləğv edilərək İddiaçı X18 Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 müdiri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh X18 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2022-ci il dekabrın 5-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarına əsasən X18 MMC-də İR şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilmiş, lakin həmin gündən bu günə kimi zavod rəhbərliyi onu zavodun ərazisinə buraxmamışdır. Zavodun işlək olmayan giriş qapısında ona işləmək üçün yararsız bir otaq ayırmış, orada oturacağını bildirmişlər. Onu hətta zavodun yeməkxanasına da buraxmamışlar. Ona həmin yerdə 8 saat oturmasına görə maaş verilmiş, lakin vəzifə öhdəliklərini və səlahiyyətlərini icra etməyə imkan verilməmişdir. Bu barədə dəfələrlə zavodun rəhbərlərinə və baş ofisə müraciət etsə də, sorğuları cavabsız qalmışdır. Bu il noyabrın 7-də baş ofisin nümayəndələri onun otağına gələrək yeni mülkiyyətçinin onunla işləmək istəmədiyini bildirmişlər və ona öz xahişi ilə işdən çıxıb getməyi təklif etmişlər. O, etiraz etdikdə ona Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "Ç" bəndinə əsasən işdən azad edilməyi barədə əmr təqdir etmişlər. Ona təqdim olunan əmrdə zavodun xx.xx.2023-cü il tarixdə yenidən qeydiyyatdan keçməsi barədə arayış verilmişdir. Əgər bu tarixi mülkiyyətçinin dəyişməsi kimi hesaba alınsa (hərçənd ki, zavodda mülkiyyətçi dəyişməsi olmayıb, təkcə təsisçi dəyişikliyi olub, bu da bundan xeyli əvvəl baş verib, hətta fevral ayında yeni direktoru da yeni təsisçi təyin edib) Noyabr ayında onu işdən çıxarmaq nə dərəcədə qanuna uyğundur? Bu məchuldur. Bundan başqa Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsində deyilir ki, Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Bildirmək iştəyir ki, X8 müdiri bilavasitə idarəetmədə iştirak edən vəzifə deyil. Kadrlar şöbəsinin müdiri sadəcə direktorun əmr və göstərişlərini icra edir, müstəqil heç nə həll etmir. Bütün bunları nəzərə alaraq, hesab edir ki, onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "C" bəndinə əsasən işdən azad edilməsi barədə əmr tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddia tələbi həmin əmrin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxma üçün ödəniləməyən əmək haqqımın ödənilməsi ilə bağlıdır. Bununla bağlı Mediasiya prosesinə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. O, işə qəbul olunduğu vaxt da Zavodun mülkiyyətçisi X18 Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, indi də həmin hüquqi şəxsdir. Yəni heç bir mülkiyyətçi dəyişikliyi olmamışdır. Təkcə iki il bundan qabaq eşitdiyi qədəri ilə X18 Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi dəyişmişdir. Bu durum zavodun mülkiyyətçi dəyişikliyi kimi hesab oluna bilməz. Məlum olduğu kimi o, sənəd üzərində İR-nin müdiri vəzifəsində çalışmışdır. Faktiki olaraq isə, onun heç bir vəzifəsi olmamışdır. Belə ki, məhkəmənin qətnaməsi ilə işə bərpa olunduğu üçün, işəgötürən həm məhkəməyə, həm də ona qarşı hörmətsizlik edərək ona faktiki olaraq heç bir iş verməmiş, sadəcə olaraq məhkəmə qətnaməsi icra etdiyini göstərmək üçün ona zavodun girişində bir yararsız otaqda oturmaq üçün yer vermiş, lakin heç bir İR işini ona həvalə etməmişdir. Belə olan halda necə olur ki, Əmək Məcəlləsinin 63-ci maddəsinin 2-ci bəndinə göstərilən "bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərindən" biri hesab olunur. Göründüyü kimi işə götürən burada da qanunvericiliyi kobud şəkildə pozub. Məqsədi nəyin bahasına olursa olsun onu işdən çıxarmaqdır. Bu isə qəbul edilməzdir. Bütün bunlardan məlum olduğu kimi onun işdən azad olunması ilə bağlı Əmr Əmək Məcəlləsinin imperativ tələblərinə uyğun deyil, bu səbəblə həmin Əmr ləğv olunaraq pozulmuş hüquqları bərpa olunmalıdır. İddiaya Etiraz: xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Özgür Demirkıran məhkəməyə elektron qaydada etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində "X18" MMC ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. İşçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə istinadən, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xitam verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli dövlət reyestrindən verilmiş çıxarışdan da görünür ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl "X18" MMC-nin təsisçisi dəyişmiş, "xxxx" MMC (Əvvəlki təsisçi "xxxx" MMC nizamnamə kapitalında mayalarının miqdarı -100%; Hazırki təsisçi "xxxx" MMC nizamnamə kapitalında mayalarının miqdarı -100% ) "X18" MMC-nin yeni təsisçisi təyin olunmuşdur. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Əmək müqaviləsinə yalnız müəssisənin yeni mülkiyyətçisinin iradəsinə əsasən xitam verilməsi və buna dair heç bir əsaslandırma aparmağa borclu olmaması qanunda nəzərdə tutulmuş müstəsna hüquqdur. Belə ki, qanunla mülkiyyətçinin bu hüquqdan istifadə etmək imkanı verilmiş vəzifələr bilavasitə müəssisənin işinin və maliyyə resurslarının idarə edilməsi ilə bağlıdır. Göstərilən vəzifələrin müəssisənin işinin təşkili, fəaliyyətinin effektivliyi, davamlılığı, mənfəətlilik səviyyəsi, işgüzar nüfuzu və s. hallar baxımından müəssisənin fəaliyyəti üçün əhəmiyyəti nəzərə alındıqda müəssisənin mülkiyyətçisinin belə müstəsna səlahiyyətə malik olması hüquqi baxımdan qəbul ediləndir. Həmçinin, mülkiyyətçinin həmin müəssisəyə sahib olmaqla çatmaq istədiyi məqsədlər baxımından müəssisənin fəaliyyəti üçün strateji hesab edilən, qeyd olunan vəzifələrə özünün etimad göstərdiyi, səriştəsinə, peşəkar bacarıqlarına inandığı şəxsləri təyin etməsi haqlı və məntiqlidir. İddiaçı özü də iddia ərizəsində təsisçi dəyişikliyi olduğunu bir daha ərizəsində qeyd edərək, etiraf etmişdir. Qeyd etmək istəyirlər ki, İddiaçı "X18" MMC-də X8 müdiri vəzifəsində çalışmışdır. O isə ərizəsində "X8 müdiri" vəzifəsini bilavasitə idarəetmədə iştirak edən vəzifə olmadığını bildirir. İdarəetmə birinci növbədə adamların, işçilərin fəaliyyətinin əlaqələndirilməsi və təşkilidir. Bu isə əmək ehtiyatlarından səmərəli istifadə olunması, insan amilinin nəzərə alınması, insan münasibətləri, əməyin təşkili, sosial inkişafı, əmək davranışı, kadr siyasəti, əmək bazarı kimi vacib problemləri əhatə edir. Heyətin idarəedilməsi istehsal, texniki-texnoloji sistemlərin idarə edilməsindən çətin və məsuliyyətli bir işdir, prosesdir. Heyətin idarə edilməsi ayrı-ayrı işçi kateqoriyaları ilə müəyyən prinsiplər, üsullar, səlahiyyətlər, funksiyalar çərçivəsində aparılan işlərin məcmusudur, sistemidir. Bu birinci növbədə firma və şirkətlərin kadr siyasəti ilə, yəni heyətin seçilməsi, qiymətləndirilməsi, yerləşdirilməsi, təlimatlandırılması ilə üzvi şəkildə bağlıdır. Nəticə etibarilə, əmək müqaviləsinə xitam verilməsində "X18" MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Odur ki, xx.xx.2023-cü il tarixli, X-23/113 saylı əmr əsaslıdır və onun ləğv edilməsi üçün hüquqi əsaslar yoxdu. Yuxarıda göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, İddiaçı xx.xx.2023-cü il tarixli, X-23/113 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbi barədə yazmış olduğu iddia, həmçinin iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Beləliklə, İddiaçı "X18" MMC-nə qarşı *xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbinə dair" iddia tələbi əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, əlavə olaraq izaharında göstərmişdir ki,o, 18 il kadrlar şöbəsinin müdiri olmuşdur. 2006-cı ildən bu vəzifədə çalışmışdır. Əmrdən yazılmış əsas heç cür işçinin işdən çıxarılması üçün əsas ola bilməz. Bu Əmək Məcəlləsinə tamamilə ziddir. Əmək Məcəlləsində işçinin işdən çıxarılması üçün olan əsaslar açıq-aydın göstərilmişdir. Deyirlər ki, mülkiyyətçi onunla işləmək istəmir. Cavabdeh tərəfin məhkəməyə verdiyi sənədlərdə bu barədə heç nə qeyd olunmamışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdə "xxxx" MMC-nin zavodun təsisçisi olduğu görünür. Mülkiyyətçi ilə təsisçi isə tamamilə fərqli şeylərdir. Etiraz məktubunda isə çox maraqlı bir şey yazılmışdır. Yazılmışdır ki, "xxxx" MMC bu müəssisənin təsisçisi təyin edilib. Kimin tərəfindən təyin edildiyi qeyd olunmamışdır. Onu işdən çıxarmaq istəyən "xxxx" MMC-nin direktoru Fuad Babayevdir. "xxxx" MMC Bakı şəhərində yerləşən bir şirkətdir və Cavabdeh MMC-nin təsisçisidir. Ona gətirib bu əmri vermişlər və ona demişlər ki, işdən çıxırsan. Onlar onu 11 ay zavoda məhkəmənin qərarına əsasən buraxmamışlar. Bütün bunları Fuad Babayev etmişdir. Dəfələrlə ona müraciət etmişdir. Ancaq o,həmin adamı tanımır, heç qarşılaşmamışlar. O zavodun mülkiyyətçisi “Paşa Holding”dir. Fuad Babayevin qəbuluna getmiş, onu qəbul etməmişdir. İki dəfə zavoda gəlmiş, xahiş eləmiş ki,onu görüşdürsünlər, ancaq görüşdürməmişlər. O, Fuad müəllimə yazmış ki, bu deyəsən kiminsə sifarişidir, bundan sonra adamlarını göndərmiş, onu işdən çıxartmışdır. Onun üçün zavodun qapısından çöldə bir otaq ayırıb demişlər ki, “otur burda və aylıq əmək haqqını al”. Zavodun qapısından içəri onu buraxmamışlar. Ayırdıqları otağın isə heç bir şəraiti olmamışdır.Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə təqdim etdikləri etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, vətəndaş İddiaçı cavabdeh "X18" MMC-yə qarşı işə bərpa və pul tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edirlər ki, vətəndaşın əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə daxil olmuş və tərəflərindən araşdırılmışdır. Qeyd olunan müraciətlə bağlı "X18" MMC-yə sorğu məktubu göndərilmiş, həmçinin vətəndaş iş üzrə izahatını təqdim etmişdir. Təqdim edilmiş sənədlər və izahatlara əsasən vətəndaşa müvafiq cavab məktubu göndərilmişdir. Belə ki, "X18" MMC-dən daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, o, xx.xx.2022-ci il tarixli D-22/57 nömrəli əmrlə X8 müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada müddətsiz əmək müqaviləsi bağlanılaraq Əmək və X12 qeydiyyata alınmışdır. Müəssisə üzrə verilmiş xx.xx.2023-cü il tarixli X-23/113 nömrəli əmrlə onunla bağlanılmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "ç" bəndinin tələbinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmişdir. İşdən azad edilərkən ona hesablanmış 6875,49 manat son haqq-hesabı xx.xx.2023-cü il tarixdə bankda olan əmək haqqı hesabına köçürülmüşdür. İddiaçı əsassız işdən azad edilməyi iddiası ilə bağlı qeyd edirlər ki, müəssisə tərəfindən təqdim edilən vergi orqanlarından alınmış çıxarışlara əsasən "X18" MMC-nin təsisçisi xx.xx.2023-cü il tarixdə dəyişilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci bəndinin tələbinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Qeyd olunanlara əsasən İddiaçı əmək müqaviləsinə müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə xitam verilmişdir. Ona lazımi əmək şəraitinin yaradılmaması iddiası ilə bağlı bildirir ki, "X18" MMC-nin xx.xx.2023-cü il tarixli 262/23 nömrəli məktubunda yeni rəhbərliyin və mülkiyyətçinin ona qarşı heç bir qərəzli mövqeyinin olmadığı, əmək haqqının vaxtında ödənildiyi, məzuniyyət hüququnun təmin edildiyi, iş otağı və lazımi avadanlıqlarla təmin edildiyi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək müqaviləsinə müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə xitam verilmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Cavabdeh MMC-nin direktorunun 07noyabr 2023-cü il tarixli, X-23/113 nömrəli əmrindən görünür ki, həmin əmrlə"X18" MMC-nin X8 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023-cü il tarixindən işdən azad edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən İddiaçı onun orta aylıq əməkhaqqısının 3 (üç) misli miqdarında müavinət ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən İddiaçı son haqq-hesabda çalışdığı dövrə görə istifadə edilməmiş 81 (səksən bir) təqvim günü əsas əmək məzuniyyəti əvəzinə pul vəsaiti ödənilməsi, Əmrdən irəli gələn məsələlərin həlli aidiyyəti struktur bölmələrə və vəzifəli şəxslərə tapşırılması əmr edilmişdir.Əmrin verilməsinə əsas olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X18" MMC-nin Nizamnaməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışı qeyd edilmişdir. İşdə olan Cavabdeh MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 06oktyabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Cəmiyyətin adı “Gilan X18” MMC-dən dəyişdilərək Cavabdeh MMC adlandırılmışdır. Cəmiyyətin təsisçisi "xxxx" MMC-dir. İşdə olan 26 aprel 2023-cü il tarixli “Təhvil-Təslim” aktında göstərilmişdir ki, “Biz aşağıda imza edənlər, bir tərəfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) adından İdarə Heyətinin sədri X13, digər tərəfdən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni yaradılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçıları "xxxx" MMC-nin X2 və "X24." MMC-nin X3 ayrılma ilə əlaqədar aşağıdakı hüquq və vəzifələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56 və 57-ci maddələrinə uyğun olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsini apardıq:
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bölünmə balansına uyğun olaraq borcluları və kreditorları qarşısında hüquq və öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər əmlak "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildi.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bölünmə balansına uyğun olaraq təsisçiləri "xxxx" MMC və "X24." MMC-yə aid olan əmlak, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adları qeyd edilən törəmə təsərrüfat cəmiyyətlərində ("X23 LTD" MMC, "X18" MMC, "X15" MMC, "X22" MMC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC) sahib olduğu bütün iştirak payları və səhmlər, icazələri və lisenziyaları, habelə borcları və öhdəlikləri hüquq varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinə edilmiş dəyişikliklər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alındığı andan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil aktı və bölünmə balansına uyğun olaraq ona verilmiş əmlak, hüquq və vəzifələr çərçivəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquq varisi hesab edilri və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı andan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil edilmiş sayılır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin nizamnamə kapitalı miqdarı ********.50 manat təşkil etməklə 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə, **********180900 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MMC-nin təsisçisi "xxxx" MMC-dir. İşdə olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışdan görünür ki, "X18" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər idarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X18" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. İşdə olan “X5 X10” 22dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsiX5 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X5 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X5 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X5 X10” arayış verilmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)Əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 63-cü maddəsinin 1-ci hissəsinə əsasən Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 63-cü maddəsinin 2-ci hissəsinə əsasən Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. 63-cü maddəsinin 3-cü hissəsinə əsasən Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində "X18" MMC-nin müvafiq əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixində məhkəmənin qərarı ilə İddiaçı işə bərpa edilmişdir. İş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışdan göründüyü kimi "X18" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X18" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. Beləliklə, Cavabdeh MMC-nin direktorunun 07 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəli əmrinə əsasən həmin əmrlə "X18" MMC-nin X8 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023-cü il tarixindən işdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin direktorunun 07 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəliəmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «ç» (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, iş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışdan göründüyü kimi "X18" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X18" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. Nəticədə işəgötürənlə işçi arassındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tləbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Abbas Əliyev