Məhkəmə qərarları › İş №2(025)-24/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-24/2022

24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-24/2022 24.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X25, X17, X2, X9 və X32 iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X33, X26, X5, X14, X44, X61, X52, X27, X19 və X62 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və cavabdehin mirasa olan hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X33, X26, X5, X14, X44, X61, X52, X27, X19 və X62 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və cavabdehin mirasa olan hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7nun, anası X68 və X28 məxsus olan Qəbələ rayonu Mirzəlibəyli kəndində yerləşən 0,15 hek həyətyanı torpaq sahəsinin və həmin kənddə onlara məxsus 0,11 hek kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarının üzərində qanun ürzə vərəsə kimi onun hüququnun tanınması və cavabdehin həmin miras paylara olan hüququnun mirası qəbul etmək üçün müddəti ötürdüyü üçün mirasa olan hüququnun itirilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Qəbələ rayonu Mirzəlibəyli kəndində mərhum atasına, anasına, bacısına və cavabdehə 0,15 hek torpaq sahəsi ayrılmışdır. Bundan başqa mərhum atasına, anasına və bacısına həm də cavabdehə 0,11 he torpaq sahəsi verilmişdir. X7 01 may 2.005-ci ildə anam X69, 06 fevral 2020-ci ildə, bacısı X45 isə 17.04.2019-cu ildə rəhmətə getmişdir. Atası, anası və bacısı rəhmətə getdikdən sonra onların adına olan Qəbələ rayonu Mirzəlibəyli kəndində olan 0, 15 ha kənd təsərrüfatı təyinai torpaq sahəsində olan və həmin kənddəki pay torpaq kimi 0,11 hektar torpa sahəsindəki miras paylarına vərəsəlik alınmışdır. Mən qanun üzrə vərəsə kimi mirası qəbul edib indiyə kimi idarə etmişdir. Ona verilmiş arayışlarla da ta təsdiq edilir ki, qanun üzrə vərəsə kimi mərhumlara məxsus mirası o, qəbul edib idarə etmişdir. Cavabdeh mirası qəbul etməsə də bu gün miras əmlakların onun adına keçməsinə imkan vermir. Ona görə də mübahisə möhkəmə qaydasında həll edilməli mərhum atası, anası və bacısına məxsus ünvan 1ində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpa sahəsindəki miras payları üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququ tanınmalı və cavabdeh anasına və bacısına məxsus miras payları nə rəsmi nə də faktiki qəbul etmədiyi üçün onlara məxsus mirasa olan hüquq itirilməlidir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. X7 01 may 2005-ci il tarixdə, anası X68 06 fevral 2020-ci il tarixdə, X95 Məhyəddin qızı isə 17.04.2019-cu il tarixdə vəfat etmişdirlər. İddaçının torpağa dair heç bir hüququ yoxdur. Mübahisəli torpaq sahəsində anası və bacısı yaşayırdı. Anası rəhmətə gedəndən sonra həmin evdə heç kim yaşamamışdır. Avqust aylarında iddiaçı ailəsi ilə gəlib qalır fındıq yığıb gedir. Onlar ailədə 10 uşaq olmuşlar. Qardaşları İddiaçı, X53, X46, X35 və Əliyev Qnyaz Məhyədin oğlu (vəfat etmişdir). Bacıları Cavabdeh, X36, X29 və X54 (vəfat etmişdir). Mərhum qardaşı X30 yoldaşı X77 və 5 qızları var. X70, X37, Əbdürəhmanlı Afət Qnyaz qızı, X78 və X64. Anası sağ ikən həmin torpaq sahələrinin bacıları İlhaməyə verilməsini göstərmişdir. İlhamə Rusiyada yaşayır. Anası rəhmətə güdəndən sonra, İlhamə ona tapşırmışdır ki, torpaq sahələrinə baxsın, lazım olan əmlak və digər vergiləri ödəsin. O, da, öz növbəsində bacısının bütün tapşırıqlarını yerinə yetirirdi. Vəzirin iddiası tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. X7 01 may 2005-ci il tarixdə, anası X68 06 fevral 2020-ci il tarixdə, X95 Məhyəddin qızı isə 17.04.2019-cu il tarixdə vəfat etmişdirlər. X95 rəhmətə gedənə kimi analarına o baxmışdır. Əliyeva Maral rəhmətə gedəndən sonra onlar qardaşı İddiaçı çağıraraq evin balacası olduğundan analarının qayğısına qalmağa və ona köməklik etməyə çağırmışdılar. Vəzir isə bundan boyun qaçırmış, analarına heç bir köməklik etməmişdir. Digər bacı-qardaşlarla birləşib analarına qayğı göstərmişdirlər. Anaları rəhmətə gedəndən sonra, torpaq sahələrinə ara-bir özüdə baş çəkmiş, nəzarət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X53 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. X7 01 may 2005-ci il tarixdə, anası X68 06 fevral 2020-ci il tarixdə, X95 Məhyəddin qızı isə 17.04.2019-cu il tarixdə vəfat etmişdilər. X95 rəhmətə gedənə kimi analarına o baxmışdır. Əliyeva Maral rəhmətə gedəndən sonra analarının yanında heç kim qalmamışdır. Anaları rəhmətə gedəndə onun yanında övladlardan heç biri olmamış, bu barədə onlara analarının qonşusu xəbər vermişdir. Vəzirin iddiası tamamilə əsassızdır. Vəzir nə bacıları Maral ilə, nədə ki anaları ilə heç vaxt maraqlanmamış, onlara lazım olan qayğı göstərməmişdir. Yalnız onlar öləndən sonra onlara məxsus əmlak yadına düşmüşdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Əliyevi müdafiə edərək, özünə məxsus doğum haqqında şəhadətnaməni məhkəməyə təqdim etməkdən imtina edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında göstərmişdir ki, o, X4nun və X48 qızıdır, mərhum Əliyeva Maral isə onun bacısıdır. Bəhs olunan miras torpaq sahəsinin İddiaçı verilməsinə razı deyil. İddiaçı həmin torpaq sahəsində yaşamamış, həmişə ailəsi ilə Gəncədə olmuşdur. Vəzir anasının yanında heç vaxt qalmamış və ona baxmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 izahatında göstərmişdir ki, o, X4nun və X48 qızıdır, mərhum Əliyeva Maral isə onun bacısıdır. Bəhs olunan miras torpaq sahəsindən İddiaçı pay verilməsinə razı deyil. İddiaçı həmin torpaq sahəsində yaşamamış, həmişə ailəsi ilə Gəncədə olmuşdur. O anasının yanında qalmamış və ona baxmamışdır. Özləri Gəncədə olduqları halda isə, digər bacı qardaşların torpaq sahəsinə girməsinə mane yaratmış və polis çağırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X64 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı onun əmisidir. X3 01 may 2005-ci il tarixdə, nənəsi X68 06 fevral 2020-ci il tarixdə, bibisi Əliyeva Maral Məhyəddin qızı isə 17.04.2019-cu il tarixdə vəfat etmişdilər. Onun atası X55 25 sentyabr 2015-ci il tarixdə rəhmətə getmişdir. Əliyeva Maral rəhmətə gedənə kimi nənələrinə o baxmışdır. Əliyeva Maral rəhmətə gedəndən sonra analarının yanında heç kim qalmamışdır. Nənəsi rəhmətə gedəndə onun yanında övladlardan heç biri olmamışdır. İddiaçı ata yurdunda yaşamamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlarına toxunan üçüncü şəxs qisməndə cəlb edilmiş X77, X70, X37, Əbdürəhmanlı Afət Qnyaz qızı və X78 (mərhum Əliyev Qnyaz Məhyədin oğlunun vərəsələri) məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-189, kod 40613018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə Qəbələ rayonu Mirzəbəyli kəndində X15, X48, X20, Cavabdeh ümumi birgə mülkiyyətinə 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-118A, kod 40613018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə Qəbələ rayonu Mirzəbəyli kəndində X15, X48, X20, Cavabdeh ümumi birgə mülkiyyətinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən 13 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 101289 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X68 06.02.2020-ci ildə Qəbələ rayonu Mirzəbəyli kəndində ölmüşdür. Bu barədə 28.04.2020-ci il tarixdə Qəbələ rayonu Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 100 nömrə qeyd edilmişdir. İşdə olan Qəbələ Regional «Asan Xidmət» mərkəz Qeydiyyat şöbəsi tərəfindən 13.11.2020-ci il tarixdə verilmiş AZ-İİ 091846 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X45 17.04.2019-cu ildə Qəbələ rayonu Mirzəbəyli kəndində ölmüşdür. Bu barədə 01.05.2019-cu il tarixdə Qəbələ Regional «Asan Xidmət» mərkəz Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 169 nömrə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Mirzəbəyli kənd İ.Ə.N tərəfindən 13 noysbr 2020-ci il tarixdə verilmiş AZ-İİ 101290 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 01.05.2005-ci ildə Qəbələ rayonu Mirzəbəyli kəndində ölmüşdür. Bu barədə 03.05.2021-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kənd İ.Ə.N-də ölüm haqqında akt qeydləri kitabında 06 nömrə qeyd edilmişdir. İş materiallarında olan Oğuz rayon Qeydiyyat şöbəsi tərəfindən 08 may 2020-ci il tarixdə verilmiş 31/2 saylı Nikahın bağlanması haqqında arayışın surətindən görünür ki, X34 ilə X65 arasında 26.03.1957-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 08 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 13 noyabr 2020-ci il tarixdə verilmiş 353 saylı arayışın surətindən görünür ki, X20 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qutqaşen rayon Mirzəbəyli kənd soveti tərəfindən 19 fevral 1974-cü il tarixdə verilmiş JQ-İ № 493635 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, X7, anası X56r. İşdə olan Qutqaşen rayon Mirzəbəyli kənd soveti tərəfindən 08 may 1965-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 04 may 1965-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, X7, anası X56r. İş materiallarında olan Qax rayon icra üzrə komitə tərəfindən 22 dekabr 1984-cü il tarixdə verilmiş İİİ-JQ 396348 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X21 ilə X39 arasında 22 dekabr 1984-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 39 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadları verilmişdir. İşdə olan Qutqaşen rayon Mirzəbəyli kənd soveti tərəfindən 02 iyul 1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X53 30 iyun 1970-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, X7, anası X56r. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 24 noyabr 1993-cü il tarixdə verilmiş Vİ-JQ 388667 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X53 ilə X22 arasında 24 noyabr 1993-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 129 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İşdə olan ünvan 1 İ.Ə.N tərəfindən 29 mart 2012-ci il tarixdə verilmiş AZ-İİ № 827690 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxx 1968-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, X7, anası X56r. İş materiallarında olan Oğuz rayon Sincan kənd icra nümayəndəliyi tərəfindən 07 yanvar 2004-cü il tarixdə verilmiş AZ-İ 010920 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X57 ilə Cavabdeh arasında 07 yanvar 2004-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 03 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İşdə olan Qutqaşen rayon Mirzəbəyli kənd soveti tərəfindən 02 oktyabr 1961-ci il tarixdə verilmiş AZ № 077210 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 20 sentyabr 1961-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, X7, anası X56r. İş materiallarında olan Yevlax rayon VVAQ şöbəsi tərəfindən 05 aprel 1988-ci il tarixdə verilmiş İV-JQ 425211 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X35 ilə X6 arasında 05 aprel 1988-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 113 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İşdə olan Qutqaşen rayon Mirzəbəyli kənd soveti tərəfindən 29 may 1972-ci il tarixdə verilmiş İ-JQ № 280506 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 28 may 1972-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, X7, anası X56r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 30 mart 2018-ci il tarixdə verilmiş AZ-İİ 243634 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X40 ilə X29 arasında 21 aprel 1993-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 19 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Əzimov, arvada Əzimova soyadları verilmişdir. İş materiallarında olan, Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın 19 noyabr 2020-ci il tarixdə İddiaçı ünvanladığı 1759 saylı məktubunda 30 iyun 2020-ci il tarixdə ofisə daxil olmuş ərizəyə baxıldığı bildirilmiş, X41 qalmış miras əmlakın mövcudluğunu təsdiq edən mülkiyyət hüququna dair sənəd notariat ofisinə təqdim edilmədiyindən, o cümlədən miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaflar olduğundan İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan, Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın 10 dekabr 2020-ci il tarixdə İddiaçı ünvanladığı 1857 saylı məktubunda 10 dekabr 2020-ci il tarixdə ofisə daxil olmuş ərizəyə baxıldığı bildirilmiş, X12 qalmış miras əmlakın mövcudluğunu təsdiq edən mülkiyyət hüququna dair sənəd notariat ofisinə təqdim edilmədiyindən, o cümlədən miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaflar olduğundan İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan, Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın 10 dekabr 2020-ci il tarixdə İddiaçı ünvanladığı 1585 saylı məktubunda 10 dekabr 2020-ci il tarixdə ofisə daxil olmuş ərizəyə baxıldığı bildirilmiş, miras əmlakın mövcudluğunu təsdiq edən mülkiyyət hüququna dair sənəd notariat ofisinə təqdim edilmədiyindən, o cümlədən miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaflar olduğundan İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan ünvan 1 İ.Ə.N tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli 550 saylı arayışdan görünür ki, X34 01 may 2005-ci il tarixdə vəfat edib. Vəfat edən tarixə kimi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır, X15 ölümündən hal hazıradək onun təsərrüfatını və əmlakını X51 Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-118A kod 40613018 saylı şəhadətnamədə göstərilən Mirzəbəyli kəndində yerləşən 0.30 ha “fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və bağlar, dövlət bağçılıq təsərrüfatının bağını” Azərbaycan Respublikası torpağın mülkiyyət hüququna dair JN-189 kod 40613018 saylı dövlət aktında göstərilən Mirzəbəyli kəndində yerləşən 0.11 ha kənd təsərrüfatı məhsulları istehsalına aid torpaq sahəsini idarə etmiş, sahiblik etmiş, miras əmlakını qəbul etmiş aşağıdakı vərəsələri vardır: 1. İddiaçı. İş materiallarında olan ünvan 1 İ.Ə.N tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli 551 saylı arayışdan görünür ki, X68 06 fevral 2020-ci il tarixdə vəfat edib. Vəfat edən tarixə kimi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır, X48 ölümündən hal hazıradək onun təsərrüfatını və əmlakını X51 Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-118A kod 40613018 saylı şəhadətnamədə göstərilən Mirzəbəyli kəndində yerləşən 0.30 ha “fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və bağlar, dövlət bağçılıq təsərrüfatının bağını” Azərbaycan Respublikası torpağın mülkiyyət hüququna dair JN-189 kod 40613018 saylı dövlət aktında göstərilən Mirzəbəyli kəndində yerləşən 0.11 ha kənd təsərrüfatı məhsulları istehsalına aid torpaq sahəsini idarə etmiş, sahiblik etmiş, miras əmlakını qəbul etmiş aşağıdakı vərəsələri vardır: 1. İddiaçı. İş materiallarında olan ünvan 1 İ.Ə.N tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli 552 saylı arayışdan görünür ki, X45 17 aprel 2019-cu il tarixdə vəfat edib. Vəfat edən tarixə kimi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır, X20 ölümündən hal hazıradək onun təsərrüfatını və əmlakını X51 Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-118A kod 40613018 saylı şəhadətnamədə göstərilən Mirzəbəyli kəndində yerləşən 0.30 ha “fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və bağlar, dövlət bağçılıq təsərrüfatının bağını” Azərbaycan Respublikası torpağın mülkiyyət hüququna dair JN-189 kod 40613018 saylı dövlət aktında göstərilən Mirzəbəyli kəndində yerləşən 0.11 ha kənd təsərrüfatı məhsulları istehsalına aid torpaq sahəsini idarə etmiş, sahiblik etmiş, miras əmlakını qəbul etmiş aşağıdakı vərəsələri vardır: 1. İddiaçı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsə sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir : İşin halları ilə müəyyən olunur ki, X34 və Əliyeva (Babayeva) Limunə Yusif qızı arasında 26.03.1957-ci il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahlarından on övladı - X45, İddiaçı, X39, X53, Cavabdeh, X35, X29, X36, X46 və X55 doğulmuşdur. X34 01.05.2005-ci ildə, X68 06.02.2020-ci ildə vəfat etmişdir. Tərəflərin birgə nikahlarından anadan olmuş X55 isə 25.09.2015ci ildə, X45 17.04.2019-cu ildə vəfat etmişdir. Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-189 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə Qəbələ rayonu Mirzəbəyli kəndində 0.11 ha və Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-118A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,15 ha torpaq sahəsi X15, X48, X20, Cavabdeh ümumi birgə mülkiyətinə verilmişdir. X4, mərhum X68 və mərhum X16 miras qalmış torpaq sahələrinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Əliyev X50 Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin vərəsələr miras əmlakdan payların müəyyən olunmasına görə notariat orqanına gəlmədikləri, lazımi sənədləri təqdim etmədikləri və miras şərikləri arasında ixtilaflar olması səbəbindən payların məhkəmə qaydasında müəyyən olunması üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-189 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-118A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin X4na və mərhum X58 (miras qoyanlar) məxsus paylarına düşən vərəsə - İddiaçı payı 1/10 hissə üzrə, həmin torpaq sahələrinin mərhum X28 (miras qoyan) məxsus payına düşən vərəsə - İddiaçı payı 1/9 hissə üzrə hüququ tanınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Cavabdeh mərhum X7nun, anası X68 və bacısı X28 məxsus olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin və həmin kənddə onlara məxsus 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylara olan hüququnun mirası qəbul etmək üçün müddəti ötürdüyü üçün mirasa olan hüququnun itirilməsini tələb etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-189 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-118A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin X4na və mərhum X58 (miras qoyanlar) məxsus paylarına düşən vərəsə - İddiaçı payı 1/10 hissə üzrə, həmin torpaq sahələrinin mərhum X28 (miras qoyan) məxsus payna düşən vərəsə - İddiaçı payı 1/9 hissə üzrə hüququ tanınsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar