Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-270/2023 08.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğluna və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızına qarşı “mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin nümayəndəsi Nümayəndə2 Versəl oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğluna və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızına qarşı “mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları: İddiaçı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğluna və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızına qarşı “mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğlunun, Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızınən, ailə üzvlərinin və qeyrilərinin əşyaları ilə birlikdə Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarıması və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydadsı’ təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər verilmiş mənzillərdə yaşamır mənzilləri qeyri- qanuni dəyişir və ya zəbt edir. Belə ki, Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzil Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti is otağı kimi ayrılmış və orada çalışan işçilər tərəfindən xidməti is otağı kimi istifadə edilmişdir. 2018-ci ildə Cavabdeh1 Qəbələ rayon Mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsində işlədiyi müddətdə 64 nömrəli xidməti mənzili qeyri qanuni zəbt edib ailə üzvləri ilə birlikdə həmin mənzili yaşayış sahəsi kimi istifadə edib yaşamağa başlamışlar. Komitə tərəfindən məcburi köçkün kimi Cavabdeh1 və ailə üzvilərinə həmin qəsəbədə olan bina 2-də verilmiş və ailə üzvlərinə həmin qəsəbədə bina 2-də verilmiş 4 nömrəli 1 otaqlı mənzili isə qeyri qanuni olaraq Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı etmişlər. Sonradan Cavabdeh1 işində yol verdiyi nöqsanlara görə işindən azad edilmişdir. Sahə rəisi tərəfindən cavabdehlərə zəbt etdikləri 64 nömrəli xidməti mənzili könüllü təhvil verib Komitə tərəfindən onlara kirayə müqaviləsi əsasında verilmiş 4 nömrəli mənzilə köçmələri barədə dəfələrlə söhbət aparılıb xəbərdar edilmələrinə baxmayaraq bu günə kimi nəticəsi olmamış zəbt etdikləri ximəti mənzili təhvil verməmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin nümayəndəsi Nümayəndə2 Versəl oğlu qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğluna və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə1 izahatında göstərmişdir ki, Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin Qəbələ rayon üzrə Mənzil Kommunal İstismar Sahəsinin sahə rəisi vəzifəsində işləyir. Cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğlu və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızı Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2də yerləşən 64 nömrəli 3 otaqlı mənzildə yaşayır. 2018-ci ildə Cavabdeh1 Qəbələ rayon Mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsində işlədiyi müddətdə 64 nömrəli xidməti mənzili qeyri qanuni zəbt edib ailə üzvləri ilə birlikdə həmin mənzili yaşayış sahəsi kimi istifadə edib yaşamağa başlamışlar. Komitə tərəfindən məcburi köçkün kimi Cavabdeh1 və ailə üzvilərinə həmin qəsəbədə bina 2-də 4 nömrəli 1 otaqlı mənzili verilmişdir. Cavabdeh1 hənin evi qeyri qanuni olaraq Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı etmişdir. Sonradan Cavabdeh1 işində yol verdiyi nöqsanlara görə işindən azad edilmişdir. Cavabdehlərə zəbt etdikləri 64 nömrəli xidməti mənzili könüllü təhvil verib Komitə tərəfindən onlara kirayə müqaviləsi əsasında verilmiş 4 nömrəli mənzilə köçmələri barədə dəfələrlə söhbət aparılıb xəbərdar edilmələrinə baxmayaraq bu günə kimi nəticəsi olmamış zəbt etdikləri xidməti mənzili təhvil verməmişlər. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və şahidin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş 06 iyul 2015-ci il tarixli 4 saylı Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması “Xüsusi təyinatlı yaşayış X1”-nin surətindən görünür ki, Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin direktoru Səfı̇ yarov Sərdar Qurban oğluna Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2, mənzil 4 ünvanında yerləşən 1 otaqlı yaşayış evini aralarında razılaşdırılmış şərtlərə əsasən kirayə vermişdir. İş materiallarında olan Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin Qəbələ Rayon Mənzil Kommunal İstismar Sahəsinin 29 dekbar 2022-ci il tarixli aktdan görünür ki, Qəbələ rayon 350 ailəlik Zarağan-2 Məcburi Köçkün qəsəbəsində 2010-cu ilin mart ayında 3 (üç) ədəd, 2013-cü ildə isə daha 2 (iki) ədəd 5 (beş) mərtəbəli 350 (üç yüz əlli) ailəlik yaşayış binaları tikilib və məcburi köçkünlərə püşkatma üsulu ilə “Xüsusi Təyinatlı Yaşayış X1" adlı müqavilə sənədi ilə müvəqqəti yaşamaları üçün verilib. 2010-cu ilin mart ayında bina - 2, mənzil - 64 Qəbələ rayon Zarağan - 2 MKİSnin idarəsi təyin olunb. Lakin bir neçə il sonra 2015-2019-cu illərdə Qəbələ rayon Zarağan-2 MKİS-də rəis vəzifəsində işləmiş Cavabdeh1, ona və ailəsinə 2010-cu ilin mart ayında püşk atma üsulu ilə müvəqqəti yaşamaları üçün verilmiş bina 2, mənzil 4-ü, 2018-ci ildə Qəbələ rayon MKİS-ində rəis işlədiyi dövrdə, MKİS-nin idarəsi ilə (yəni bina-2, mənzil-4-ü mənzil-64 ilə) qeyri-qanuni olaraq dəyişmiş və zəbt etmişdir. İşdə olan Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin Qəbələ Rayon Mənzil Kommunal İstismar Sahəsinin 146 saylı, 25 aprel 2023-cü il tarixli arayışından görünür ki, Səfı̇ yarov Sərdar Qurban oğlu həqiqətən məcburu köçkün olmaqla ünvan 1 ünvanında ailə üzvülıri ilə birlikdə yaşayır: ailə üviləri Səfı̇ yarova Siyatel Alışan qızı- anası, Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızı-həyat yoldaşı, Səfı̇ yarov Elsevər Sərdar oğlu-oğlu, Səfı̇ yarov Qafqaz Qurban oğlu-qardaşı. Qeyd: Səfı̇ yarov Sərdar Qurban oğlunun anası Səfı̇ yarova Siyatel Alışan qızı və qardaşı Səfı̇ yarov X4 rayonu, Zarağan-2, bina 2,mınzil 35-də qeydiyyatdadır. Məhkəmə tərəfindən mübahisəli yaşayış evinə yerində baxış keçirilərkən müəyyən edildi ki, cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğlu və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşın 2 saylı binanın 64 saylı mənzilində ailə üzvüləri ilə birlikdə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 7.1.Mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. Maddə 17. Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış X1nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış X1 həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 103. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və dövlət mənzil fonduna münasibətdə həmin vətəndaşların kateqoriyaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yaşayış X1 Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış X1nə xitam verilməsi üçün əsasdır. «Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 86 nömrəli Qərarı: Qaydanın 1.5-ci bəndinə görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyası dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Qaydanın 2.1-ci bəndinə görə, xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. Qyadanın 2.2-ci bəndinə görə, kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Qaydanın 3.5-ci bəndinə görə, əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı, xidməti yaşayış sahəsinin məhv olması və xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir) kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə «Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli Fərmanı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə «Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli Fərmanı ilə müəyyən olunmuşdur ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir: 1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə; 1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına; 1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə; 1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilindən Səfı̇ yarov Sərdar Qurban oğlunun və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızının çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nə təhvil verilməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, cabadehlər Səfı̇ yarov Sərdar Qurban oğlu və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ tərəfindən cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğluna və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızına mənzili tərk etmələri bildirilmiş, lakin cavabdehlər tərəfindən mənzil boşaldılmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir. Mübahisəli mənzil Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzil Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti is otağı kimi ayrılmış və orada çalışan işçilər tərəfindən xidməti is otağı kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ rayonu Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 saylı mənzilini zəbt etmişlər Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğlu və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızı heç bir qanuni əsas olmadan Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşın 2 saylı binanın 64 saylı mənzilini özbaşına zəbt etmişdir və hazırda həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Akimova Azərbaycana qarşı» işdədə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-cihissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğlu və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızı ailə üzvləri və əşyaları ilə birlikdə Azərbaycan Respublı̇ kasi Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İşlərı̇ Üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İstı̇ smar Departamentı̇ nin balansında olan Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılmalı və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Səfı̇ yarov Sərdar Qurban oğlu və Səfı̇ yarova Dürdanə Dı̇ lqəm qızı ailə üzvləri və əşyaları ilə birlikdə Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılsın və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-270/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-270/2023
08.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver