Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-237/2022 15.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Nümayəndə (eyni zamanda iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı6 etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh Hümbət oğlunun iştirakları ilə İddiaçılar Nümayəndə, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı6 Cavabdeh Hümbət oğluna qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar Nümayəndə, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı6 Cavabdeh Hümbət oğluna qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən mülkiyyətlərində olan zəbt edilmiş 0,23 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinə çəkilmiş tor setkanın sökülməsi və torpaqdan istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı, eyni zamanda digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə dəftərxana vasitəsilə ərizə ilə müraciət edərək, mülki işin işin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin və ödədiyi dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Nümayəndə, eyni zamanda digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəyə uyğun çıxış edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Hümbət oğlu məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin ərizəsini nəzərə alıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. X1 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, Nümayəndə tərəfindən cəmi 100,40 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə "xxxx" ASC tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Nümayəndə, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı6 Cavabdeh Hümbət oğluna qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Nümayəndə geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-237/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-237/2022
15.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver