Məhkəmə qərarları › İş №2(025)-241/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-241/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-241/2023 15.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, özünün xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətinin Qorlovka şəhərində doğulması, atasının X4, anasının X3ması hüquqi faktının müəyyən edilməsi və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Ərizəçi məhkəməyə ərizə təqdim edərək, qətnamə çıxarılarkən doğum haqqında şəhadətnamədə ana qrafasında X5, ata qrafasında X4 qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikasının Donetsk Vilayətinin Qorlovka şəhərində anadan olmuşdur.Bunu təsdiq edən sənədləri vardır. Atası X4, anası X3muşdur. Valideynləri Qəbələ rayonu, Nic qəsəbə sakinləridir, həmin dövrlərdə işləmək üçün müvəqqəti olaraq, Ukrayna Respublikasına getmişlər. 1997-ci ildə valideynləri onu da gətirib Azerbaycana gəlmişlər. Həmin dövrdən Azərbaycan Respublikası ərazisində yaşamış Qəbələ rayonu, Nic qəsəbə sakinidir, həmin qəsəbədə böyüyüb, məktəbə getmişdir. Azərbaycan Respublikasının vətəndaşıdır. Ona məxsus olan doğum haqqında şəhadətnamə ona məlum olmayan səbəblərdən itmişdir. Doğum haqqında Şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsi, doğum Ukrayna Respublikası Qorlovka şəhərində qeydə alındığından qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında doğum akt qeydi aşkar edilmədiyindən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ukrayna Respublikasının Donetsk vilayətinin də daxil olduğu Krım yarımadasında 2014-cü ildən baş verən müharibə nəticəsində Krım yarım adasına nəzarət Rusiya Federasiyasına keçmişdir və bütün arxiv məhv edilmişdir. Buna görə də o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Hazırda adında olan torpaq sahəsinin sənədləşdirilməsi adına Çıxarış alınması üçün Reyetsr İdarəsinə müraciət etmişdir. Bütün sənədləri topladıqdan sonra sonra ona bildirdilər ki, onun doğum haqqında şəhadətnamə yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/G-281/15 nömrəli arayışı ilə ona cavab verildi ki, Ərizəçi barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. Oğlu Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətinin Qorlovka şəhərində anadan olmuşdur. Anasının adı X5, atası-özü X1. İş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. Oğlu Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətinin Qorlovka şəhərində anadan olmuşdur. Atasının adı X4, anası-özü X2. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-193/15 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nic kənd İ.Ə.N-yi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1186 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1995-ci tarixdə Ukraynanın Qorlovka şəhərində doğulub və 1997-ci il tarixdən Qəbələ rayonu, Nic qəsəbəsində yaşayır. İş materiallarına əlavə olunmuş Qəbələ Rayonu İHB-nın Nİc qəsəbə İ Ə N-yi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1185 saylı arayışdan görünür ki, xx xxxxxx 1995-ci il təvəllüdlü Ərizəçi Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Qəbələ rayonu, Nic qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. İş materiallarına əlavə olunmuş A № 225730 Ümumi Orta təhsil haqqında Attestatın surətindən görünür ki, burada Ərizəçi doğum tarixi “1995” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş SX № ******* Hərbi Biletin surətindən görünür ki, burada Ərizəçiın doğum tarixi “xx.xx.1995” olaraq, doğulduğu yer “Ukrayna Respublikası, Donetsk vilayətinin Qorlovka şəhəri” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nic kənd inzibati ərazisi tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş ЖГ № 388782 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, nikahdan sonra ərə Xaçaturyan, arvada Xaçaturyan soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AA ******* saylı Azərbaycan Respublikası Vətandaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, burada ərizəçinin doğum tarixi “xx.xx.1995” olaraq, qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətinin Qorlovka şəhərində doğulmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətinin Qorlovka doğulması, atasının X4, anasının X3ması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinin, yəni Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətinin Qorlovka şəhərində doğulması, atasının X4, anasının X3ması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar